Səyahətdən zövq almaq üçün bunları bilməlisiniz - FOTOLAR

Səyahətdən zövq almaq üçün bunları bilməlisiniz - FOTOLARYay fəslində hər kəsin fikri səyahət etmək, fərqli yerləri görmək arzusudur. Bu dünyada səyahətə xərclənən pul başqa heç bir istirahət növləri ilə müqayisə edilə bilməz. Ancaq səyahəti də kortəbii deyil, ağılla etmək lazımdır ki, ondan zövq alasınız və bütün ömür boyu təəssüratlar beyninizdə qalsın.

Milli.Az-ın Rusiya mətbuatına istinadən təqdim etdiyi bu məqalə səyahətə getmək arzusunda olanlar üçün çox faydalı olacaq.
Səyahətdən zövq almaq üçün bunları bilməlisiniz - FOTOLAR1. Yadda saxlayın ki, gəldiyiniz ölkə kiminsə evidir

Bunu tez bir zamanda dərk etmək lazımdır. "Disney Land"ə da, Antalyaya da, Romaya da gedə bilərsiniz. Orada daima yaşayan insanlar görəcəksiniz. Ancaq əyləncə parkı ilə xarici ölkənin fərqini də anlamaq lazımdır. Fərq isə az deyil. Xarici vətəndaşlar tamam fərqli insanlar, fərqli sivilizasiya və adət-ənənə deməkdir. Əyləncə attraksionunu isə Bakının özündə də tapmaq olar.
Səyahətdən zövq almaq üçün bunları bilməlisiniz - FOTOLAR2. Səyahətdən əvvəl gedəcəyiniz ölkə haqda öyrənməyə çalışın

Ölkənin bütün tarixini və şəhərlərini əzbərləməyə ehtiyac yoxdur. Ancaq Getdiyiniz ölkə haqqında nəsə bilmək hər zaman xoşdur. Yerli insanların məşğuliyyəti nədir? Mədəniyyətləri nədir? Restoranda çaypulu xoş qarşılanır, yoxsa sizə xidmət edən işçinin xətrinə dəyə bilər?
Səyahətdən zövq almaq üçün bunları bilməlisiniz - FOTOLAR3. Yerli mədəniyyətə sayğı göstərin

Ölkə haqqında nə qədər oxusanız da, gördüyünüz şeylər sizi təəccübləndirəcək. Misal üçün, isti səhrada mini ətəkdə və ya şortikdə gəzmək, yeməyi sol əllə yemək ədəbsizlik sayıla bilər. Yadda saxlayın ki, həmin ölkədə qonaqsınız.
Səyahətdən zövq almaq üçün bunları bilməlisiniz - FOTOLAR4. Kiminsə fotosunu çəkməzdən əvvəl icazə alın

Bu, çox vacibdir. Həm də ona sayğı ilə yanaşdığınızın əyani göstəricisidir. Bəzi ölkələrdə hesab edirlər ki, insan foto çəkdirəndə ruhunun bir hissəsini itirir. Başqa ölkələrdə isə insanlar fotolarının çəkilməsi müqabilində çaypulu gözləyə bilərlər sizdən.
Səyahətdən zövq almaq üçün bunları bilməlisiniz - FOTOLAR5. Ən çox istifadə edilən sözlərin bəzilərini öyrənin.

Birincisi ona görə ki, kiməsə fikrini izah edə bilməməkdən çətin situasiya yoxdur. İkincisi isə, həmin ölkənin vətəndaşı turistin bu dilə sayğı ilə yanaşmasını yüksək qiymətləndirəcəklər. Hətta "salam", "sağol", "Təşəkkür edirəm" kimi sözlər də göstərəcək ki, siz xarici mədəniyyətə dəyər verməyi bacaran birisiniz.
Səyahətdən zövq almaq üçün bunları bilməlisiniz - FOTOLAR6. İnsanlarla görüşün.

Xaricdə tapa biləcəyiniz ən yaxşı şey dostdur. Həmin adamı siz uzun müddət xatırlayacaqsınız, nəinki hansısa suveniri. Bundan əlavə, həmin insan ölkənin mədəniyyəti haqqında sizə daha çox məlumat verə bilər.
Səyahətdən zövq almaq üçün bunları bilməlisiniz - FOTOLAR7. Yerli məhsullar alın

Xarici ölkədə pafoslu və qlamur suvenirlər almağa çalışmayın. Ən yaxşısı yerli adamların əl işləridir. Birincisi ona görə ki, bu unikal əl işi olacaq. Əl işi hər zaman konveyerdən çıxan oxşar məhsullardan dəyərlidir. Həm də yadda saxlayın ki, kəndlər və balaca şəhərlərdə sizin xərcləyəcəyiniz pula daha çox ehiyac var, nəinki suvenir köşklərində.
Səyahətdən zövq almaq üçün bunları bilməlisiniz - FOTOLAR8. Xaricilərin evlərinə gedin

