"Ofis piylənməsi"nin qarşısını necə alaq?" - Dietoloqdan qızıl kimi məsləhət

"Ofis piylənməsi"nin qarşısını necə alaq?" - Dietoloqdan qızıl kimi məsləhətTanınmış dietoloq Tutu Zeynalovanın "Ofis piylənməsi"nin qarşısını necə alaq? sualına cavab verib. BiG.AZ-a açıqlamasında bu barədə danışan dietoloq qeyd edib:

"Ofis piylənməsi"nin qarşısını necə alaq?" - Dietoloqdan qızıl kimi məsləhət"Demək olar ki , bütün insanlar həyatlarının 2/3 hissəsini iş yerində keçirirlər. İş və karyera – insan fəaliyyətinin vacib hissəsidir. Bu yolda biz özümüzü təstiq edirik, professional yüksəliş əldə edirik, və nəhayət pul qazanırıq. Amma təəsüf ki, məhz iş sağlamlıq problemlərimizin dolayı və birbaşa səbəbidir.

Bu məqalədə mən iş prosesinin düzgün təşkil olunmaması səbəbindən meydana gələn piylənmə probleminə toxunmaq istəyirəm. Təəsüf ki , iş fəaliyyətimlə bağlı bu problemlə demək olar ki hər gün qarşılaşıram.

Ilk öncə piylənmənin yol açdığı xəstəlikləri gözdən keçirək ki, məsələnin ciddiyətini anlayaq və sağlamlığımıza biganə qalmayaq :

Şəkərli diabet
Hipertoniya
Ürək-damar xəstəlikləri
İnsult
Mədə-bağlırsaq xəstəlikləri
Bəzi onkoloji xəstəliklər (qadınlarda süd vəzisi xərçəngi , kişilərdə yoğun bağırsaq və prostat xərçəngi kimi)
Qaraciyər yağlanması
Tənəffüs sistemi problemləri
Oynaq xəstəlikləri
Polikistik over sindrom ( menstrual tsiklin pozulması)
Cinsi istəkdə azalma, erektil disfunksiya
Podaqra
Xroniki böyrək xəstəlikləri
Deri xəstəlikləri
İntihara qədər gətirib çıxaran depressiyalar və psixososial problemlər

Bəs nə edək ? " Ofis piylənməsi"nin qarşısını necə alaq? Problemin analizi üçün ofis işçisinin bir gününü izləmək kifayət edir.

Səhər çətinliklə oyanırıq, işə gecikirik deyə səhər yeməyi yemədən evdən çıxırıq. Və təbii ki, tərslikdən mi , qəsnən mi hərkəsin sevdiyi "şirniyyat evi" yolumuzun üstündədir. Beləliklə, geçikmiş səhər yeməyi şirniyyatla çaydan ibarət olur.

Bir az işlədikdən sonra tərslikdən yenə aclıq hissi yaranır. Dolabda isə şokolad və kurabiyə sizi gözləyir. Nahar vaxtı çatanda isə , şirkətin mətbəxinnən bezmiş oluruq, küçəyə çıxıb yemək axtarmağa isə həvəs olmur. Nə edək? "Köməyə" yaxınlıqdaki fast-food gəlir. Və naharı ordan sifariş verirsiz. Nahardan sonra işçilərdən birinin ad günü qeyd olunur, tortun dadına baxmamaq olmaz. Ağır və yorucu iş gününün sonunda isə evdə önümüzə gələn hər yeməyi yeyirik, davamında isə televizor önündə atışdırmağa davam edirik və yatırıq. Təəssüf ki, müasir ofislər insanların yüksək kalorili və sağlıqsız qida qəbul etdiyi yerə çevrilib. Konfetlə çay, kurabiyə, sendviçlər – ofis işçisinin yemək kompensasiyasıdır. Və sonda artıq çəkini hesablamaq vaxtı gəlib çatır. Buna görə də piylənmə ofis işçilərinin xəstəliklərində birinci sıradadır. Bundan başqa oturaq iş piylənmənin yaranma riskini iki dəfə artırır. Piylənmədən əziyyət çəkən insanlarda isə yuxarıda sadaladığım xəstəliklərin yaranma riski artır.

