"Əri olan qadın doğmalıdır" - Elnarənin MÜSAHİBƏSİ

"Əri olan qadın doğmalıdır" - Elnarənin MÜSAHİBƏSİMüğənni Elnarə Xəlilovanın "Qafqazinfo"ya müsahibəsi

-Bir zamanlar "Məhəbbət payı", "Qəm otağı" kimi tarixə damğa vuran mahnıları ifa etmisiz. İndi nədənsə belə mahnılara rast gəlmirik...

- İndi də elə mahnılar var, sadəcə Elnarə dəyişib. Mən o vaxtlar məhəbbət payımı axtaranda o mahnımı oxuyurdum. Özümə qəm otağı qurmuşdum. Soyuq və tənha bir otaqda idim. Onda da "Qəm otağı" mahnısını ifa etmişdim. O, mənim hisslərim idi, sözlərini də özüm yazmışdım. İndi mən tək deyiləm. Mən gözləyirəm ki, gənc nəsil oxusun. Amma onlar da belə mahnılar oxumur. Bu boşluqları 36 yaşımda doldura bilmərəm. Bu yaşımda mini ətək geyinib cavan qızlar kimi ora-bura tullanmaq mənə yaraşmaz. Bir vaxtlar mənə yaraşırdı.

-Çoxu sizə o tərzi daha çox yaraşdırır...

- O vaxt yaranan boşluğu mən doldurdum, möhürü vurdum. Sonra ailə qurdum, başım başqa işlərə qarışdı. Mənim üçün birinci sıranı ailəm tutur. Mən olmayanda səhnədəki yerim boş qaldı. İndiki dövrdə oxuya bilən-bilməyən yeni gənc müğənnilər sənətə gəlir. Ancaq o boşluğu doldura bilmirlər.

-Əvvəlki şou-biznesin dadı-duzu qalıb?

- Mən şou-biznesə gələndə hər şey başqa cür idi. Aygün Kazımova, Zülfiyyə Xanbabayevanın müsahibələrini dinləyirəm. Onlardan əvvəlki nəsil Nisə Qasımova, Zeynəb Xanlarova var idi. Ancaq onlar gələndə hər şey fərqli idi. Cəmi bir dövlət televiziyası var idi. Ona görə də yaddaşlarda daha rahat qalırdılar. Sonra hər şey dəyişdi, TV və radioların sayı artdı. Bu artımla rəqabətdə öz sözünü dedi. Hər şeyin sayı çoxaldı, indi isə müğənnilər sayı dəhşət artıb.

"Toya çağıranlara "yox" deməli olacam"

-Şou proqram və toylarda çıxış etmirsiz...

- Dostlarımın, yaxınlarımın toyları, nişanları olur. Onlara "yox" deyə bilmirəm. İndi Vergilər Nazirliyi cərimələr tətbiq etməyə başlayıb. Bu barədə həyat yoldaşım mənə bir məsləhət verdi. Deməli, məndən 1-2 mahnı oxumaq üçün xahiş edənlərə, toya çağıranlara "yox" deməli olacam. Getməmək kimi bir niyyətim yoxdur. Əgər getsəm gərək ki, onun vergisini ödəyəm. Onları necə başa salım, sübut edim ki, pulsuz oxumağa getmişdim.
"Əri olan qadın doğmalıdır" - Elnarənin MÜSAHİBƏSİ-Bəs gəlir mənbəyiniz hardandı?

- Çox yaxşı sualdı (gülür). Mən maddi gəliri reklamlardan əldə edirəm. Bir il ərzində bir neçə şirkətin siması oluram.

-Deməli, reklamdan qazanan müğənnilər sırasındasız...

- Mən digər müğənnilərlə özümü müqayisə etmirəm. Amma TV və radiolarda kifayət qədər reklamlarım yayımlanır. İnstaqramda bəzən yazırlar ki, bezdik sənin reklamlarından. TV və radiolarda sənin səsini eşidirik.

"Hamıda elə təəssürat yaranıb ki, ildə bir dəfə ana oluram"

-Sizinlə bağlı xoş xəbər aldıq. 4-cü dəfə ana olacaqsız...

- Mənim ən sonuncu övladımın 5 yaşı tamam olacaq. Hamıda elə təəssürat yaranıb ki, ildə bir dəfə ana oluram. Artıq 10 ildir ki, ailə həyatı qurmuşam. Qayınanamın yaxşı bir sözü yadıma düşür. "Əri olan qadın doğmalıdır".

