Şok iddia! Nəsiminin məzarı Türkiyədədir

Şok iddia! Nəsiminin məzarı TürkiyədədirOrta əsr Azərbaycan şairi və hürufilik təriqətinin ən məşhur nümayəndələrindən biri, Nəsimi təxəllüsü ilə daha çox tanınan Seyid Əli İmadəddin haqqında hələ də bilmədiyimiz nüanslar var.

Azərbaycan türkcəsində divan, fars və ərəb dillərində isə müxtəlif əsərlərin müəllifi olan Nəsiminin Suriyada (Hələb şəhərində) edam olunduğu tarixdən məlumdur.

Lakin bir neçə gün öncə bizə Nəsiminin qəbrinin Türkiyənin Qaziantep vilayətində olduğu barədə məlumat daxil oldu. Məlumatı verən Türkiyədə yaşayan azərbaycanlı, Qaziantep Böyük Şəhər Bələdiyyə başçısının məsləhətçisi, bilologiya elmləri doktoru Yusif Zeynalov ANS PRESS-ə açıqlamasında bunu təsadüfən bildiyini vurğuladı.

"Bir neçə illər öncə Suriyanın Hələb şəhərinə ezam olunmuşdum. Orada İmadəddin Nəsiminin məzarını ziyarət etmək istədim. Orada Nəsimi məqbərəsi var. Amma məqbərənin içərisində məzar yox idi. Hələbdəki bütün qəbiristanlıqları gəzdim. Amma Nəsimiyə aid heç bir məzar yox idi. Türkiyəyə qayıdandan sonra Qaziantepdə Heydər Şahin adlı yaşlı bir adamla tanış oldum. Söhbət təsadüfən şair Nəsimidən düşəndə, o mənə dedi ki, sizin Nəsiminin qəbri Qaziantepin Ağtorpaq kəndindədir. Əvvəlcə ona inanmadım. Amma birlikdə məzarı ziyarət etdik. Məzar Ağtorpaq kəndində bir təpənin üstündə idi", - deyə Yusif Zeynalov bildirdi.

Ərazidə olarkən Hacı Mehmet Quzu adlı bir nəfərlə tanış olan Yusif Zeynalov Nəsiminin məzarının burada olması barədə bəzi məlumatlar öyrənə bilib. Məlumata görə, o zaman Qaziantep inzibati vahid kimi qəza olaraq Hələb valisinə tabe imiş. Nəsimi də orada məsciddə bir otaqda müvəqqəti olaraq qalırmış. Qısa müddət ərzində çox sevildiyi üçün din xadimləri onu aradan qaldırmaq istəyib. Bunun üçün Nəsimiyə tələ qurublar. Gizlincə onun ayaqqabısının altına Quranın bir ayəsini qoyublar. Sonra da valiyə xəbər veriblər. Əvvəlcə vali buna inanmayıb. Deyib ki, əgər belə şey olsa, onun dərisini soyduraram. Doğrudan da Nəsiminin ayağının altından Quranın ayəsi çıxır. Onu çarmıxa çəkirlər və bədəninin bir parçasından dərini soyurlar. Sonra Nəsimini sərbəst buraxırlar. Şair yaralı halda camiyə (məscidə) dönür. Amma əhali onu kafir adlandıraraq məscidə buraxmır.

Nəsimi şəhərdən kənarda Ağtorpaq adlanan kəndə gedir. Ora ilə şəhərin arasında təxminən 1 kilometr məsafə var. Kənddə təpəlikdə "Cücə adam" deyə çağırılan balacaboy kişi yaşayırmış. Nəsimi ona deyib ki, mən öləndən sonra təpənin üstündə basdır. "Cücə adam" da Nəsimini təpənin üstündə basdırıb. Amma gücü çatmadığına görə, şairi balaca çuxurda dəfn edib. Uzun illər ərzində yağış yağandan sonra qəbrin üstü açılırmış və sümüklər çöldə qalırmış. O zaman əraziyə gələn Səlcuq dövlətinin bir hərbçisi məzarı daşlarla hörür. Bu məzar 1985-ci ilə qədər qalır. Həmin dövrdə kənddə çox zəngin bir insan olub. O həmin ərazini alır və istəyir məzarı sökdürsün. Lakin təsadüf nəticəsində müflisləşir və planları baş tutmur.