Xarici ölkədə kiminsə evinə getməkdən gözəl təəssürat heç vaxt yaşaya bilməzsiniz. Çünki dəbdəbəli otel burada da var. İstədiyiniz zaman pul xərcləyib orada qala bilərsiniz. Ancaq br romalının və ya parislinin evində qonaq olmaq sizdə daha yaddaqalan təəssüratlar yaradacaq. Orada dost qazanmaq, yerli insaların həyat tərzi, mətbəxləri haqqında məlumat əldə etmək üçün bundan gözəl şans yoxdur.
Səyahətdən zövq almaq üçün bunları bilməlisiniz - FOTOLAR9. Yerli mətbəxin dadına baxın

Yəqin ki, xarici ölkədə də ənənəvi fast-fud qidaları yemək barədə düşünmürsünüz. Yerli restoranlardan və ya küçədə yeməklər satan insalardan qorxmaq lazım deyil. Yerli adamlar o cür qidalanırlar. Nələri sizdən pisdir ki?
Səyahətdən zövq almaq üçün bunları bilməlisiniz - FOTOLAR10. Nəfəs alın

Turistlə səyahətçi arasında əsas fərq də elə budur. Turist hər şeyi görmək üçün tələsir. Nəticədə hər şey yarımçıq qalır. Heç nədən tam zövq ala bilmir. Səyyah isə gördüyü bir abidəni tam dolaşır. Oranın tarixini yaşayır. Həmin tarixi qəsrdə nəfəs alaraq, orada baş verən hadisələrin ruhunu duyur.

Turist hər zaman tələsir ki, birdən avtobusa çatmaz. Əgər avtobusa çatmadınızsa, itəcəyinizdən qorxmayın. Dayanın və dərindən nəfəs alın! Bu, yeni bir unudulmaz macəranın başlanğıcıdır.
Səyahətdən zövq almaq üçün bunları bilməlisiniz - FOTOLAR11. Spontan olun

Ekskursiya proqramı çərçivəsində hərəkət etməkdənsə, sizə həmin an nə lazım olduğuna qərar verin. Qərarları dəyişməkdən qorxmayın. İstədiyiniz işi sərbəst görməkdən zövq alın.
Səyahətdən zövq almaq üçün bunları bilməlisiniz - FOTOLAR12. Azmısınız... Bu ki əladır!

Doğrudan da, səyahətdə azmaq əladır. Həyəcanlanmağa tələsməyin. Dərindən nəfəs alın. Sonra isə olduğunuz yerə xəritədən yox, öz gözlərinizlə baxmağa çalışın. Küçələri gəzin, yolu soruşun və şəhəri araşdırmağa çalışın.
Səyahətdən zövq almaq üçün bunları bilməlisiniz - FOTOLAR13. Qrupları unudun, sərbəst olun.

Əlbəttə ki, turistlər qrupu ilə birlikdə olmaq rahatdır. Ancaq olduğunuz yeri tək başına öyrəndikdən sonra ora yenidən daha az məbləğlə qayıda bilərsiniz.
Səyahətdən zövq almaq üçün bunları bilməlisiniz - FOTOLAR14. Hazır cığırlarla getməyin.

Söhbət tək ekskursiya qruplarının çəkdiyi cığırlardan getmir. Sizin öz şəhərinizdə də elə yerlər var ki, çox adam oranı tanımır. Elə yerlər qonaq getdiyiniz şəhərdə də var. O yerləri tapmağa çalışın.
Səyahətdən zövq almaq üçün bunları bilməlisiniz - FOTOLAR15. Pulsuz getdiyiniz hər yer gözəldir.

Küçələri gəzin, dağlara çıxın, okeana baş vurun, parkları ziyarət edin, insalara nəzər salın, yeni təəssüratlar əldə etməyə çalışın. Bu cür gəzintini turizm şirkətindən alsanız, ucuz başa gəlməyəcək. Bundansa həmin ölkənin sizə pulsuz təklif etdiyi imkanlardan yararlanmağa çalışın.
Səyahətdən zövq almaq üçün bunları bilməlisiniz - FOTOLAR16. İctimai nəqliyyatdan istifadə edin.

Bütün yerli insanlar ictimai nəqliyyatdan istifadə edirlər. Deməli, bu nəqliyyat növü daha ucuzdur. Həm də çoxlu maraqlı insanlarla rastlaşacaqsınız.
Səyahətdən zövq almaq üçün bunları bilməlisiniz - FOTOLAR17. Səyahət edin

Fərqi yoxdur ki, siz təcrübəli səyyahsınız, yoxsa sadə turist və ya əsl "Magellan". Əsas odur ki, səyahət edəsiniz. Möcüzələrlə dolu, çox heyrətamiz bir planetdə yaşayırıq. Onların hamısını görmək üçün bir ömür yetməz, heç olmasa, görə biləcəyiniz qədər baxın.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2625   Tarix: 04 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875