-3 övladınız var, 4-cü də yoldadır. Azərbaycanlı ailələr 1 və ya 2 övladının olmağını istəyir. Bu müəyyən sosial problemlərlə bağlıdır. Siz necə? 4 övladınızın gələcəyi barədə nə plan qurmusuz?

- Biz şablon ailələrdən deyilik (gülür). Mən hər bir valideyn kimi onların xeyir işlərini görmək istəyirəm. Arzu edirəm ki, hər ailədən övlad səsi gəlsin. Onlarla bağlı çox gözəl planlarım var.

"Dövlətdən "Qəhrəman ana" adı, bir medal, bir də 3 otaqlı ev istəyirəm"

- Sosial şəbəkələrdə bir ara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çoxuşaqlı ailələrə, xüsusilə də qız uşaqlarına güzəştlərlə bağlı məlumatlar yayılmışdı. Mənə maraqlıdır ki, siz özünüz çoxuşaqlı ana kimi hansı güzəştləri gözləyirsiz?

- Bu yaxınlarda mənə 2016-cı ildən nə gözlədiyim barədə sual verdilər. Mənim isə cavabım bu oldu ki, mənə layiq "Qəhrəman ana" adını versinlər. Mənə başqa şey lazım deyil. Dövlətdən "Qəhrəman ana" adı, bir medal, bir də 3 otaqlı ev istəyirəm. 4 uşaq anası kimi buna mənim haqqım çatır. Başqa dövlətlərdə belə bir şey var. Mən də bu ölkənin nümayəndəsiyəm, kifayət qədər işlər görmüşəm.
"Əri olan qadın doğmalıdır" - Elnarənin MÜSAHİBƏSİ-Bəs fəxri ad gözləntiniz var?

- Fəxri adlarla bağlı iddiam yoxdu. İstəmirəm deyim ki, o ada layiq deyiləm. Bu yaxınlarda Röya fəxri ada layiq görüldü. Yeri gəlmişkən, təbrik edirəm. Biz eyni vaxta sənətə gəlmişik, nəticə isə göz qabağındadır. Onun 1, mənim isə 4 uşağım var. Haqqına danışaq ki, Röya illərini sənətə həsr edib. Ancaq mən həyatımı daha çox ailə və övladlarıma sərf etmişəm. Mən öz adımı istəyirəm. "Qəhrəman ana", 3 otaqlı ev və medal...

-Niyə üçotaqlı ev?

- 4 otaqlı da ev ola bilər (gülür).

"Həyat yoldaşımın sözü də mənə qanundur"

-Bir azda ailədən danışaq. Siz və həyat yoldaşınız tanınmış sima olub. Adətən məşhur simaların evliliyi uzun çəkmir...

- Bu il qalay toyu edəcəm. 10 illiyimizi qeyd edəcəyik. Hər bir halda üzük qaşı ilə sayılır. Biri od olanda, digəri su olmalıdır.Son söz evdə kişinin olmalıdır. Gözümü açıb ailəmdə də belə şey görmüşəm. Atamın sözü qanun olub. Həyat yoldaşımın sözü də mənə qanundur. Rövşən mənə nə məsləhət veribsə xeyrini görmüşəm.

"Rövşən deyir ki, nəyinə lazım, otur oturduğun yerdə..."

-İndi bir dəb formalaşıb. Şou nümayəndələrinin əksəriyyəti yeri gəldi-gəlmədi sosial və siyası problemlərə reaksiya verir...

- İnstagramda dilimi saxlaya bilmirəm. Daha doğrusu əlimi...Müəyyən baş ağrıları ilə rastlaşıram. Tək Azərbaycanın problemləri ilə yox, eyni zamanda dünyada baş verən hadisələrə münasibət bildirirəm (gülür). Mən həm ana, qadın, həm də müsəlmanam. Bəzi nahaq baş verən hadisələrə reaksiya verirəm. Kütləvi şəkildə fələstinli körpələrin qətlinə necə dözə bilərəm? Mənim də evdə övladlarım var. Özümü onların yerinə qoyuram. Yazandan sonra Rövşən deyir ki, nəyinə lazım, otur oturduğun yerdə... İşin yoxdu camaatla...
"Əri olan qadın doğmalıdır" - Elnarənin MÜSAHİBƏSİ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 12890   Tarix: 08 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qələbə xəbərindən sonra yoldaşım zəng vurub ağlaya-ağlaya..." - Jalə Həsənli - FOTOLAR

Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun möhtəşəm qələbəsi sayəsində ərazi bütövlüyümüzün bərpasına səbəb olan Vətən müharibəsinin başlamasının 1 ili tamam olur. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə hər il 27 sentyabr anım günü kimi qeyd ediləcək. Belə bir günd

27.09.2021 21301
.

