Bu ölkələr Ramazan bayramını sabah qeyd edəcək
İslam dünyasında Ramazan bayramı günü ilə bağlı yenə fikir ayrılığı yaranıb.
"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, Şəvval ayının hilalını görə bilməyən ölkələr aprelin 21-ni orucluğun son günü elan ediblər.
Həmin ölkələrdə bayramın ilk günü 22 aprel olaraq təyin olunub.
Avstraliya, Sinqapur, İndoneziya, Malayziya, Bruney, Tayland, Yaponiya və Filippin Şəvval ayını görə bilmədiklərinə görə, aprelin 22-ni Fitr bayramının ilk günü elan ediblər. Hindistan və Pakistanda şənbə bayramın ilk günü kimi qeyd olunacaq.
Ramazan ayı bir çox ölkələrdə 20 aprel sonuncu oruc günü olub. Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Fələstin, İraq və bəzi digər ölkələrdə cümə günü bayramın ilk günü kimi qeyd olunur.
Avstraliya Fətva Şurasının verdiyi açıqlamaya görə, qərar ayparanın cümə axşamı axşam görünməyəcəyini göstərən astronomik hesablamalara əsaslanır.
Digər tərəfdən, İran, Oman, Mərakeş və Liviya rəsmiləri hilal görünmədiyi üçün Ramazan ayının 30 günə tamamlanacağını və 21 aprel cümə gününün Ramazan ayının son günü olduğunu qeyd ediblər.
Bildirilir ki, bəzi İslam ölkələri ayparanı dünyanın hər yerində görməkdənsə, öz ölkələrində görməyə üstünlük verdiyi üçün bayramlar müxtəlif günlərdə qeyd oluna bilər.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına görə, Azərbaycan da Ramazan bayramını 21 apreldə qeyd edən ölkələr sırasındadır.
BiG.Az
Telegramda izləyin
İslam Baxılıb: 15559 Tarix: 21 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOruc tutanlar bunları etməsin
Sobadan yeni çıxmış isti lavaş yemək, orucu buz kimi soyuq su ilə açmaq, bol şirəli şirniyyatlar yemək, iftarı ancaq bir yeməklə açmaq. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ramazanda bu cür səhv qidalanan çoxdur. Orucluq yaz mövsümünə təsadüf etdiyindən, aclıq müddətinin uzun olmas
01.03.2025 8222 Uşaqlarımıza şükür etməyi necə öyrədək? - ARAŞDIRMA
Rəhman Allah hər birimizin ixtiyarına çox sayda nemət qoymuşdur. Lakin biz insanlar bəzən bu nemətərə görə şükür etməyi unuduruq. Biz gərək uşaqlarımıza kiçik yaşlarından şükür etməyi öyrədək. İxtiyarımızda olan nemətləri onlara tanıdaq və Allaha necə şükür edə biləcəyimizin yollarını onlara təlim verək
22.03.2022 18616 İnsan ölən zaman nələr görür və nələr baş verir?
Çoxlarımız üçün maraqlıdır ki insan ölüm anında nə görür? İmam Əli (ə.s) bu suala belə cavab vermişdir:. İnsan dünyanın son günlərində və axirətin ilk günlərində qərar tutan zaman anidən qarşısında bir sima görər ki, onun üçün naməlumdur. Ondan soruşar ki, sən kimsən ki, mən səni tanımıram? Deyər: "Mə
10.04.2022 19401 Namaz hansı dildə qılınmalıdır? - Hacı Şahindən MARAQLI AÇIQLAMA
Namazın Azərbaycanca qılınması yenidən gündəmə daşınır. Bəzi insanlar belə hesab edir ki, hər bir müsəlman namazı öz ana dilində qılmalı, "Qurani-Kərimi" öz ana dilində oxumalıdır. İlk baxışdan haqlı görünə biləcək bir təklifdir. Amma bir məsələni unutmayaq ki, islam qardaşlıq, sülh və birli
17.08.2022 15534 "Dinimiz insanın özünə xəsarət yetirməsini, qan çıxarmasını qadağan edir" - Hacı Şahin
Dinimiz ümumiyyətlə insanın özünə xəsarət yetirməsini qadağan edir. Xüsusilə də bunu Kərbəla hadisəsi ilə əlaqələndirmək Kərbəla hadisəsinin mahiyyətini kölgəyə salır. Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib. Ş.Həsənli bildirib ki, Aşura günündə insanları
08.08.2022 14106 Bu gün Aşuradır
Bu gün Aşura günüdür. xəbər verir ki, Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur. Bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü avqustun 8-nə təsadüf edib. Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir. Son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüs
08.08.2022 17354 Bu gecə ilk Qədr gecəsidir
Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni aprelin 9-dan 10-na keçən gecəyə təsadüf edir. Ramazan ayının ikinci Qədr gecəsi aprelin 11-də, üçüncüsü aprelin 13-də və sonuncusu aprelin 17- də olacaq. Qeyd edək ki, Qədr gecəsi Allahı
09.04.2023 15980 Ərdoğandan Aşura paylaşımı
"Birlik və bərabərliyin rəmzi olan Aşura günü və Məhərrəm ayının İslam dünyası üçün xeyirlərə vəsilə olmasını diləyirəm". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında yazıb. O, şəhadətinin ildönümündə şəhidlərin ağası, peyğəmbərimizin nəvəsi həzrəti Hüseyn və Kərbəl
08.08.2022 16961 54 ildə Məkkəyə 99 milyondan çox zəvvar gəlib
Səudiyyə Ərəbistanının Statistika İnstitutu 1968-ci ildən müqəddəs torpaqlara Həcc ziyarətinə gələnlərlə bağlı statistik məlumatların toplanmasına başlayıb. BİG.AZ Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi SPA məlumat yayıb. Qeyd olunub ki, 54 il ərzində 99 milyondan ço
25.06.2023 15160