Sonradan 1986-cı ildə məzarın üstündə məqbərə tikilir. Məqbərə Mehmet Quzunun ailəsi tərəfindən tikdirilir. Beləliklə, Nəsiminin məqbərəsini və məzarını Mehmetin ailəsi qorumağa başlayır.

Məsələ ilə əlaqədar Nizami adına Ədəbiyyat İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Bəkir Nəbiyev ANS PRESS-ə açıqlamasında bildirdi ki, konkret olaraq haqqında söhbət gedən yer İmadəddin Nəsiminin məzarı deyil.

"Tarixdə 600 ildən artıq mövcud olan qəbrin yerinin dəyişdirilməsi mümkün deyil. İki il bundan əvvəl bir neçə alimlə birgə Suriyanın Hələb şəhərinə getdik. Burada nəinki Nəsiminin qəbrini ziyarət etdik, orada Nəsiminin şəxsiyyətinə, taleyinə, əsərlərinə çox yüksək qiymət verildiyinin şahidi oldum. Şahidi olduq ki, orada yalnız Nəsiminin qəbri deyil, onun adına küçə, dini ocaq, məscid var. Onun məzarı çox böyük hörmətlə qorunur. İmadəddin Nəsiminin məzarı Hələb şəhərindədir".

B. Nəbiyevin sözlərinə görə, Nəsiminin məzarının üstündə belə yazılıb: "Bu şəhid bəndə, böyük sufi, arif, Allahın dostu Şeyx Əli İmadəddin Nəsiminin məzarıdır. Allah ona rəhmət eləsin. Qəbri müqəddəs olsun".

"Biz Nəsiminin məzarının, başdaşının yanında şəkil də çəkdirmişik. Ziyarət vaxtı bizim bələdçimiz şairin nəslinin davamçılarından Məhəmməd Məmduh oğlu Nəsimi ilə də tanış oldum. Hazırda Nəsiminin qəbrini həmin şəxs qoruyur", - deyə Bəkir Nəbiyev vurğuladı.

B. Nəbiyev Türkiyədə aşkar edilən qəbirlə bağlı isə bunları dedi: "Bor çox yerlərdə hörmət əlaməti olaraq, görkəmli alimlərə, şairlərə məzarlar qoyulur. Bu səbəbdən Yusif Zeynalov Türkiyənin Qaziantep vilayətində Nəsiminin qəbrinə rast gəlib. Mən bunu ancaq belə qiymətləndirirəm".

Nəsiminin dərisinin soyulmasına gəlincə, alim bunun həqiqət olduğunu deyir. Lakin onun bütün dərisinin, yaxud da bədəninin bir qisminin soyulması haqqında dəqiq məlumat olmadığını bildirir.

Source: ANSPress.com


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 5634   Tarix: 26 may 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yeni il niyə yanvardın 1-i qeyd edilir? - maraqlı FAKTLAR

31 dekabrdan 1 yanvara keçən gecə təbii bir başlanğıc nöqtəsi kimi qəbul olunur. xəbər verir ki, tarixi baxımdan ilin başlanğıcı dəfələrlə dəyişib və bizə tanış olan tarix nisbətən gec formalaşıb. Rusiyada Yeni ilin 1 yanvarda qeyd olunmasına yalnız 1700-cü ildə I Pyotrun fərmanı ilə başlanılıb. Onda

14.12.2025 988
.

