15 mərtəbəli binada kanalizasiyasız, susuz işıqsız yaşayış

15 mərtəbəli binada kanalizasiyasız, susuz işıqsız yaşayışBakıda "Badu-Kubə" MTK-dan 10 ildir ki, mənzil almış, ancaq hələ də səfasını görə bilməyən sakinlərdən biri, Pərvaz Hüseynov sanki ibtidai icma dövründə yaşadıqlarını deyir:
"10 ildir ki, yaşayış evlərimizi təhvil vermirlər. Hər dəfə görüşəndə deyirlər, "3 ay da dözün". Hamını aldadırlar.
Binada nə işıq, nə su, nə kanalizasiya, nə də qaz var. Üfunət içindədir. 3 ildir ki, bura köçmüşük. Çünki olan pulumuzu verib buradan ev almışıq. İllərlə kirayələrdə qalmışıq. Ona görə də məcbur olub axırda şəraitsiz binadakı evlərimizə köçmək məcburiyyətində qaldıq. Ancaq sanki ibtidai icma quruluşunda yaşayırıq. 15 mərtəbəli binada hamı özü üçün su cəni qoyub istifadə edir".
O, Günəşli qəsəbəsi, V massivində vaxtilə "Badu-Kübə" MTK –nın inşa etdiyi binada yaşayan azı 300 ailənin əziyyətlərindən danışır:
"İlk vaxtlar dövlətin binanın təmiri üçün ayırdığı işıqdan istifadə etsək də sonradan ondan da məhrum olduq. 300 ailənin taleyi ilə oynayırlar. MTK-nın sədri Ədalət Qəmbərov o vaxt söz verdi ki, "siz evlərinizi təmir etdirin, köçün, mən də binanın kommunal məsələlərini həll edəcəm".
Biz də borc-xərc edib evlərimizi təmir etdirdik, 3 aya köçüb oturduq. 3 ildir cəhənnəm əzabı çəkirik. Binada istilik olmadığından qışda divarlardan su axır, təmirimiz də bərbad olub getdi. Susuz, işıqsız, kanalizasiyasız yaşamaqmı olar?"

BU BİNADAN HEÇ KƏS HEÇ NƏ ALMIR
 
Binanın başqa sakini Elnarə Kərimova deyir, kanalizasiya olmadığından həyətdə quyu qazılıb, axşamlar üfunətdən həyətin yanından keçmək, aşağı mərtəbələrdəki mənzillərdə oturmaq olmur:
"MTK sahibi söz vermişdi ki, hər şeyi tez bir zamanda həll edəcək. Sonra da dedi ki, binanın tikintisinə görə gözlədiyindən çox rüşvət alıblar ondan, bu səbəbdən də binada qalan işləri yoluna qoymağa pulu yoxdur".
Sakin deyir, hələ kommunal işləri yoluna qoyulmamış binadakı mənzillərin pulları tam ödənilib. Ancaq MTK sahibi heç bir iş görmək istəmir:
"Pul yox idisə, niyə bizi aldadırdılar? Axı təmirə bir ətək pul xərcləmişik… Gedib bunu onlara deyəndə susurlar. Bu binadan heç kim heç nə almır. Evlərimizi satışa çıxarırıq, sata bilmirik. Almağa gələn bir az araşdırıb vəziyyəti bilib çıxıb gedir".
İşıq pullarını bina sakinləri özümüz yığıb veririk. Çünki mtk sədri Ədalət Qəmbərov binada işlətdiyi işığın pulunu belə vermir. 3 ay bundan öncə mtk sədrinin ödəməli olduğu pulu 2000 azn borcu bina sakinləri özləri ödəmək məcburiyyətində qaldı. Əks halda işığı yandırmırdılar. Vəziyyət çox acınacaqlıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2201   Tarix: 06 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kosmosa da turist səfərləri başladı

Amerikanın "SpaceX" şirkəti kosmosa turist uçuşları üçün yer bron etməyə başlayıb. Bu barədə məlumat şirkətin saytında yer alıb. xarici mediaya istinadla bildirir ki, maraqlananlar üçün dörd istiqamət əlçatan olacaq: Yerin orbitinə, Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya və Marsa. "Dragon"

02.05.2024 315
.

Pakistanda avtobus aşdı: 20 ölü

Pakistanda sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb, 20 nəfər yaralanıb. Bölgəyə polis və xilasedicilər cəlb olunub. Araşdırma zamanı avtobusun sərt qayalıqların üzərindəki yoldan çıxaraq aşdığı müəyyən edilib. Yaralananlar xəstəxanaya yerləşdirilib. Araşdırmala

16:10 84
.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

14:02 459
.

"Birbaşa uçuşların sayını artırmaqda digər hava yollarının da maraqları olmalıdır" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Göydəniz Qəhrəmanov -a bildirib ki , Azərbaycan Hava Yolları birbaşa uçuşların sayını artırır. Amma bu məsələd

15:11 190
.

Rusiyada TikTokun fəaliyyəti yenidən məhdudlaşdırıldı

TikTok Rusiyada istifadəçilər üçün məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Bildirilir ki, proqrama daxil olmaq istədikdə müvafiq bildiriş görünür:. "Bölgənizdə bəzi TikTok funksiyalarını məhdudlaşdırdıq. Siz müvəqqəti olaraq videolar yerləşdirə və y

11:18 197
.

Dilan özünə qəsd edib

Həbsdə olan fenomen Dilan Polat özünə xəsarət yetirib. OLAY yazır ki, bununla bağlı Türk mediasında məlumatlar yayılıb. Bildirilib ki, sonuncu məhkəmədən sonra Dilan qolunu və ayaqlarını kəsib "Azadlığa çıxa bilməyəcəyəmsə, burada ölmək istəyirəm" dediyi öyrənilib

10:50 639
.

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO

Bakıda kişi küçədə özünü yandırmağa cəhd edib. Bu barədə görüntülər -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə Xətai rayonunda, Məhəmməd Hadi küçəsi 51 ünvanında baş verib. Özünü yandırmağa cəhd göstərən şəxsə ətrafdakılar və hadisə yerinə gələn polis əməkdaşları müdaxilə edib

12:12 740
.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

17:18 138
.

"Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur"

"Bakı daha bir mühüm tədbirə ev sahibliyi edir. Mayın 1-dən 3-dək ölkəmizdə "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qona

15:12 85