Abdel Latif: WUF13 çərçivəsində Qadınlar Assambleyasının keçirilməsi xüsusi əhəmiyyət kəsb edir
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Qadınlar Assambleyasının keçirilməsi xüsusi əhəmiyyət kəsb edir, çünki o, şəhər inkişafı sahəsində regional yanaşmaları qlobal yanaşmalarla birləşdirir.
Bu barədə "Report"a forum çərçivəsində "Wearable Sustainable City" layihəsinin meneceri, memar Qada Abdel Latif bildirib.
Onun sözlərinə görə, bu gün qadınlar dayanıqlığı, təhlükəsizliyi, mobilliyi, inklüzivliyi və gündəlik şəhər həyatını birləşdirən insanyönümlü həllər təklif edərək, dayanıqlı və təhlükəsiz şəhərlərin formalaşmasında mühüm rol oynayırlar.
Abdel Latif qeyd edib ki, bir çox ölkələrdə qadınların şəhər planlaşdırılması proseslərində iştirakı hələ də məhdud olaraq qalır, çünki qərarqəbuletmə sistemləri çox vaxt əsasən kişilərin üstünlük təşkil etdiyi və cəmiyyətin real ehtiyaclarından kənarda qalmaqdadır.
"Qadınlar və qızlar özlərini təhlükəsiz hiss etmirlərsə, nəqliyyat və infrastruktur sistemlərinə çıxış, təmsilçilik və cəlb olunma imkanlarına malik deyillərsə, şəhər həqiqətən dayanıqlı hesab edilə bilməz", - o vurğulayıb.
Abdel Latifin sözlərinə görə, Bakıdakı Qadınlar Assambleyasında onu ən çox ruhlandıran məqam qadınların səslərini şəhərlərin inkişafı və beynəlxalq əməkdaşlıq üzərində real təsirə çevirmək imkanıdır.
O, həmçinin qeyd edib ki, assambleyanın əsas mesajı inklüziv şəhərlərin daha güclü, ağıllı və dayanıqlı olmasından ibarətdir.
"Ümid edirəm ki, bu forum uzunmüddətli iştirak, tərəfdaşlıqlar, praktiki təşəbbüslər və gələcəyin şəhərlərinin formalaşmasında qadınların daha fəal iştirakını yaradacaq", - Abdel Latif bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 100 Tarix: 17 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNYT: ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır
ABŞ Prezidenti Donald Trampın administrasiyası diplomatik səylər danışıqlarda irəliləyişə səbəb olmayacağı halda, İrana hərbi zərbələrin bərpa olunması ssenariləri üzərində işləyir. "Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) amerikalı rəsmilərə istinadən məluma
12:20 104 AZAL-dan yayılan görüntülərlə bağlı AÇIQLAMA
"Azərbaycan Hava Yolları (AZAL) bildirir ki, sosial şəbəkələrdə yayılan və Naxçıvan Beynəlxalq Hava Limanında hazırkı vəziyyəti əks etdirdiyi iddia olunan köhnə görüntülər həqiqəti əks etdirmir". BİG.AZ xəbər verir ki. bu barədə AZAL məlumat yayıb:. "Hazırda Naxçıvan istiqamətində uçuşla
12:47 152 Khemro Benq Honq Soçeat WUF13-də Kambocanın şəhər siyasətinin prioritetləri barədə danışıb
Kamboca "yaşıl" infrastrukturun inkişafı, şəhərlərin rəqəmsallaşdırılması və həssas qruplar üçün sosial kirayə də daxil olmaqla, əhalinin əlçatan mənzillə təmin edilməsi üzrə proqramlar həyata keçirir. "Report" xəbər verir ki, bu barədə Kambocanın Torpaq Quruluşu və Şəhərsalma Ba
12:34 100 BMT nümayəndəsi: "Mənzillərdə günəş enerjilərindən istifadə edilməlidir"
"Bununla yanaşı, iqlim dəyişikliyi və geosiyasi proseslərin şəhərsalma siyasətinə təsiri əsas amillərdən biri olmalıdır". xəbər verir ki, bu fikirləri Malayziyanın mənzil tikintisi və yerli özünüidarəetmə naziri, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezident
14:27 74 Most Ferdousi: Banqladeşin şəhərsalma sahəsində hələ də müəyyən problemləri var
Banqladeşin şəhərsalma sahəsində əldə etdiyi uğurlarına baxmayaraq, hələ də müəyyən problemləri var. "Report" xəbər verir ki, bunu Banqladeşin İnkişaf və İctimai İşlər Nazirliyinin nümayəndəsi Most Ferdousi Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsind
12:42 117 WUF14 Mexikoda keçiriləcək
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 14-cü Sessiyası (WUF14) Mexikoda keçiriləcək. "Report"un məlumatına görə, bunu Mexiko şəhərinin meri Klara Bruqada BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə açılış sessiyasında çıxışı zamanı deyib
12:36 104 Laqut: Fransa dayanıqlı inkişaf layihələrinə 3,1 milyard avro yönəldib
Fransa Avropa Açıq Gündəliyinin məqsədlərinin irəlil aparılması üçün "UN-Habitat" ilə fəal əməkdaşlıq edərək əlçatan mənzil məsələlərinə və müxtəlif əməkdaşlıq formalarının inkişafına xüsusi diqqət yetirir. "Report" xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Sofi Laqut Bakıd
14:04 93 Məhəmməd Əli Şəfi: İran WUF13-də mənzil sahəsində öz təcrübələrini təqdim edəcək
İran Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində mənzil tikintisi sahəsində beynəlxalq təcrübəni öyrənmək və şəhər böhranlarının idarə edilməsi sahəsindəki öz təcrübəsini bölüşmək niyyətindədir. Bu barədə "Report"a Tehran (İran) bələdiyyəsi sədrinin beynəlxal
11:20 116 Abdel Latif: WUF13 çərçivəsində Qadınlar Assambleyasının keçirilməsi xüsusi əhəmiyyət kəsb edir
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Qadınlar Assambleyasının keçirilməsi xüsusi əhəmiyyət kəsb edir, çünki o, şəhər inkişafı sahəsində regional yanaşmaları qlobal yanaşmalarla birləşdirir. Bu barədə "Report"a forum çərçivəsində "Wearable Sustainabl
13:59 98