Unudulmaz ABA Telekanalı haqqında 10 maraqlı fakt
ABA telekanalı bir zamanlar bütün bakılıların ən sevimli kanallarından birinə çevrilmişdi. 1998-ci ildən 2001-ci ilə qədər fəaliyyət göstərən bu kanal fərqli, əyləncəli verilişlərlə Azərbaycan televiziya məkanına yepyeni bir ruh gətirmişdi. Uzun ömrü olmayan bu kanalı hələ də hər kəs xatırlayır. Sizə məşhur ABA telekanalı haqqında maraqlı faktları sizə təqdim edir:
1. ABA TV Azərbaycan ərazisində hər axşam saat 18:00-dan (daha sonra 17:00-dan) 22:00-a qədər "RTR" telekanalının tezliyindən yayımlanan əyləncəli, interaktiv televiziya kanalı idi. Azərbaycanda ilk interaktiv telekanal olmuşdu.
2. "ABA TV" Həsən Zərdabi prospekti 80 ünvanında yerləşən binadan yayımlanırdı. Hal-hazırda həmin binada Dövlət Sosial Müdafiə Fondu yerləşir.
3. ABA TV həmçinin peyklə yayımlanan ilk müstəqil Azərbaycan kanalı olmuşdu. EUTelSat-SESat peyki vasitəsilə yayımlanırdı. Ayrıca kanal texnologiyasına görə indiki televiziya kanallarından heç də geri qalmırdı. Azərbaycanda ilk dəfə rəqəmsal yayımlanan kanal da ABA idi.
4. 2000-ci ildə ABŞ-da keçirilən prezident seçkilərini canlı yayımlamışdı. Kanal 2001-ci ildə artıq gündə 3 saat deyil, 5 saat yayımlanmağa başlamışdı. Yaxın aylarda kanalın 24 saatlıq rejimə keçəcəyinə dair intro yayımlanırdı.
5. Ən çox tanınan "100%", "Bir cənub şəhərində", "Kontra" verilişləri idi. Televiziyanın aparıcıları arasında Azər Axşam, Günel Musəvi, Kamilə Babayeva var idi.
6. Kanal hər gün axşam saatlarında xüsusi açılış anonsuyla başlayırdı. Həmin videonu sizə təqdim edirik.
7. ABA TV-nin ANS TV ilə soyuq münasibətləri var idi. ANS TV xəbərlərində və Mirşahin Ağayev "Ötən Həftə" verilişində tez-tez ABA TV-ni tənqid edirdi. 1999-cu ildə bəzi ekspertlər ANS-in efirinə çıxaraq ABA-nın vergi ödəməsində qanunları pozduğunu deyirdilər.
8. 21 aprel 1999-cu ildə Aqil Quliyev ABA TV-nin "News-Xəbərlər" verilişində kanal adından ANS TV-yə: -"ANS TV-yə bəyan edirik; yetər; yayımladığı böhtanlara və yalanlara son qoyulmalıdır; xalqı, düçar olduğu ANS-dən qorxu sindromundan azad etmək lazımdır; biz bəyan edirik ki, həmişə cavabsız qalan iddialarınız bu gün cavabsız qalmayacaq; burada "ABA Televiziya Şirkəti" var" deyə çıxış etmişdi.
9. 16 iyul 2001-ci il tarixində "Metcarting" əyləncə mərkəzində kanalın 4 illik yubileyi keçirilmişdi. Həmin mərasimdə may ayında ABŞ-a gedən Faiq Zülfüqarovun videomüraciəti yayımlanmışdı. Həmin videoda Zülfüqarov kanalın fəaliyyətini dayandırdığını açıqlamışdı.
10. Dörd il fəaliyyət göstərən ABA TV Peyk TV, BMTİ və Sara TV-dən sonra bağlanan 4-cü Azərbaycan kanalı oldu.
pahoo.az
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 5023 Tarix: 08 fevral 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİnsan ruhunun çəkisi həqiqətən 21 qramdırmı?
