Tomat şirəsi arıqlamağa kömək edir

Tomat şirəsi arıqlamağa kömək edirÇinli dietoloqlar sübut ediblər ki, tomat şirəsi arıqlama prosesini sürətləndirə və ürək və əsəb sistemi xəstəlikləri riskini aşağı sala bilir.

Tədqiqatda 20-30 yaşlarında 25 qadın iştirak edib. Onlardan öz gündəlik qida rasionunu dəyişmədən hər gün yarım litr tomat şirəsi içməyi xahiş ediblər. Səkkiz həftədən sonra eksperiment iştirakçıları çəkilərindəki dəyişikliklər barədə məlumat veriblər. Məlum olub ki, qadınlar, orta hesabla, 0,5 kq çəki atıblar və bel nahiyələri 2 santimetr azalıb.

Bundan başqa, tədqiqat iştirakçılarında xolesterinin səviyyəsi 10% aşağı düşüb. Tədqiqat səkkiz həftə davam edib.

Buna baxmayaraq, alimlərin, heç də, hamısı nəticələri müsbət qarşılamayıb. Belə ki, Qlazqo Universitetindən olan qida sahəsi üzrə ekspert Mayk Lin bildirir ki, istənilən eksperimentdə iştirakçılardan ibarət nəzarət qrupu olmalıdır. Sözügedən eksperimentdə bu, olmadığına görə nəticələri doğru hesab etmək olmaz.

Pomidorların faydası alimlər tərəfindən dəfələrlə sübut edilib: tərkibində likopin, antioksidant və iltihab əleyhinə birləşmələr olan bu tərəvəzlər depressiya, ürək xəstəlikləri və hətta xərçəng xəstəlyinin inkişaf riskini azalda bilir.

Tomatlarda göz nurunu saxlamaq üçün faydalı olan A vitamini vardır: o, yaşla bağlı makulyar degenerasiyanın inkişafının qarşısını alır.
Hesab edilir ki, tomat şirəsini ilk dəfə satanlardan biri 1917-ci ildə Cənubi İndianadakı (ABŞ) French Lick Springs Hotel otelinin sahibi Lui Perren olub.

Lui portağal şirəsi qurtardığına görə onu təcili şəkildə nə iləsə əvəz etmək lazım gəldiyi üçün tomat şirəsi hazırlamağa məcbur olub. Tərkibində pomidor ləti, şəkər və xüsusi sous olan resept tez bir vaxtda populyarlaşıb, elə həmin dövrdə Çikaqoda tərkibində tomat şirəsi olan ilk kokteyl də hazırlanıb.

saglamolun.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1249   Tarix: 10 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051