Gülün faydaları - FOTO

XX əsrin əvvəllərinə kimi bir çox xəstəliyin müalicəsində güldən istifadə edildiyini bilirdinizmi?

Qadınların gözəllik sirrlərindən biri olan gül, həm də sağlamlıq üçün faydalıdır.

Gül çayı bitkinin qurudulmuş çiçəklərindən əldə edilir. Orqanizmi toksinlərdən ən yaxşı təmizləyən vasitə hesab olunur. Müxtəlif güllərdən əldə edilən çaylar insanı sakitləşdirmək və əhvalı yüksəltmək funksiyasını yerinə yetirir. Stressi və bədəndəki gərginliyi aradan qaldırır.

Gülün faydaları - FOTOGül suyu (gülab) da çox faydalıdır. Beyni qüvvətləndirən, eşitmə, görmə qabiliyyətini itiləşdirən gül suyu
özünü yorğun hiss edənlərin də köməyinə gəlir.

Yorğunluq hissini qısa zamanda aradan qaldırmaq üçün içdiyiniz çayın içərisinə 3-4 damcı gül suyu əlavə edə bilərsiniz.
Gül suyu ilə alını ovmaq da eyni nəticəni verir.

Gül suyunun sərinləşdirici xüsusiyyəti onu qızdırmanı aşağı salmaq üçün ən yaxşı təbii vasitəyə çevirir.

Gülün faydaları - FOTOGül suyu dərinin sağlamlığı üçün də effektlidir. Dəri hüceyrələrinin yenilənməsini dəstəkləyir və parlaqlıq bəxş edir.
Yaşlılığa qarşı da təsirlidir.

Bədəndəki toksinlərin atılmasına kömək etdiyi üçün daha sağlam və uzun ömür sürməyinizə kömək edir.

Ürək döyüntülərinin nizamlanması üçün də gül suyu içmək yaxşı nəticə verir.

Gül suyu boğaz və qulaq ağrılarını, boğazda yaranan iltihabları aradan qaldırmaq üçün əsl dərman hesab edilir.

Gülün faydaları - FOTOGöz xəstəliklərinin müalicəsi zamanı da gül suyundan istifadə edilir. Gül suyu gözdə yaranan qızarıqlıqları, göz ağrılarını aradan qaldırır.

Mikrob öldürücü xüsusiyyəti var. Ona görə də gözdə yaranan infeksiyalara qarşı da təsirlidir.

Gülün faydaları - FOTOXV əsrdə xəstələrə şəfa vermək məqsədilə istifadə edilməyə başlanılan gül qoxusuna, indi də ruhi xəstəliklərin müalicəsi zamanı müraciət edilir. Mütəxəssislər gül qoxusunun ruhu sakitləşdirdiyini və insana müsbət enerji verdiyini bildirirlər.

Gülün suyu və qurusu ilə yanaşı, güldən alınan yağ da bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Gül yağı qəbizlik üçün ən təbii üsuldur. Göz soyuqdəyməsinə və gözdəki kapilyarların qızarmasına da yaxşı təsir edir. Ekzemadan əziyyət çəkənlər də təbii dərman kimi gül yağına müraciət edə bilərlər.

Gülün faydaları - FOTOGül yağından kosmetik vasitələr istehsal edən brendlər də çox istifadə edirlər. Siz aptekdən aldığınız təbii gül yağından da faydalana bilərsiniz. Gül yağı dəri ləkələrini aradan qaldırır, sızanaqların qarşısını alır, qırışıqlıqların yaranmasının qarşısını alır, quru dəriləri nəmləndirir.

Gülün faydaları - FOTOGül ürək bulanmasına, baş ağrısına, mədə narahatlıqlarına, şəkər xəstəliyinə, halsızlığa və qansızlığa qarşı da təsirlidir.

Tez-tez gül iyləyərək sağlamlığınızın qayğısına qala, eyni zamanda da əhval-ruhiyyənizi yüksəldə bilərsiniz.

Gülün faydaları - FOTO


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 5209   Tarix: 19 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960
.

TOP MP3