Xərçəng xəstəliyindən necə qorunmaq olar?

Xərçəng xəstəliyindən necə qorunmaq olar?Ən adi əlamətlər həyati təhlükədən xəbər verə bilər

Dünyanın ən dəhşətli xəstəliklərindən biri olan xərçəng xəstəliyini bir çoxları sağalmaz, müalicəsi mümkün olmayan bir xəstəlik - bəla olaraq qəbul edirlər. Halbuki xərçəng zamanında aşkarlansa, müalicə oluna bilər. Bunun üçün isə insanlar müntəzəm olaraq müəyyən vaxtdan bir müayinə olunmalı, həkimlərin məsləhətlərinə əməl etməli, qidalarına və gündəlik olaraq məişətdə istifadə etdikəri əşyalara diqqət etməlidirlər.

Bəzən insanlar səhhətində baş verən adi dəyişikliklərə əhəmiyyət vermirlər. Hərçənd ki, bu əlamətlər xərçəng xəstəliyinin göstəriciləri ola bilər. Zamanında tibbi müayinədən keçməklə isə insanlar öz həyatlarını xilas edə, ömürlərini uzada bilərlər.

BiG.AZ oxuculara xərçəng xəstəliyinin əlamətləri haqqında məlumatları təqdim edir.

Qəfildən iştahın itməsi və çəki itkisi mədəaltı vəzi, mədə, boğaz xərçəngi və ağciyər xərçənginin əlaməti ola bilər.

37.6 və 38.2 dərəcə bədən temperaturu isə müxtəlif infeksiya yoluxmaları ilə bərabər, leykemiyanın (qanda ağ qan cisimciklərinin qırmızı qan cisimciklərinə nisbətən artması) göstəricilərindəndir. Dəridə sağalmayan yaralar, asimmetrik və qeyri-adi rənglərdə olan ləkələr dəri xərçəngindən xəbər verə bilər.

Artan yorğunluq. Əvvəl heç ehtiyacınız olmadığı halda gün ərzində 3-4 saat yatmaq ehtiyacı bütün növ xərçəng xəstəlikləri və lekemiyanın əlaməti kimi özünü büruzə verə bilər. Qan təzyiqinin aşağı düşməsinə səbəb olan yorğunluq həm də qan azlığı, yuxu pozğunluğu, ürək problemləri, diabet xəbərçisi də ola bilər.

Udqunma problemi və xronik səs batması, dodaqlarda sağalmayan yaralar, anormal qanamalar, ağızda ağrı və keyimə, xroniki boğaz iltihabı ağız xərçənginin əlamətlərindəndir.

Sidikdə qan görünəndə çox vaxt insanlar buna əhəmiyyət vermirlər və adi infeksiya yoluxmasının əlaməti olduğunu düşünürlər. Halbuki bu, xərçəngin əlaməti ola bilər. Bədəndə şişlər, dərinin sərtləşməsi süd vəzisi xərçənginin həm ilkin, həm də ən son mərhələsinin göstəricisi ola bilər.

Həkimlərin fikrincə, izah edilə bilməyən ağrılar xərçəngin ən geniş yayılmış əlamətləridir. Bu cür ağrılar sümük xərçənginin ilkin göstəricisi ola bilər. Müalicə olunmasına baxmayaraq, keçməyən baş ağrıları isə beyində şişin olmasından xəbər verə bilər. Bel ağrısı yumurtalıq xərçənginin əlamətlərindəndir.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3081   Tarix: 27 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998