Mer işdən çıxarılacağı ilə bağlı yayılan xəbərləri şərh etdi

Mer işdən çıxarılacağı ilə bağlı yayılan xəbərləri şərh etdiBu gün istintaq gedir. Gəlin istintaqın işinə maneçilik törətməyək. Bizim dediyimiz hər hansı bir söz istintaqın işinə problem yaradacaq. İstintaq ən yüksək səviyyədə işi aparacaq. Möhtərəm prezidentimizin dediyi kimi, ən yüksək səviyyədə də cəzalanacaqlar. Vəzifəsindən, tutduğu mövqedən asılı olmayaraq heç kimə güzəşt olmayacaq. Buna əmin ola bilərsiz...

Bunu "Yeni Müsavat"a müsahibəsində Bakının Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğın hadisəsini şərh edən paytaxtın İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib.

Mer qeyd edib ki, hər gün o sakinlərlə görüşür, onların dərdlərini dinləyir.

"Dünən (21 may tarixində - red.) iki nəfər sakin kirayədə qalmaq istəmədi, dedi ki, Goradildə kotteclərdə yaşamaq istəyirik.

Bilirsiz ki, o kotteclər 3 otaqlıdır. Orda yemək, geyim pulsuzdur. Dövlət tərəfindən ödənilir. Digər tərəfdən, mən belə onların yanında Sərhəd Qoşunlarına aid kotteclərə müraciət elədim. İkisi də bunları məmnuniyyətlə qəbul elədilər, problem yoxdur".

İstintaqa dəvət olunub-olunmaması barədə sualı isə Hacıbala Abutalıbov belə cavablandırıb:

"Mən istintaqa dəvət olunmamışam. Öz adımdan deyirəm. Amma istintaqa kim ki, kömək etmək istəyir, bildiyi əlavə məlumatı paylaşmaq istəyir, həmin adamlar istintaqa gedib öz bildiklərini deməlidir. Prokurorluq işçiləri hazırda yanan binanın yaxınlığında, 5 saylı polis bölməsinin yanında yerləşirlər. Polis idarəsinin də istintaq şöbəsi həmin bölmədədir. Qərargahımız da həmin bölmənin həyətindədir.

Şikayətçilər də ora dəvət olunur, hər bir şikayətçi dinlənilir. Kimin nəyi, nə qədər yanıb, hamısı araşdırılır. Müəyyən qədər dözmək lazımdır. Əminəm ki, möhtərəm prezidentimizin tapşırığı ilə yaradılmış istintaq ədalətli olacaq. Kimliyindən və mövqeyindən asılı olmayaraq hamısı ən yüksək səviyyədə cəzasını alacaq".

İşdən çıxarılma ehtimalı ilə bağlı sualı cavablandıran mer bildirib ki, "vəzifəyə təyin edən də möhtərəm prezidentimizdir, vəzifədən azad edən də".

"Möhtərəm prezidentimizin qərarı müzakirə olunmur. Bu haqda məndə heç bir məlumat yoxdur. Yayılan məlumatlar isə yalan və böhtandır", - deyə, o, bəyan edib.
Hacıbala Abutalıbov üzlükləri söküləcək binaların aqibətinin necə olacağı sualını da cavablandırıb:

"Ən yüksək səviyyədə bərpa işləri olacaq. Məsələn, elə bina var ki, xüsusi keramik qranit lövhələr vurulacaq. Eləsi var ki, onlar ağ daşla bəzədiləcək. Elə binalar var ki, onları rəngləyəcəyik. Almaniyadan və Finlandiyadan gətirilən rənglərlə. Çünki bu boyalar elə həmin ölkələrin özündə təcrübədən keçirilib. 5-10-20 il bu boyalar fasadlarda qalır. Biz də o boyaları xaricdən gətirib həmin texnologiyaların əsasında onları vuracağıq".

Mer qeyd edib ki, hadisə zamanı ciddi travma alan, indi həmin evdə yaşamaq istəməyən sakinlərin istəyi mütləq nəzərə alınacaq:

"Mənə hələlik bu haqda məlumat verilməyib. Hətta dünən görüş zamanı bir nəfər kənar adam çox hirsli vəziyyətdə dedi ki, adamlar var burda yaşamaq istəmir. Mən də dedim ki, qardaşım, oğlum, kim istəməyəcəksə, onlarla danışıqlar nəticəsində məsələni müsbət həll edəcəyik. Bu gün (22 may - red.) o 56 evin sakini ilə görüşürəm.

Hamısı deyir ki, yüksək səviyyədə təmir olunacaq, mebellə təmin olunacaqsa biz yalnız və yalnız prezidentə minnətdarıq. Əlavə məlumat verilməyib. Bu gün (dünən - red.) saat 2-də onlarla Bakı Şəhər İcra Hakimiyyətində görüşəcəm, bütün problemlər yüksək səviyyədə həll olunacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2118   Tarix: 23 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185