Növbəti etapda qarınlı menecer və mütəxəssislər əsəbi vəziyyətdə internetdə dəbli dietalar, məhşuların arıqlama üsüllarını axtarırlar. Nəticə : aclıq-aqressiya-depressiya-"dözmədik".

Bu qədər "başarılı" arıqlama üsulları və məhşur diet siyahıları var ikən, bu problemi çözə bilməyən insanlar hardandı? Və xəstəliklərin cavanlaşma səbəbi artıq çəki deyildə nədir ?

Artıq çəkinin gətirdiyi, bəzən ölümcül olan xəstəlikləri görmürük mü, yoxsa iradəmizə hakim olub bu xəstəliklərə yaxalanmamağı bacar mırıq mı?

Halbuki, işdə cox vaxt keçirsək belə, nəinki piylənmənin qarşısını ala bilərik, hətta artıq çəkidən azad ola bilərik. Düzdür sağlam həyat tərzi üçün hərkəsə eyni menü və plan təqdim etmək qeyri-professional olardı. Insanlar bir birilərindən çəkisi, boyu, cinsiyyəti, yemək mədəniyyəti, yanaşı xəstəlikləri ilə fərqlənirlər. Və bu qədər fərqliliyin içində eyni dietanın hər kəsə eyni səviyyədə faydalı olacağını düşüncəsi yalnışdır. Qidalanma planı individual olaraq tərtib olunmalıdır. Amma ümumi qəbul olunmuş qaydalar var ki, bunlara hərkəsin riayət etməsi məsləhət görülür. Belə olduğu halda siz öz həyatınızı dəyişərək, karyeranızda yüksəlməklə yanaşı , sağlamlığınızı da qoruya bilərsiz.

Beləliklə :

Günə bir stəkan su ilə başlayın
Səhər yeməyinizi evdə yeyin
Evdən çıxarkən özünüzlə meyvə götürün ( quru meyvə də ola bilər)
Əgər imkan varsa naharınızı ofisə sifariş verməyin, özünüz yaxındaki kafeyə gedin
Əgər işdən ayrılmaq imkanınız yoxdursa sifariş verdiyiniz yeməyin az kalorili olmasına diqqət yetirin. Pizza və qamburgerdənə, kabab yeməyiniz məsləhətdir.
Hər 15-20 dəqiqədən bir masadan qalxmağa çalışın
Çay, qəhvə və digər içkilərin yerinə su için. Hətta özünüzə gözəl bir qrafin alıb günün sonunadək onu boşalda bilərsiniz. Çay saatlarında bitki çayı içməyiniz daha məqsədə uyğun olar, həm stresinizi azaldar, həm də immun sisteminiz gücləndirməyə kömək edər.
Əgər hər hansı bir sənədə ehtiyacınız varsa, masadan qalxıb o sənədi özünüz götürün. Və telefonla həll edə biləcəyiniz sualları belə, qalxıb özünüz iş yoldaşınızdan soruşun
Liftdən istifadə etməyin
Işə avtomobillə gəlib gedirsinizsə, avtomobilinizi ofisdən aralı park edin. Ofisə qədər gəzdiyiniz 10-15 dəq məsafə metabolizminizi sürətləndirəcək və özünüzü gün ərzində daha gumrah hiss etmənizi təmin edəcəkdir.
Dolabınıza tez xarab olmayan qidalar qoyun. Məsələn, quru meyvələr və çərəzlər ola bilər. Bu qidalar maddələr mübadilənizi gücləndirər və növbəti yemək saatında daha az qida qəbul etmənizi təmin edər.
Əgər toplantıdasınızsa və yemək yemək imkanınız yoxdursa, o zaman südlü kofeinsiz qəhvə seçim ola bilər.
Naharda yüksək qlisemik indeksli qidalardan uzaq durun. Məsələn, ağ çörək, düyü, makaron yerinə, çovdar və kəpəkli çörək, bulqur, qarabaşağa üstünlük verin.
Meyvə şirələrindən uzaq durun
Axşam saatlarında meyvə yeməyin
Saat 20.00a dək şam yeməyinizi bitirmiş olun

Sonda əlavə etmək istərdim ki, karyera və pul əlbəttə vacibdir, amm həyatda heçnə və heçvaxt sizin sağlamlığınızdan daha vacib ola bilməz…


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1433   Tarix: 15 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261