1901-ci ildə ABŞ-nin Massaçusets ştatının Haverhill şəhərində yaşayan həkim Dr. Dunkan MacDougall insan ruhunun ölçülə bilən bir kütləyə sahib olduğuna inanırdı. O, ruhun bədəni tərk etdiyi anı dəqiq müəyyən edib çəkisini ölçə biləcəyinə əmin idi və bu məqsədlə bir sıra qeyri-adi təcrübələr aparmağ
04.05.2026 378 Yuxularımızın sirri açıldı
Yuxuların tamamilə təsadüfi və xaotik olduğu düşüncəsi yeni elmi araşdırma ilə yenidən sual altına alınıb. Alimlər 3700-dən çox yuxu hesabatını təhlil edərək, yuxuların məzmununu formalaşdıran əsas faktorları müəyyən etməyə çalışıblar. "Qafqazinfo" xəbər verir ki, araşdırmaya görə, yuxula
30.04.2026 411 Ofis mebeli seçərkən nələrə diqqət yetirilməlidir ?
Müasir dövrdə ən çox tələb olunan mebellər sırasında ofis mebelləri də var. Ofis mebelləri dedikdə bura müxtəlif mebellər daxildir. ofis kreslosu, ofis divanı, ofis masaları, qeydiyyat şöbəsi üçün masa, müdir kresloları, salon kreslosu, kompüter masası, sənəd dolabı və ofis stol-stulu aiddir. Ofis mebellər
27.04.2026 1913 "Vəfatından sonra gördüm ki, tarının simi qırılıb"
"Bizim üçün kədərlidir. Çünki atam aramızda yoxdur. İlk dəfədir ki, onun doğum gününü Ramiz müəllimin fiziki iştirakı olmadan qeyd edirik. Xüsusilə mənim üçün çox təsirli və ağırdır. Ancaq hesab edirəm ki, onun ruhu buradadır, bizimlədir". Axşam.az xəbər verir ki, bu sözləri "Xəzər axşamı"
02.05.2026 208 Hyundai ehtiyat hissələrini onlayn alarkən nələrə diqqət etmək lazımdır?
Hyundai avtomobilləri etibarlılığı və rahat idarəetməsi ilə tanınsa da, zaman keçdikcə bəzi Hyundai ehtiyat hissələri dəyişdirilməli olur. Müasir dövrdə bir çox sürücü onlayn ehtiyat hissələri mağazaları vasitəsilə ehtiyac duyduğu avtomobil hissələrini daha rahat və sürətli şəkildə əldə etməyə çalışır
27.04.2026 233 Kleopatra həqiqətən ilan səbəbindən ölüb?
Tarixin ən çox müzakirə olunan qadın fiqurlarından biri olan Kleopatra Miladdan əvvəl 30-cu ildə vəfat edərkən arxasında minilliklər boyu davam edən bir sirr buraxıb. Roma İmperiyasının yüksəlişi qarşısında dayanmaqda çətinlik çəkən və Aktium döyüşündəki məğlubiyyətdən sonra çətin vəziyyətə düşən kraliçanı
06.05.2026 375 İlon Maskın 12 rəqəmli maaşı AÇIQLANDI
Amerikalı iş adamı İlon Maskın 2025-ci il üçün "Tesla"dakı mümkün maaşı 12 rəqəmli ola bilər və 158 milyard dollara çata bilər. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə "The Times" nəşri şirkətin tənzimləyici sənədlərinə istinadən məlumat verib. Söhbət şirkətlə kompensasiya müqaviləs
03.05.2026 411 Azərbaycanda ən populyar sosial şəbəkə açıqlandı
Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə "Facebook" olub. Bu barədə "StatCounter"a istinadən xəbər verir. Aprel ayında "Facebook"un Azərbaycanın sosial şəbəkə bazarındakı payı 28,83% təşkil edib. Bu isə mart ayı ilə müqayisədə 2,51 faiz bəndi çox, ötən ili
03.05.2026 267 Səhərlər daha xoşbəxt oyanmaq üçün yatmazdan əvvəl edə biləcəkləriniz
Səhərlər daha gümrah və xoşbəxt oyanmaq təkcə genetikadan asılı deyil; bu, həm də yatmazdan əvvəl tətbiq etdiyiniz vərdişlərin nəticəsidir. xəbər verir ki, ekspertlərin rəyinə əsasən, daha keyfiyyətli yuxu və enerjili sabahlar üçün aşağıdakı 7 tövsiyəni tətbiq edə bilərsiniz:. Yuxu planlamasına zama
02.05.2026 299