"Danışığıma lağ edənlər paxıllığımı çəkənlərdir, yenə evdən işləyirəm" – Elmar Məmmədyarovla MÜSAHİBƏ

"2020-ci ildə imzalanan üçtərəfli bəyanatın şərtərinə uyğun olaraq sülhməramlıları Qarabağa yerləşdirmək vacib məsələ idi. Hər bir halda hansısa qüvvə Azərbaycan və Ermənistan qoşunlarının arasında olmalı idi". "Bizdə evə alış-verişi həyat yoldaşım edir. Ona görə də qiymətlərdən xəbərsizəm"

09.03.2023 4406
.

Aqil Acalov:"Bizdə idmana sponsorluq etmək mədəniyyəti inkişaf etməyib" -VİDEOMÜSAHİBƏ

"İdmanın inkişafı sırf dövlətdən asılı deyil. İş adamlarının üzərinə böyük məsuliyyət düşür. Təəssüf ki, bizdə idmana sponsorluq etmək mədəniyyəti bir o qədər də güclü inkişaf etməyib. İdman yarışlarının təşkil olunması üçün çox böyük məbləğ tələb olunur". Bu sözləri Azərbaycan Braziliya Ciu-Cits

25.01.2024 1287
.

Azərbaycan əsgəri ilə bağlı xatirəsindən danışarkən kövrələn Reza Deqati ilə VİDEOMÜSAHİBƏ

Dünyaşöhrətli fotoqraf, hərbi müxbir Reza Deqati -ın qonağı olub. Cənubi azərbancanlı olan fotoqraf İran inqilabı zamanı göstərdiyi fəaliyyətindən, Azərbaycanın dar günlərində iştirakından, müharibə xatirələrindən danışıb. 2-ci Qarabağ müharibəsi zamanı bir əsgərlə bağlı xatirəsindən söhbət açan Rez

05.05.2022 5747
.

BiG.AZ saytı necə quruldu? 19 illik inkişaf yolu Namik Abdullayev

saytının qurucusu, Online Biznes üzrə ekspert Namik Abdullayev "Bizneskar" YouTube kanalında qonaq olub. Müsahibəni Namik Abdullayevdən Fuad Muxtarov götürür

05.08.2023 2723
.

Məşhur türk serialında çəkilən rejissorumuzla VİDEOMÜSAHİBƏ

"Rejissor, ssenarist, aktyor - mənim üçün bunlar bir vəhdət təşkil edir". Bu sözləri -a müsahibəsində kinorejissor, ssenarist, aktyor Natiq Axund deyib. Rejissor izləyicilərimizə qısametrajlı filmlərindən, İstanbulda yaşamasından, Türkiyənin məşhur "Savaşçı" filminə dəvətindən v

10.03.2022 6804
.

Tərlan Novxanı necə məşhurlaşdı? - Meyxanaçı ilə səmimi VİDEOMÜSAHİBƏ

"Təyyarəyə minəndə özlüyümdə düşündüm: "Tərlan, daha nağıl bitdi. Bu sözləri BİG.AZ-a müsahibəsində məşhur meyxanaçı Tərlan Novxanı deyib. Meyxanaçı izləyicilərimizə sənət yolundan, Özbəkistandakı məşhur konsertindən və şəxsi həyatından danışıb. O bildirib ki, irəli getmək üçün istedad tə

12.02.2022 7325
.

Meyxanaçı yoxsa iş adamı? - Aqşin Fatehdən maraqlı AÇIQLAMALAR - VİDEOMÜSAHİBƏ

İş adamı kimi fəaliyyətini davam etdirən meyxanaçı Aqşin Fateh restoranının ikinci filialının açılışını edib. Tanınmış meyxanaçı BİG.AZ-a özəl açıqlamalar verib. Müxbirimizin suallarını cavablandıran Fateh şəxsi iş fəaliyyətindən danışaraq, meyxana aləmini tərk etmək fikrində olmadığını vurğulayıb. Dah

03.03.2022 6442