"əl-A’lə" surəsinin izahı

"əl-A’lə" surəsinin izahıMənbə: http://zikr.az

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 
1. Ən Uca Rəbbinin adına təriflər de! 2. O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi; 3. O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi, 4. O Rəbbin ki, otlağı cücərdib, 5. sonra da qaralmış samana çevirdi. 6. Biz sənə Quranı elə oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayacaq. 7. Əlbəttə, Allahın istədiyindən başqa. Həqiqətən, O, aşkardakından da, gizli qalandan da xəbərdardır. 8. Səni ən asan olana müvəffəq edərik. 9. Xatırlatmanın fayda verdiyini görsən, onlara xatırlat! 10. Allahdan qorxanlar öyüd-nəsihət götürərlər. 11. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar. 12. O kimsə ki, Cəhənnəmə atılacaq, 13. O orada nə ölə, nə də yaşaya bilməyəcəkdir. 14. Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır. 15. O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır. 16. Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz; 17. Axirət isə daha xeyirli və daha sürəklidir. 18. Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir – 19. İbrahimin və Musanın səhifələrində.

əl-A’lə (Ən Uca) surəsinin izahı
Ən Uca Rəbbinin adına təriflər de!
Bu ayədə Uca Allah öz Peyğəmbərinə - sallallahu aleyhi və səlləm - bütün məxluqatın fövqündə olan Uca Rəbbini bütün eyib və nöqsanlardan uzaq tutaraq Onun adını zikr etm‎əyi, "Subhənəllah" (Allah pak və nöqsansızdır) deyərək tərifləməyi buyurur.
O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi; 
O Rəbb ki, bütün məxluqların hər birini xüsusi biçimdə yoxdan yaratdı. Uca Allah başqa bir ayədə belə buyurur:
"Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Bunu etmək istəyən də aciz qalar, istənilən də!" (əl-Həcc, 73).
 
O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi,
Uca Allah öz əzəli elmi ilə hər şeyin qədərini, yəni ölçüsünü müəyyən etmişdir. Uca Allah buyurur: «Şübhəsiz ki, biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər ilə) yaratdıq» (əl-Qəmər 49).  
Həmçinin, Uca Allah yaratdığı hər bir məxluqa xeyir əldə etməyin yolunu göstərmişdir. Uca Allah Qurani-Kərimdə Musa peyğəmbərin Fironun Allah barəsindəki sualına belə cavab verdiyini xəbər verir:
"Firon dedi: "Rəbbiniz kimdir, ey Musa?" Musa dedi: "Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstəndir!" (Ta ha, 49-50).
 
O Rəbbin ki, otlağı cücərdib, sonra da qaralmış samana çevirdi. 
O Rəbb ki, bitkiləri cücərdərək yerdən çıxardır, sonra da keyfiyyətini dəyişdirib samana çevirir.  
Biz sənə Quranı elə oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayacaq.
Bu ayədə Uca Allah Öz elçisinə Qurani-Kərimi oxutduracağını və onu unutmayacağını vəd edir. Peyğəmbərə Quran nazil olunduqda onu yadda saxlamağa tələsərdi. Uca Allah buyurur:
"Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə! Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir. Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə. Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir" (əl-Qiyəmə, 16-19).
Bu ayələr Peyğəmbərə nazil olandan sonra o, vəhy oxunub qurtarana qədər susar, sonra oxuyardı.
 
Əlbəttə, Allahın istədiyindən başqa. Həqiqətən, O, aşkardakından da, gizli qalandan da xəbərdardır.
Yəni, Uca Allahın unutdurmaq istədiyindən başqa oxuduqların yadından çıxmayacaq. Çünki bu, Allahın əlindədir. Uca Allah insanın aşkara çıxartdıqlarını və gizli saxladıqlarını bilir.
 
Səni ən asan olana müvəffəq edərik.
Bu ayədə Peyğəmbərə bütün işlərinin asanlaşdırılması vəd edilir. 
Xatırlatmanın fayda verdiyini görsən, onlara xatırlat!
Yəni, insanlara öyüd-nəsihətin fayda verdiyini görsən, onlara nəsihət et.
 
Allahdan qorxanlar öyüd-nəsihət götürərlər. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar.
Allahdan qorxan mömin bəndələrə öyüd-nəsihət fayda verər və onlar ibrət alarlar. Allaha iman gətirməyənlər isə öyüd-nəsihətdən üz döndərər və buna görə də ən bədbəxt kimsələrdən olarlar.  
 
O kimsə ki, Cəhənnəmə atılacaq, O orada nə ölə, nə də yaşaya bilməyəcəkdir.
Allaha iman gətirməyən kafirlər Cəhənnəm oduna atılacaq və orada verilən əzabdan nə canları qurtaracaq, nə də xoşbəxt həyat sürə biləcəklər. 
 
Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır. 
İlk növbədə küfrdən və Allaha şərik qoşmaqdan, eləcə də pis əxlaqdan, gizlində və aşkarda olan günahlardan təmizlənən uğur qazanmışdır.

O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır.
Bu, Rəbbinə doğru can ataraq Onun adını xatırlayıb namaz qılan kimsədir. 
 
Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz; 
Dünya həyatı tez ötüb keçən fani bir həyatdır. İnsan təbiətcə tələsən yaradıldığına görə tez əldə olunanı xoşlayır və buna görə də dünya həyatını Axirət həyatından üstün tutur. Əslində isə dünya müddət və keyfiyyət baxımından aşağı səviyyəli olan həyatdır. İnsan dünyadakı vəziyyətini düşünsə, burada daimi sevincin, daimi rahatlığın olmadığını görər. Dünya elə öz adı kimi bizə yaxın və aşağı səviyyəli olan həyatdır. Dünya sözünün mənası da məhz budur.
Axirət isə daha xeyirli və daha sürəklidir.
Cənnət həyatı dünya həyatından daha gözəl və daha sürəklidir. Oranın sevinci daimi, nemətləri isə tükənməzdir.
Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir –  İbrahimin və Musanın səhifələrində.
Bu deyilənlər əvvəlki ümmətlərə göndərilmiş İbrahim və Musa peyğəmbərlərin səhifələrində bildirilmişdir. Uca Allah buyurur: 
"Yoxsa Musanın səhifələrində olanlar barədə ona xəbər verilmədi? Məgər vəfalı olan İbrahimin (səhifələrində olanlar barədə ona bildirilmədi?) Heç bir günahkar başqasının günah yükünü daşımaz. İnsan can atdığı şeyə nail olar. Əlbəttə, onun can atdığı (əməl) ona nəsib olacaqdır. Sonra da ona (bunun) əvəzi tam veriləcəkdir!" (ən-Nəcm, 36-41).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 4089   Tarix: 31 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ayasofyada Ramazan bayramı namazı qılınıb - VİDEO

Bu gün İstanbulun Ayasofya məscidində Ramazan bayramı namazı qılınıb. Artıq səhər saatlarından etibarən minlərlə Türkiyə vətəndaşı və xarici ölkələrdən gələn turistlər Ayasofya Meydanı ərazisinə doğru axışıb. Bayram namazın ardından Ayasofya məscidinin imamı Bünyamin Topçuoğlu minbərdən xütbə oxuyub

02.05.2022 5116
.

Bu ölkələr Ramazan bayramını sabah qeyd edəcək

İslam dünyasında Ramazan bayramı günü ilə bağlı yenə fikir ayrılığı yaranıb. "Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, Şəvval ayının hilalını görə bilməyən ölkələr aprelin 21-ni orucluğun son günü elan ediblər. Həmin ölkələrdə bayramın ilk günü 22 aprel olaraq təyin olunub. Avstraliya

21.04.2023 4634
.

Kərbəlada FACİƏ: Türbə çökdü, dağıntılar altından meyitlər çıxarılır - VİDEO

İraqın Kərbəla şəhərində çoxlu ziyarətçinin olduğu bir ziyarətgah çöküb. Şiə müsəlmanları üçün müqəddəs sayılan Qəttarat İmam Əli türbəsinin damı həddindən artıq rütubət səbəbindən sürüşən torpağın təsirindən dağılıb. İndiyədək dağıntılar altında qalan dörd nəfərin meyiti tapılıb. Daha altı nəfər dağıntıla

22.08.2022 5553
.

Aşurada qətl sınana qədər işləmək günahdır? - ARAŞDIRMA

"İslamda Aşura günü işləməməklə bağlı hər hansı bir qadağa yoxdur. İslami nöqteyi-nəzərdən ümumiyyətlə belə bir qadağa ola bilməz. Aşura gününün digər günlərdən hər hansı bir fərqi yoxdur". Bunu Aşura günü işləmək qadağasının olub-olmamasl ilə bağlı -a açıqlama verən ilahiyyatçı Elşad Mahmudo

06.08.2022 5693
.

Bu qadınlarla evlənmək haramdır - SİYAHI

Quranda bəzi qohumlarla evlənmək qadağan edilmişdir. Nəsəb, süd, evlilik, din fərqi, zinakarlıq kimi səbəblər evlənmə maneələri sayılır. Bu səbəblərdən evlənmələri caiz olmayan qadınlara "məhrəm" deyilir. Bəs görəsən "Qurani-Kərim"ə görə kişilər üçün haram sayılacaq qadınlar kimlərdir?

21.03.2022 7671
.

Bu gecə ehtimal edilən üçüncü Qədr gecəsidir - FOTO

Bu gecə Azərbaycanda Ramazan ayının üçüncü Qədr (əhya) gecəsidir. Ramazanın iyrimi ikinci günü üçüncü Qədr gecəsinə, yəni aprelin 23-dən 24-nə keçən gecəyə təsadüf edir. Qeyd edək ki, Qədr gecəsi Quranın nazil olduğu gecədir. Quran İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükd

23.04.2022 5392
.

Mübarək Ramazan ayının ilk gecəsi nələr edilir?

Müqəddəs Ramazan ayı – orucun vacib olduğu aydır. 12 ayın sultanı Ramazan artıq bu axşam başlayır. Axşamdan müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər. BİG.AZ oxucuları bu gecənin əməlləri barədə məlumatlandırmaq istəyir. Niyyət axşamı nə etməli?. Bu gecə müqəddəs Ramaza

01.04.2022 9229
.

Ramazan bayramı neçə gün qeyd olunmalıdır? - İlahiyyatçıdan CAVAB

İslam dünyasının müqəddəs bayramlarından sayılan Ramazan bayramı müxtəlif ölkələrdə müxtəlif cür qeyd edilir. Belə ki, bir sıra müsəlman ölkələrində bu bayram üç gün, digərlərində isə hətta 10 gün ərzində qeyd edilir. Azərbaycanda isə Ramazan bayramı cəmi iki gün keçirilir. Belə olduqda ortaya maraql

02.05.2022 5401
.

54 ildə Məkkəyə 99 milyondan çox zəvvar gəlib

Səudiyyə Ərəbistanının Statistika İnstitutu 1968-ci ildən müqəddəs torpaqlara Həcc ziyarətinə gələnlərlə bağlı statistik məlumatların toplanmasına başlayıb. BİG.AZ Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi SPA məlumat yayıb. Qeyd olunub ki, 54 il ərzində 99 milyondan ço

25.06.2023 3297