İlham Əliyev Keniya Prezidenti Uillyam Samoei Ruto ilə görüşüb - YENİLƏNİB+FOTO

İlham Əliyev Keniya Prezidenti Uillyam Samoei Ruto ilə görüşüb - YENİLƏNİB+FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

BiG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycana ilk dəfə səfər etdiyini deyən Keniya Prezidenti WUF13-ə dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Uillyam Samoei Ruto WUF-un ilk dəfə Keniyada keçirildiyini deyərək, ölkəsinin BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) da ev sahibliyi etdiyini vurğuladı. Qonaq Keniyada yaşayış məskənlərinin yaradılması üzrə böyük miqyasda layihələrin həyata keçirildiyini qeyd etdi.

Əlaqələrimizin dinamik surətdə inkişafından məmnunluğunu bildirən Uillyam Samoei Ruto Azərbaycan Prezidentini Keniyaya rəsmi səfərə dəvət etdi.

Dəvəti məmnunluqla qəbul edən dövlətimizin başçısı öz növbəsində Keniya Prezidentini ölkəmizə rəsmi səfərə dəvət etdi.

Keniya Prezidenti Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında dövlətimizin başçısının nümayiş etdirdiyi liderliyə görə təbriklərini çatdırdı.

Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev sülh gündəliyinin daha da gücləndirilməsi və regionda davamlı sülhün yaradılması istiqamətində Azərbaycanın səyləri davam etdirdiyini vurğuladı.

Görüşdə Azərbaycan ilə Keniya arasında enerji, müdafiə sənayesi, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu bildirildi, son dövrlərdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin əlaqələrimizin inkişafında müsbət rolu qeyd edildi.

10:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

BiG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

İlham Əliyev Keniya Prezidenti Uillyam Samoei Ruto ilə görüşüb - YENİLƏNİB+FOTOİlham Əliyev Keniya Prezidenti Uillyam Samoei Ruto ilə görüşüb - YENİLƏNİB+FOTOİlham Əliyev Keniya Prezidenti Uillyam Samoei Ruto ilə görüşüb - YENİLƏNİB+FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 468   Tarix: 17 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

2027-ci ildə pensiyaçılar üçün YENİ ARTIM - 640 manatla bağlı gözlənti

Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının artırılması gözlənilir. Gələn ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə layihəsində pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, gələn il orta aylıq əmək pensiyasını

00:11 152
.

Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg

00:37 113
.

TƏCİLİ! Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

16.11.2026-cı il tarixində saat 09:00-dan Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 16.11.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadə

01:50 19
.

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada

14.11.2026 182
.

Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi

Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku

14.11.2026 297
.

Qaradağda evdən 7050 manatlıq qızılı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Qaradağ rayonu ərazisində yerləşən evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun rayon ərazisində digər evlərdə

14.11.2026 202
.

Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub

Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo

14.11.2026 183
.

Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi

Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə

14.11.2026 239
.

"Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı

Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların

14.11.2026 201
.