Sağlam olmaq üçün 25 məsləhət
Sağlam olmaq üçün düzgün qidalanma, sağlam həyat tərzi nə qədər vacibdirsə, xoşbəxtliyini təmin edəcək qarşılıqlı anlaşma, düzgün qurulmuş münasibətlər, həyata normal baxış da bir o qədər vacibdir. Sağlamlığın birbaşa xoşbəxtliklə əlaqəli olduğunu vurğulayan Tibet müdrikləri xoşbəxt olmağın bir o qədər də çətin olmadığını və hər şeyin insanın özündən asılı olduğunu söyləyiblər.
Mövzu ilə bağlı Tibet müdriklərinin 25 məsləhətini təqdim edirik.
1. Kimsə xoşuna gəlirsə onu ürəyində gizlətmə, söylə.
2. Xoşuna gəlmədiyin hadisələr, yaxud insanlar haqqında fikirlərini də ürəyinə yük etmə, onları da söylə.
3. Kiməsə görə darıxırsansa çəkinmədən zəng vur.
4. Sənə aydın olmayan mətləbləri soruş, bunu eyib sayma.
5. Görüşmək istədiyin insan varsa onu görüşə dəvət et.
6. Sənə lazım olanı istəməyə utanma.
7. Heç vaxt mübahisə etmə.
8. Aydın insan olmağı istəyirsənsə, ilk növbədə anlatmağı bacar.
9. Əgər günahın varsa, bu barədə dərhal etiraf et, özünə bəraət qazanmağa çalışma.
10. Ətrafındakı insanlarla sənin fikirlərin üst-üstə düşməyə bilər. Buna görə narahat olma. Hər insanın özü qəbul etdiyi bir həqiqəti var.
11. Pis adamları ətrafına buraxma.
12. Həyatda əsas məhəbbətdir, qalanları boş şeydir.
13. Unutma ki, insanın problemi yalnız onun başında yerləşir. Hər şeyi problem kimi qəbul etmə.
14. Düşünmə ki, dünya ya qəzəbli, ya da mərhəmətlidir. Dünya sənin mövcudluğunun heç fərqinə belə varmır.
15. Hər bir hadisədən zövq almağa çalış.
16. Səni bezdirən, usandıran, yoran insanlardan uzaq ol.
17. Birdəfəlik beyninə həkk et ki, sənin heç kimə borcun yoxdur.
18. Onu da yadında saxla ki, heç kim də sənə borclu deyil.
19. Zövq almaq üçün vaxtını və pulunu əsirgəmə.
20. Həyatda yalnız özünə güvən.
21. Öz duyğularana, hisslərinə inan.
22. Ən yaxın insanlarla münasibətdə səbrli ol, onları sonadək dinləməyi bacar.
23. Əgər əhvalın pisdirsə, kədərlisənsə, fikirləş ki, nə vaxtsa öləcəksən və onda heç bu əhval da olmayacaq.
24. Bu gününlə yaşa, ona görə ki, artıq dünən yoxdur, sabahın isə olub-olmayacağı sənə bəlli deyil.
25. Hər yaşadığın günü həyatının ən yaxşı günü kimi qəbul et.
Belə düşünmək olar ki, Tibet müdriklərinin bu həyat fəlsəfəsi çox da qəliz deyil. Sadəcə bu məsləhətlərə əməl edib xoşbəxt olmağa cəhd etmək gərəkdir. Xoşbəxt olun ki, sağlıq durumunuzda da problemlər yaranmasın.
modern.az
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 2318 Tarix: 26 yanvar 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gecələr şirniyyat yemək zərərlidirmi? - Şəkərin yuxuya təsiri
Əlavə şəkərin həddindən artıq qəbulu ürək-damar xəstəlikləri, ikinci tip diabet və zəif yuxu riski ilə əlaqələndirilir. Qaynarinfo xəbər verir ki, bu barədə "Eatingwell" nəşri yazıb. Məqalənin məzmunu diyetoloq və diplomlu həkim Cessika Boll tərəfindən yoxlanılıb və təsdiqlənib. Bildirili
15.12.2025 371 Təzyiqiniz normada olmur?
Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. Axşam.az təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:. Quru əncir. Kalsium, fosforla zəngindir, ürək-damar sistemi üçün effektivdir. Kişmiş
29.11.2025 415 Çox dil bilənlərin beyni daha gec yaşlanır
27 Avropa ölkəsində aparılan elmi tədqiqatlara əsasən, ən azı iki dil bilən insanların beyni daha gec yaşlanır. Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, araşdırmaya 86 min nəfər qatılıb və məlum olub ki, çoxdilli insanlarda beyin yaşlanması prosesi xeyli ləng gedir. Mütəxəssislər bildirirlə
03.12.2025 465 Yetkin yaşda olan insanlar hansı balıqdan imtina etməlidir
Mütəxəssislər həmçinin 60+ yaşlılar üçün ən dəyərli balıq növlərini də adlandırıblar. xəbər verir ki, 60 yaşdan sonra maddələr mübadiləsi artıq daha ləng işləyir, həzm sistemi ağır yeməklərə daha həssas reaksiya verir, yağın artıqlığı isə ürək və damarlar üçün əlavə yük yarada bilər. Ona görə də mütəxəssislə
07.12.2025 327 Gündə bir fincan çay sümükləri qoruyur?
Professor Envu Liuya görə, əldə olunan nəticələr hər gün bir fincan çay içməyin yaşlanma dövründə sümük sağlamlığını dəstəkləməyin sadə yollarından biri ola biləcəyinə işarə edir. Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, onun sözlərinə görə, orta səviyyədə qəhvə istehlakı təhlükəsiz görünsə də
16.12.2025 303 Bahalısı da, 2 manatlığı da eyni işi görür, aldanmayın - Həkim
Bahalı diş fırçaları düşündüyünüz qədər fərq yaratmır. xəbər verir ki, bunu hollandiyalı stomatoloq parodontoloq Tima Tomassenin deyib. Alim müxtəlif klinik tədqiqatları müqayisə edərək adi və elektrikli fırçaların təsirini və fırçalama müddətinin dişlərə təsirini araşdırıb. Bu barədə Amsterdam Universitet
06.12.2025 442 2 yaşa qədər uşaqlara qətiyyən belə dərmanları vermək olmaz - Xəbərdarlıq
Uşaqlara öskürək siroplarını səbəbsiz yerə vermək təhlükəli ola bilər. xəbər verir ki, bu barədə rusiyalı pediatr Darya İvanova xəbərdarlıq edib. Onun sözlərinə görə xüsusilə bəlğəmi duruldan dərmanlar körpələr üçün ciddi risk yaradır. Bu dərmanlar bəlğəmin həcmini artırır və uşaq onu çətinliklə xari
30.11.2025 418 İtalyan uzunömürlülüyünün sirri: Qədim genlər...
Alimlər italyan uzunömürlülərinin uzunömürlülüyünün sirrinin təkcə həyat tərzi və Aralıq dənizi pəhrizi ilə deyil, həm də ovçu-yığıcıların qədim genetik irsi ilə əlaqəli ola biləcəyini aşkar etdilər. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "GeroScience" jurnalında dərc olunub. Beynəlxal
17.12.2025 223 Yaşı 5-dən az olan uşaqlara diqqət - Təhlükə var
Son illər dünyada uşaq ölümlərinin sayı artıb. Bu qorxunc tendensiya erkən doğum nəticəsində dünyaya gələn uşaqlar arasında özünü daha qabarıq şəkildə göstərir. BİG.AZ xəbər verir ki, 37 həftədən tez baş tutan doğum erkən doğum sayılır. Həmin uşaqların ağciyəri və ürəyi tam formalaşsa da, bağırsaq sistem
08.12.2025 572