Qadınlar ürək xəstəliklərindən necə qorunmalıdırlar?

Qadınlar ürək xəstəliklərindən necə qorunmalıdırlar?Türkiyəli məşhur kardioloq Əhməd Karabulut qadınların ürək xəstəliklərindən qorunmaq üçün əməl etməli olduqları qaydalardan danışıb. Publika.az həkimin məsləhətlərini təqdim edir:

Əhməd Karabulut qadınların 50 faizinin ölüm səbəbinin ürək-damar xəstəlikləri olduğunu bildirir: "Ürək-damar xəstəlikləri diaqnozu qoyulan kişilərin sayı daha çox olsa da, qadınların bu problemlərin ölmə nisbəti daha çoxdur. Çünki qadınlar ürək xəstəliklərinin kişiləri daha çox təhdid etdiklərini düşünürlər və hansısa problemlə üzləşdikdə vaxtında həkimə müraciət etmirlər".

Həkimin sözlərinə görə, ölümlə nəticələnə bilən ürək xəstəliklərindən qorunmaq istəyən qadınlar aşağıdakı məsləhətlərə əməl etməlidirlər:

1. Arıqlayın

40 yaşı keçən qadınların 50 faizi köklüklə mübarizə aparır. Köklük ürək xəstəliklərinin əsas səbəbləri arasındadır.

Belin diametri 88 santimetri keçirsə, bu, ürək xəstəlikləri riskinin artdığını göstərir. Vaxt itirmədən arıqlamaq lazımdır.

2. Yuxu rejiminə əməl edin

Araşdırmalar göstərir ki, 6 saatdan az yatan qadınların ürək xəstəliklərinə yaxalanma ehtimalı daha çoxdur. Hər gün mütəmadi olaraq 7-8 saatlıq yuxu rejiminə əməl edənlər isə daha sağlam olurlar. Qeyd edək ki, az yuxu kimi, həddən artıq çox yuxulamaq da ürək xəstəlikləri riskini artırır. Ən yaxşısı 8 saatlıq rejimə əməl etməkdir.

3. Qəhqəhə çəkin, gülümsəyin

Gülmək ürək üçün faydalıdır. Qəhqəhə çəkərkən stress hormonlarının səviyyəsi aşağı düşür. Pozitiv düşünmək də ürək xəstəliklərindən qorunmaq üçün faydalıdır.

4. Klimaksdan sonra daha diqqətli olun

Klimaks dövründən sonra qadınlarda ürək xəstəlikləri riski artır. Erkən klimaks isə ürək xəstəlikləri və infarkt riskini iki dəfə artırır. Klimaks dövründə olan qadınlar mütləq tez-tez həkim müayinəsindən keçib ürək və damarlarının sağlamlıq vəziyyəti ilə tanış olmalıdırlar.

5. Aktiv cinsi həyat

Araşdırmalar normal cinsi həyatın qadınların ürək-damar sağlamlığı üçün əhəmiyyətli olduğunu ortaya çıxarıb. Ona görə də yaşından asılı olmayaraq hər bir qadın cinsi həyatda aktiv olmağa çalışmalıdır.

publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1320   Tarix: 28 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusun adını açıqlayıblar

Qrip virusu yeni pandemiyaya səbəb ola bilər. "Report"un məlumatına görə, bu barədə "The Guardian" beynəlxalq araşdırmaya istinadən yazır. Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştamına görə yeni pandemiyanın baş verəcəyin

21.04.2024 388
.

Psixikamıza ən yaxşı təsir edən QİDALANMA NÖVÜ

Alimlər balanslaşdırılmış sağlam qidalanmanı beyin, psixi sağlamlıq və idrak funksiyalarının qorunması üçün ən yaxşı olduğunu bildiriblər. Çünki bu qidalanma növü ən yaxşı nəticələri göstərib. Rusiya Səhiyyə Nazirliyinin baş müstəqil terapevti, akademik Oksana Drapkina bildirib ki, bu yemək tərzi il

05.05.2024 232
.

Oruc tutarkən mədə ağrısından qorunun

Ramazan ayı boyunca ən çox rastlaşdığımız problemlərdən biri də mədədə olan ağrılardır. Axşam.az bu sıxıntıdan qurtulmaq üçün əməl etməli olduğunuz məsləhətləri təqdim edir:. 1. Balanslı bəslənin və normadan artıq yeməməyə çalışın. İftarı iki hissəyə bölüb, 1-1.5 saat fərqlə qidalanın. 2. Mütləq imsa

10.03.2024 1067
.

Soğan qabığını atmayın - Sağlamlığı və görünüşü yaxşılaşdırır

Hər kəs soğanın faydalarını bilir, lakin onların qabıqlarının sağlamlıq və gözəllik üçün də inanılmaz dərəcədə faydalı olduğu çox az adama məlumdur. Soğan qabığı bir çox faydalı xüsusiyyətlərə malik unikal məhsuldur. xarici mətbuata istinadən xəbər verir ki, soğan qabığının sağlamlıq üçün bir sıra faydalar

10.03.2024 928
.

Sarımsaq yeyən insanlara daha bir MÜJDƏLİ xəbər

Yeməklərinizə sarımsaq əlavə etmək, xüsusilə 40 yaşdan yuxarı olanlar üçün sağlamlığı heyrətamiz gücləndirən bir strategiya ola bilər. xarici mətbuata istinadla xəbər verir ki, sarımsaq yalnız yeməklərə ləzzətli bir əlavə deyil, həm də xüsusilə 40 yaşdan yuxarı insanlar üçün qidalandırıcı bir güc mərkəzidir

10.03.2024 1445
.

Uşaqlarda qızdırmanı salan ən sadə XALQ TƏBABƏTİ ÜSULU

Uşaqlarda hərarəti aşağı salmaq üçün valideynlər tez-tez kələm yarpaqlarından və sərin dəsmallardan istifadə edirlər. Bu üsullar temperaturu azaltmaq, istilik mübadiləsi proseslərini tənzimləməklə uşağın vəziyyətini yüngülləşdirmək üçün ən sadə vasitələrdir. Bunu rusiyalı Regina Qriqoryeva bildirib

07.04.2024 653
.

Kakaonun qan təzyiqinə möcüzəvi təsiri AÇIQLANDI

Kakao qan təzyiqini, damarlardakı sərtliyin göstəriciləri yüksək olan zaman aşağı sala bilir. Bu barədə britaniyalı alimlərin araşdırmasından məlum olub. Bildirilib ki, mütəxəssislər kakaonun tərkibində olan birləşmələri, xüsusilə flavanolları təhlil ediblər. Sonra təcrübə iştirakçılarından bir neç

04.02.2024 941
.

"Fastfood" yaddaş üçün ciddi təhlükədir

"Fastfood" və un məhsulları yemək yaddaşı zəiflədir". Bu barədə Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin baş elmi işçisi Zuxra Pavlova danışıb. Onun fikrincə, yeniyetməlik dövründə həddindən artıq "zibil" yesəniz, yaddaşla bağlı problemləri aradan qaldırma

21.04.2024 299
.

Hər gün süd içmək olmaz – Həkimdən XƏBƏRDARLIQ

Süd sağlam və qidalı bir məhsul hesab olunur. Ancaq həkimlər onun həddindən artıq istehlakının böyüklər üçün zərərli ola biləcəyini açıqlayıblar. BİG.AZ -a istinadən bildirir ki, buna görə mütəxəssislər gündəlik süd içməyi və ya bu məhsulu çox miqdarda istehlak etməyi məsləhət görmürlər. Həkimlərin sözlərin

16.03.2024 892