Dişləri ağartmağın yolları
Güləndə dişlərinizin kifayət qədər parlaq görünmədiyindən narahatsınız? Dişlərinizin daha ağ görünməsini istəyirsiniz? O zaman süni, kimyəvi vasitələrdən istifadə etməkdənsə, təbii ağardıcılardan istifadə edin.
Aşağıda dişləri ev şəraitində təbii yollarla ağartmağın rahat üsulları verilib:
Banan qabığı: Banan qabığının iç hissəsi kalium, maqnezium kimi minerallarla olduqca zəngindir. Bu minerallar diş minası tərəfindən udulur və ağardıcı təsir göstərir. Dişlərinizi yuduqdan sonra banan qabığının içini dişlərinizə sürtün və 2 dəqiqə gözləyin. Ardından yaxşıca yaxalayın. Mütəmadi olaraq edildikdə, yaxşı effekt verir.
Aktiv karbon: Son zamanlar aktiv karbon ilə diş ağartmaq çox dəbdədir. Diş həkimləri karbonun diş ağartmaqda inanılmaz təsirli olduğunu bildirirlər. Az miqdarda karbonla suyu qarışdırıb dişləri fırçalasanız, təsirini elə həmin dəqiqə görəcəksiniz. Təbii ki, ağzınızı karbon tamamilə təmizlənənə qədər yaxalamaq lazımdır.
Çiyələk məcunu: Çiyələyin tərkibinə faydalı turşular daxildir. Bu turşu qəhvə, şərab və çay ləkələrini aradan qaldırmaqda möhtəşəm təsir gücünə malikdir. 2 çiyələyi əzin və karbonat ilə qarışdırıb 5-7 dəqiqə dişlərinizi təmizləyin. Hər gün istifadə etməyi təklif edirik.
Alma sirkəsi qarqara: Alma sirkəsinin də dişlərə inanılmaz təsiri göstərdiyi söylənilir. Su ilə sirkəni qarışdırıb qarqara edin.
Oksigenli su və karbonat: Oksigenli su ilə karbonat ən çox təklif olunan diş ağartma üsulları arasındadır. Məcun konsistensiyasına gələnə qədər hər iki maddəni qarışdırın və dişləri təmizləyin. Ancaq bu qarışığı 3-5 gün istifadə etdikdən sonra təkrar istifadə üçün 6 aya yaxın gözləməlisiniz. Əks halda bu iki maddə dişlərə zərər verə bilər.
Süfrə duzu: Soda qədər güclü olmasa da, süfrə duzu da məlum olan diş ağardıcılarından sayılır. Dildəki bəzi mikroorqanizmləri öldürür. Antibakterial xüsusiyyəti olduğu üçün bütün bakteriyaları təmizləyir. Mütəmadi istifadə etdikdə diş ətinin iltihabı ilə yaranmış şişə müsbət təsir edir.
Qliserin: Qliserinin çox gözəl antibakterial təsiri var. Bakteriyaların çox olduğu yerə bir damcı qliserin damızdırdıqda hamısını öldürür. Dişlərinizi ağartmaq üçün 1 çay qaşığı sodanı bir çimdik duzla qarışdıraraq, içinə bir neçə damla sirkə əlavə edin. Dişinizin üzərinə sürtərək, dişlərinizi təmizləyin.
Diş ağartma üsullarından həkimlə məsləhətləşib istifadə edin.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 4159 Tarix: 02 may 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kolbasanın üstündə bu söz varsa, qəti almayın
Mağazada yaxşı kolbasa seçmək üçün məsləhətlər verilib. xəbər verir ki, bu sahə üzər ekspert Yelena Medkovanın sözlərinə görə əsas meyar qablaşdırmanın dizaynı yox, məhsulun texnoloji göstəriciləridir. "Bişmiş kolbasa seçərkən dövlət standartlarına əsaslanmaq olar. Mövcud GOST standartlarında məhsulla
00:28 393 Bir kiloqramının qiymətinə 6 kilo ət almaq olar - Buna görə bahadır
Azərbaycana əsasən Türkiyənin Qaziantep bölgəsindən gətirilən fıstıq (Antep fıstığı) kəskin bahalaşıb. Hazırda bazarlarda bu məhsulun 1 kiloqramı orta hesabla 48-50 manata satılır. Bəzi çərəz mağazalarında, eləcə də marketlərdə qablaşdırmadan və növdən asılı olaraq, hətta kilosu 70-100 manat qiymət
06.12.2025 357 "Ən bahalısı 1200 manatdır" - Alıcı tapılmır
Təxminən Yeni İlin gəlməsinə günlər qalıb. Bayram simvollarının qiyməti isə getdikcə artıb. Bəs bahalaşma nə ilə bağlıdır?. xəbər verir ki, Yeni ili yeni yolka və oyuncaqlarla girmək istəyənlər də az deyil. Satıcıların sözlərinə görə, hər məhsulun öz alıcısı var:. "Ən bahalı yolka 1200 manatdır
07.12.2025 448 Ən bahalı 10 Yeni il şam ağacı - SİYAHI
Amerikada ənənəvi bir şam ağacının qiyməti orta hesabla 30-150 ABŞ dolları arasında dəyişir. Lakin bəzən bəzi şəhər və müəssisələr Yeni il ağaclarını bəzəmək və nümayiş etdirmək üçün milyonlarla dollar xərcləyirlər. BİG.AZ -a istinadla qiyməti 1 milyon dollardan artıq olan bu 10 ağacı təqdim edir. 10
09.12.2025 583 "WhatsApp"da böyük yeniləmə: milyonların işini asanlaşdıracaq funksiya
WhatsApp iOS üçün böyük yeniləmə təqdim edir. Tətbiq artıq cavabsız zəngdən sonra səsli və videomesaj buraxmaq funksiyasını, həmçinin yeni zənglər bölməsini alır. xarici mediaya istinadla xəbər verir ki, WhatsApp iPhone istifadəçiləri üçün istifadəçi təcrübəsini növbəti dəfə yeniləyir. App Store-da 25.35.7
07.12.2025 325 Kirayə ev tapmaq üçün ən etibarlı üsullar
Kirayə ev tapmaq bəzən göründüyündən daha çətin prosesə çevrilə bilər, çünki bazarda çoxlu sayda elan və təklif mövcuddur. İnsanlar tez-tez münasib qiymət, yaxşı şərait və əlverişli məkan arasında balans qurmaqda çətinlik çəkirlər. Doğru qərar vermək üçün həm məlumatlı, həm də diqqətli olmaq vacibdir
12.12.2025 183 Azərbaycanda təsirli hadisə - Pişik uşağı ölümdən xilas etdi
Bu yaxınlarda Mingəçevirdə qəribə hadisə baş verib. Zirzəmiyə atılan azyaşlını pişik xilas edib. Bunu Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib. "Zirzəmiyə atılan 1-2 yaş arasında olan uşağı polislər 4 gündən sonr
13.12.2025 245 Hüquqi xidmətlər Xidmetler.az saytında
Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə
12.12.2025 595 Evakuator xidməti və daşınma xidməti
Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət
11.12.2025 207