Qardaş ölkə Avro 2016 ya birbaşa necə gedə bilər?

Qardaş ölkə Avro 2016 ya birbaşa necə gedə bilər?Türkiyə millisi bu gün "Avro-2016"nın final mərhələsinə birbaşa vəsiqə əldə edə bilər.

Fatih Terimin komandasının ən yaxşı qrup üçüncüsü olaraq Fransaya getmək imkanı yaranıb.

Bunun üçün hazırda ehtiyatında 15 xalı olan Türkiyə millisinin bu gün öz meydanında qrupunun lideri İslandiyanı məğlub edib xalını 18-ə yüksəltməsi vacibdir. Amma bununla da iş bitmir.

Qardaş ölkə komandasının "Avro-2016"ya birbaşa qatılması üçün hazırda onunla eyni qrupda yarışan və sonuncu yeri tutan Qazaxıstanın bu gün səfərdə Latviyaya qalib gəlməsi vacibdir.

Qaydalara əsasən, ən yaxşı qrup üçüncüsü kimi "Avro-2016"ya yeganə vəsiqə qrup üçüncüləri arasınsa ən çox xal toplayan komandalara verilir. Bu zaman üçüncü yeri tutan millinin qrup sonuncu olan komandayla oyunlarındakı nəticə nəzərə alınmır. Türkiyə millisi indiki halda öz qrupunda sonuncu olan Qazaxıstandan 6 xal alıb.

Amma əgər qazaxlar Latviyaya səfərdə qalib gələrsə, o zaman sonuncu yeri tərk edib beşinci pilləyə yüksələcəklər. Bu zaman qazaxlar üzərində qazanılmış 6 xal hesaba alınacaq və Türkiyənin qrup üçüncüləri arasında xalı 16-ya yüksələcək. Amma qeyd etdiyimiz kimi, bu zaman Türkiyənin İslandiyaya qalib gəlməsi də vacibdir.

Qeyd edək ki, Türkiyə üçün belə bir imkan ən yaxşı qrup üçüncülüyü uğrunda yarışan və dünənə qədər buna daha çox şansı olan Ukrayna millisinin yer aldığı qrupdakı son turun oyunlarından sonra yaranıb. Ukrayna öz meydanında İspaniyaya uduzaraq qrupu 19 xalla üçüncü yerdə tamamlayıb. Onlar 19 xalın 6-sını sonuncu yeri tutan Makedoniya ilə matçlarda qazanıb. Beləliklə, qrup üçüncüləri arasında Ukraynanın xalının 13-ə endiyini görürük.

Deməli, Türkiyə İslandiyanı məğlub etməklə yanaşı, qazaxların Latviyaya səfərdə qalib gəlməsini gözləməlidir. Yox, əgər Latviya Qazaxıstanla matçda xal ya xallar qazanarsa, o zaman "Avro-2016"ya ən yaxşı qrup üçüncüsü kimi Ukrayna gedəcək.

qol.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1320   Tarix: 13 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933
.

Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5

22.08.2021 758
.

Dünya çempionumuz koronavirusa yoluxdu

Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal

31.08.2021 1111
.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064
.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688
.

Sərbəst güləşçilərimizin I MDB Oyunlarındakı qazancı: Üç qızıl, iki gümüş və iki bürünc medal

Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. Bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (7

04.09.2021 627
.

Azərbaycanın daha bir paracüdoçusu qızıl medal qazandı

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempion

28.08.2021 647
.

Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"

"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib

04.09.2021 1126
.

DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub. Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşm

04.09.2021 1053