Azərbaycan Respublikasının Dövlət Himni, Gerbi və Dövlət Bayrağı haqqında
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
Azərbaycan Respublikasında Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Demokratik Cümhuriyyətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Demokratik Cümhuriyyətin süqutundan və Sovet Hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilmişdir.
Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Resbublikası Ali Məclisinin qərarı ilə Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsadət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxmış və bu bayrağın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir.
Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.
Rəmzi Mənası:
Göy rəng - Türklük;
Qırmızı rəng - Müasirlik və demokratiya;
Yaşıl rəng - İslam;
Aypara və ulduz - aya və günəşə işarə olub, əbədilik, dünyəvilik rəmzidir.
Azərbaycan Respublikasının Dövlət Gerbi
Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan Dövlətinin müstəqilliyi rəmzidir.
Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Azərbaycan Demokratik Cümhuriyyəti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin il mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarmışdır. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Demokratik Cümhuriyyətinin süqut etməsi nəticəsində gerb qəbul edilməmişdir.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Dövlət gerbi ilə bağlı yeni müsabiqə elan etmişdir. 1993-cü il fevral ayının 23-də Azərbaycan Respublikasının Milli Məclisi Dövlət gerbi haqqında qərar qəbul etmişdir.
Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəgləri fonunda səkkizguşəli ilduz, ulduzun mərkəzində alov təsviri vardır.
Azərbaycan Respublikasının Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.
RƏMZİ MƏNASI
Qalxan - müdafiə;
Üçrəngli dairəvi xətlər - bayraq;
Dairəvi xətlərin üstündəki səkkizguşəli ulduz - günəş;
Səkkizguşəli ulduzun ortasındakı alov dilləri - Odlar Yurdu;
Sünbüllər - bolluq;
Palıd budaqları - uzunömürlülük rəmzidir.
Azərbaycan Respublikasının Dövlət Himni
Musiqisi: Üzeyir Hacıbəyovun,
Mətni: Əhməd Cavadındır.
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət,
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 61420 Tarix: 24 aprel 2011
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev Türkmənistanın Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədrini qəbul edib - YENİLƏNİB+FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Türkmənistan Prezidentinin yanında Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazovu qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Deryageldi Orazov Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovu
13:12 128 Bəhreynli nazir: "Mənzil təminatı müxtəlif cəmiyyətlərin təhlükəsizliyi üçün təməl daşıdır"
Mənzil təminatı müxtəlif cəmiyyətlərin təhlükəsizliyi üçün təməl daşıdır. "Report" xəbər verir ki, bunu Bəhreynin mənzil tikintisi və şəhər planlaşdırması naziri Amna Alrumaihi Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında bildirib
13:16 98 Laqut: Fransa dayanıqlı inkişaf layihələrinə 3,1 milyard avro yönəldib
Fransa Avropa Açıq Gündəliyinin məqsədlərinin irəlil aparılması üçün "UN-Habitat" ilə fəal əməkdaşlıq edərək əlçatan mənzil məsələlərinə və müxtəlif əməkdaşlıq formalarının inkişafına xüsusi diqqət yetirir. "Report" xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Sofi Laqut Bakıd
14:04 62 Ukrayna qadınlarına sevindirici xəbər: Qadağa ləğv edilir
Ukrayna Nazirlər Kabineti istisnasız olaraq bütün qadınlar üçün ölkəni tərk etməklə bağlı məhdudiyyətləri ləğv etmək qərarına gəlib. xəbər verir ki, bu barədə Baş nazir Yuliya Sviridenko açıqlama verib. "Hökumət hökumətdə, yerli özünüidarəetmədə, dövlət müəssisələrində və məhkəmələrdə vəzifələrində
11:50 123 Normanı dəfələrlə üstələyən yağıntının fəsadları aradan qaldırılır - FOTO
Bakı şəhərində müşahidə olunan intensiv yağışlar səbəbindən yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. BİG.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti
13:56 77 İlham Əliyev Keniya Prezidenti Uillyam Samoei Ruto ilə görüşüb - YENİLƏNİB+FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycana ilk dəfə səfər etdiyini deyən Keniya Prezidenti WUF13-ə dəvətə görə dövlətimizi
13:10 135 Ər-Riyad: Bu gün dünya ölkələri urbanizasiyaya dair yanaşmaları yenidən nəzərdən keçirir
Səudiyyə Ərəbistanı şəhər inkişafı sahəsində dayanıqlı və insana yönəlmiş meqapolislərin formalaşdırılmasına istiqamətlənmiş genişmiqyaslı islahatlar həyata keçirir. "Report"un məlumatına görə, bu barədə krallığın nümayəndəsi Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyas
12:38 105 Azərbaycan 12 xalı bu ölkəyə verib - SİYAHI
Avroviziya 2026 mahnı müsabiqəsinin finalında Azərbaycanın münsif səsləri açıqlanıb. xəbər verir ki, ölkəmiz ən yüksək - 12 xalı İtaliyaya verib. Ətraflı. Ads by . 0. Reklamınızı SmartBee ilə effektiv edin. Azərbaycanın xallarını 2012-ci ildə ölkəmizi müsabiqədə təmsil etmiş Əməkdar artist Səbinə Babayev
13:20 136 AZAL-dan yayılan görüntülərlə bağlı AÇIQLAMA
"Azərbaycan Hava Yolları (AZAL) bildirir ki, sosial şəbəkələrdə yayılan və Naxçıvan Beynəlxalq Hava Limanında hazırkı vəziyyəti əks etdirdiyi iddia olunan köhnə görüntülər həqiqəti əks etdirmir". BİG.AZ xəbər verir ki. bu barədə AZAL məlumat yayıb:. "Hazırda Naxçıvan istiqamətində uçuşla
12:47 138