Ərzaq məhsullarının qiyməti qalxdı: 25-30 faiz... - FOTO
Bir neçə gündür ki, Azərbaycanda ərzaq mallarının qiymətləri sürətlə artırılır. Artıq mağazalarda çay, qənd, şəkər tozu, makaron, yağ, toyuq, süd məhsullarının qiymətləri 15 faizdən 35 faizədək qaldırılıb.
Musavat.com-un məlumatına görə, hələlik sonuncu olaraq məhsullarının qiymətini qaldıran "Azərsun" Holdinqdir. Ölkə bazarında kifayət qədər yer tutan və yerli məhsula olan tələbatın böyük hissəsini təmin edən "Azərsun" Holdinq avqustun 18-dən etibarən mağazalara verdiyi məhsullarının qiymətini dəyişib.
Məsələn, çəkisi 100 qram olan 80 qəpiklik "Azərçay" artıq mağazaların vitrinlərində 1 manata qoyulub. Bu, məhsulun 25 faiz bahalanması deməkdir. Holdinq bütün məhsullarının qiymətini 20-35 faiz arasında bahalaşdırıb.
Qeyd edək ki, "Azərsun" Holdinq ölkə bazarına "Bizim süfrə", "Azərduz", "Pasha", "Super Sun", "Bostan", "Berqa", "Aura", "Bizim tarla", "Sun", "Möcüzə", "Teksun", "Saville" markaları ilə çeşidli məhsullar çıxarır.
Mağaza işçiləri ilə söhbətimizdə qiymətləri qalxan digər məhsullarla da bağlı məlumatlar öyrəndik.
Qiymətləri ilk olaraq qaldıran şirkətlərdən biri "Prokter & Gembl Azərbaycan Servisləri" MMC-dir. Bu MMC-yə məxsus məhsulların qiymətləri 35 faiz qaldırılıb.
Qeyd edək ki, "Prokter & Gembl Azərbaycan Servisləri" MMC bazara "Oral-B Pro-flex" diş fırçası, "Duracell" batareyası, "Ariel" yuyucu tozu, "Blend-a-med Pro-expert" diş məcunu, "Pampers" və bir çox məhsullar çıxarır.
Son 5 gün ərzində qiymətləri bir neçə dəfə qaldıran firma isə "Milla" süd məhsullarıdır. Belə ki, ötən həftənin son günündə qiymətləri 10 faiz qaldıran "Milla" avqustun 17-də qiymətləri növbəti dəfə 5 faiz artırıb. Hazırda "Milla" süd məhsulları minimum 15 faiz bahalaşıb.
Qiymətləri qaldıran böyük firmalar arasında "Avrora" da var. Bu firma Azərbaycanda makaron, biskvit, peçenye kimi şirniyyat məhsullarının istehsalı, pərakəndə və topdansatışı ilə məşğul olur. Bazarda kifayət qədər tanınmış "Tanelli", "Doymak", "Laferella" markalı makaronlar bu firmanın məhsullarıdır. "Avrora" firması qiymətləri 15-25 fazi arasında qaldırıb.
"Səba" firması da toyuq məhsullarının qiymətini 15-20 faiz bahalaşdırıb.
"Cahan" Holdinqin məhsullarının da yaxın günlərdə bahalaşacağı gözlənilir.
Qeyd edək ki, bir neçə gün əvvəl "Azerbaijan Coca-Cola Bottlers" (ACCB) istehsal etdiyi məhsulların daxili bazarda satış qiymətlərinin artırılması təklifi ilə İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqların Müdafiəsi Dövlət Xidmətinə müraciət edib.
Xatırladaq ki, bu ilin fevral ayında manatın 35 faiz devalvasiyası zamanı qiymətlərin də qalxacağı deyilirdi. Lakin ölkə rəhbərliyinin məsələyə müdaxiləsindən sonra qiymət artımlarının qarşısı alındı. Qiymətlərin növbəti artım mərhələsi kimi Bakıda keçirilən I Avropa Oyunlarının sona çatması göstərilirdi. Gəzən söz-söhbətlərdə qiymətlərin I Avropa Oyunlarından sonra qalxacağı deyilirdi. Və gözlənilən oldu.
Mağaza satıcıları ilə söhbətimizdə onu da eşitdik ki, qiymətləri ilk qaldıran firmalar I Avropa Oyunlarına sponsorluq edən firmalar olub. Bunların siyahısında "Milla", "Prokter & Gembl Azərbaycan Servisləri" MMC, "Azərsun" Holdinq ilk sıralardadır.




BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2786 Tarix: 19 avqust 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589