Saçınızın parlaq olmasını istəyirsinizsə ...

Saçınızın parlaq olmasını istəyirsinizsə ...Hər bir xanım saçının parlaq olmasını arzulayır. Bu arzuya qovuşmaq üçün bahalı, üstəlik, tərkibi kimyəvi maddələrlə dolu olan məhsullara pul xərcləməyin. Çünki mütəxəssislər parlaq saçların sağlam qidalanmaqla əldə edilə biləcəyini deyirlər.

Türkiyəli diyetoloq Melis Torluoğlu sağlam və parlaq saçlara qovuşmaq üçün mütəmadi olaraq yeməli olduğumuz qidaların siyahısını açıqlayıb.

BiG.AZ Publika.az-a istinadən həmin qidaları təqdim edir:

Yumurta

Yumurta ən yaxşı zülal mənbəyidir. Həmçinin, B12 vitamini, "biotin", sink, dəmir ehtiva edir. Bu vitamin və minerallar saçların uzanmasına kömək etməklə yanaşı, saçın daha gur və parlaq görünməsinə səbəb olur. Odur ki, həftədə 3-4 dəfə suda bişmiş yumurta yeyin.

Yer kökü

Kökün tərkibindəki A vitamini saç dərisini qidalandırır. Beləliklə, saçlar daha sağlam olur. Yer kökünü hər gün yemək lazımdır. Onu xörəklərə və salatlara əlavə edə bilərsiniz.

Göyərtilər

Kələm, brokkoli, ispanaq, nanə, tərə, cəfəri kimi tərəvəz və göyərtilər saçın parlaq görünməsini təmin edir. Bu qidaları çiy yemək məsləhətdir.

Çərəzlər

Fındıq, qoz, badam, fıstıq kimi tərkibi yağlarla zəngin olan çərəzlər saçlar üçün çox faydalıdır.

Bu çərəzlərin tərkibində bol miqdarda E vitamini var. E vitamini qan dövranını sürətləndirir, saç dərisinin daha yaxşı qidalanmasını təmin edir. Hər gün bu çərəzlərdən hər hansı birindən 10-15 ədəd yeyin.

Avokado

Bu meyvə B5 vitamini ehtiva edir. B5 vitamini saçların sağlamlığını qoruyur və tez uzanmasını təmin edir. Gündə yarım avokado yeyə bilərsiniz.

Paxlalı bitkilər

Quru lobya, mərci, noxud kimi qidaların tərkibi dəmir, sink, biotinlə zəngindir. Bu qidalar həm saçlara parlaqlıq verir, həm də onların tökülməsinin qarşısını alır. Həftədə 2-3 dəfə paxlalı bitkilərdən hazırlanmış salat və ya xörək yeyin.

Bütöv dənli taxıldan hazırlanmış çörək

Gündə ən azı 2-3 dilim çörək yemək lazımdır. Ancaq çörəyin bütöv dənli taxıldan hazırlanması böyük əhəmiyyət təşkil edir.

Qırmızı ət

Qırmızı ət tərkibindəki dəmir sayəsində saç köklərini qidalandırır. Qırmızı ət saç tökülməsinin qarşısını alır. Həftədə 2-3 dəfə qırmızı ətdən hazırlanmış xörəklərdən yeyin. Yeməyə yağ əlavə etməməyiniz məsləhətdir. Ətin tərkibi yağlarla zəngin olduğu üçün yemək kifayət qədər yağlı olacaq.

Saçınızın parlaq olmasını istəyirsinizsə ...Saçınızın parlaq olmasını istəyirsinizsə ...Saçınızın parlaq olmasını istəyirsinizsə ...Saçınızın parlaq olmasını istəyirsinizsə ...Saçınızın parlaq olmasını istəyirsinizsə ...Saçınızın parlaq olmasını istəyirsinizsə ...Saçınızın parlaq olmasını istəyirsinizsə ...Saçınızın parlaq olmasını istəyirsinizsə ...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3372   Tarix: 25 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641