Bakıdakı qədim daş yolların üstü Formula-1 yürüşü ilə əlaqədar asfaltlanacaq

Bakıdakı qədim daş yolların üstü Formula-1 yürüşü ilə əlaqədar asfaltlanacaq2016-cı ildə Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran Prisinədək mərkəzi küçələrdəki yol zolağı yenidən təmir olunacaq.

Bu barədə "SpeedWeek" nəşrinə müsahibəsində arxitektura bürosunun rəhbəri German Tilke açıqlama verib. O bildirib ki, ilk növbədə, yol işləri başa çatdırılacaq. Sonda isə "Formula-1" üçün xüsusi asfalt qatı qoyulacaq. Boks komplekslərinin və digər infrastrukturun hazırlığı isə gələn ildən başlanılacaq: "Tras tarixi mərkəzdən keçir, bəzi sahələrə daş döşənilib. Təəssüf ki, onları "Formula-1" üçün istifadə etmək olmaz. Bu səbəbdən, daşların üzərini örtməli olacağıq. Bununla Qran Priyə az qalmış məşğul olacağıq. Biz müvəqqəti qərardan yararlanmaq istəyirik: Daşların üzərinə qum qatı, üstündən isə asfalt döşəyəcəyik. Yürüşdən sonra bu örtük çıxarılacaq".

"Formula-1" trasının marşrutunda belə örtüklər 2 yerdə - Azneft dairəsindən Prezident Administrasiyasına və eləcə də Şəhidlər Xiyabanına qalxan yoldadır. Onların uzunluğu təqribən 200 metr və 400 metrdir. G.Tilke yollarda avtomobillər üçün toxunmanın yüksək keyfiyyətini təmin etməyə çalışdıqlarını və yeni yol qatının yerli materialdan salınacağını vurğulayıb.
Almaniyalı mütəxəssis Monako və Bakı trasları arasında da müqayisə aparıb: "Bu, Monakodan tam fərqlidir. Bakı trası bir çox cəhətlərdə unikaldır. Biz bir çox çətin məsələləri həll etməli olduq. Beynəlxalq Avtomobil Federasiyasının məhdudiyyətləri var. Xoşbəxtlikdən, federasiya bu tələbləri tam yerinə yetirə bilmədiyimiz vaxt kompromisə hazırdır. Məsələn, Bakıda tras XII əsrə aid divarlar boyunca keçəcək. Biz onu zədələməməliyik. Bu şəhərdə iş bizə unikal təcrübə qazandırıb. Əminəm ki, pilotlar və tamaşaçılar trası bəyənəcəklər. Havanın temperaturu isə Avropadakı yay temperaturu kimi olacaq: 30 dərəcədən yuxarı. Amma daha isti olacağı da istisna deyil".

G.Tilke Hökumət Evi qarşısında qurulacaq boks binalarının taleyinə də aydınlıq gətirib. Onun sözlərinə görə, yürüşdən sonra bokslar kompleksi götürüləcək, 2017-ci il Qran Prisindən öncə isə yenidən yığılacaq. Mütəxəssis Avropa Qran Prisi ilə bağlı bütün prosedurların ideal formada yoluna qoyulmasından ötrü 6-7 il lazım gələcəyini açıqlayıb: "Monakoda Qran Pri neçə ildir keçirilir. Orada trası gözüyumulu da hazırlamaq olar. Şühbə etmirik ki, Bakıdakı ikinci yürüşdən öncə trasın hazırlanmasına az vaxt gedəcək. Bu, Sinqapurda da belə idi. Biz yerli mütəxəssislərlə əməkdaşlıq edirik. Onlara komplimentlər demək istərdim. Artıq Avropa Oyunları zamanı təcrübə toplayıblar ki, bu da bizə gərəkli olacaq".

Sonda G.Tilke azərbaycanlı həmkarları ilə ünsiyyətdə heç bir problemlərinin olmadığını və bundan yaxşı mənada təəccübləndiklərini vurğulayıb: "Təmasda olduğumuz şəxslər bizi diqqətlə dinləyir və kömək edirlər. Onlar ingiliscə əla bilirlər və yaxşı təhsil alıblar".

Qeyd edək ki, ilk Avropa Qran Prisi 2016-cı il iyulun 17-də Bakının mərkəzi küçələrində təşkil olunacaq.

report


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 978   Tarix: 17 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089