Xidmetler.AZ - Təhlükəsizlik kameraları, təhlükəsizlik sistemləri

Xidmətlər təklif edən XİDMETLER.AZ- saytinda müasir dövrdə ən çox tələb olunan texniki avadanlıqlardan təhlükəsizlik kameraları haqda elanlar toplanıb. Xüsusən, həyət evi, villası və obyekti olanlar nəzarət kameralarına ehtiyac duyurlar. Ancaq son illərdə bina evlərinə təhlükəsizlik kameraları qoşduranları

15.12.2025 699
.

Ən bahalı 10 Yeni il şam ağacı - SİYAHI

Amerikada ənənəvi bir şam ağacının qiyməti orta hesabla 30-150 ABŞ dolları arasında dəyişir. Lakin bəzən bəzi şəhər və müəssisələr Yeni il ağaclarını bəzəmək və nümayiş etdirmək üçün milyonlarla dollar xərcləyirlər. BİG.AZ -a istinadla qiyməti 1 milyon dollardan artıq olan bu 10 ağacı təqdim edir. 10

09.12.2025 613
.

Avadanlıq icarəsi Xidmetler.AZ saytında

Xidmətlər saytı -da axtardığınız avadanlıqları icarəyə götürmək imkanınız var!. Eviniz və ya ofisiniz üçün avadanlıqlar icarəyə götürmək istəyirsiniz? Keyfiyyətli avadanlıq olsa, birdəfəlik satın almaq fikriniz var? Elədirsə, saytından faydalanın. Onlayn, pulsuz elanlar platforması olan -da məhz sizi

17.12.2025 1466
.

Göz sağlamlığı üçün faydalı təbii qidalar

Qeyri-sağlam qidalanma və ekoloji amillər bütün orqanlara, o cümlədən, gözlərin sağlamlığına mənfi təsir göstərir. Son vaxtlar bioaktiv qidalara tələbat olduqca artmaqdadır. Bitki mənşəli bioloji aktivliyə malik həmin məhsullar kapsul, tablet, toz, sirop və digər formada hazırlanır. Ona görə də gözlə

09.12.2025 520
.

Einşteyn haqlı çıxdı: Marsda zaman daha sürətlə keçir

Alimlər kəşf ediblər ki, Marsda zaman, Dünyaya nisbətən daha sürətlə keçir. xəbər verir ki, orta hesabla, hər 24 saatda Marsda saatlar 477 mikrosaniyə (saniyənin milyonda biri) daha sürətli işləyir. Bu fərq, Marsın Dünyadan zəif kütlə cazibəsinə malik olması ilə bağlıdır. Daha zəif cazibə zamanı sürətləndirir

14.12.2025 461
.

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

Mütəxəssislərə görə, kartof qızardarkən duz kartoflar yağdan çıxan kimi, yəni hələ isti və üzəri yağlı ikən əlavə edilməlidir. Çiy kartofa və ya qızartma zamanı duz atmaq, kartofun suyunu buraxmasına və çıtırlığını itirməsinə səbəb olur. İsti səthə səpilən duz isə həm daha yaxşı yapışır, həm də dadı

13.12.2025 315
.

Nə şama ehtiyac var, nə lampaya - 10 gün yanır - VİDEO

İşıqlar sönübsə, evdə də şam yoxdursa, effektiv, ancaq təhlükəli üsul var. bildirir ki, armudu stəkana biraz düyü töküb, üzərinə su, sonra da duru yağ əlavə edib, qulaq çöpü batıraraq yandırmaq mümkündür. Eksperimenti edən şəxsin iddiasına görə bu üsulla alov 10 günə qədər davam edə bilər. Qeyd edə

13.12.2025 635
.

Balığın təzə olub-olmadığını belə yoxlayın

Balığın təhlükəsiz olması üçün onu düzgün seçmək, saxlamaq və hazırlamaq çox vacibdir. xarici mediaya istinadla xəbər verir ki, həkimlərbalıq alarkən nələrə diqqət etməli olduğunuzu, məhsulu necə saxlamaq və bişirmək lazım olduğunu izah edib. Qeyd edilir ki, hətta piştaxtada diri görünən balıq belə

14.12.2025 469
.

TOP MP3