Heç evdə dalaşmışıq ki çıxıb efirdə də dalaşaq? - MÜSAHİBƏ

Heç evdə dalaşmışıq ki çıxıb efirdə də dalaşaq? - MÜSAHİBƏDilarə Əliyeva ilə söhbət zamanı unutdurur adama.

Buna görə də əminəm ki, müsahibəni oxuduğunuz müddəti vaxt itkisi saymayacaqsınız.

- Hər şey "Ər-arvad" tamaşasından başladı. Oqtay Əliyevlə necə ər-arvad oldunuz?

- Artıq 22 ildi ər-arvadıq. 22 il... bu bizim bir yerdə yaşadığımız dönəmdi. Amma "Ər-arvad" tamaşasından nə az, nə çox, düz 25 il keçib.

- Bütün layihələrinizi Oqtay Əliyevlə bir yerdə eləmisiniz. Evdə iş haqqında danışırsınız?

- Siz soruşun ki, işdən başqa nədən danışırsız? Belə deyək də, aramızdakı söhbətlərin mövzusu 89 faiz işə, 11 faiz məişət məsələlərinə aiddir.

- "Səs verməyin" də uğurludu. Şübhəsiz... Bəs "Pıçhapıç"dan aldığınız zövqü burdan ala bilirsiniz?

- Təbii, hər bir işdə zövq aldığın məqamı tapmalısan ki, sən bu işi sevə-sevə işləyəsən. Hansısa layihəni boynuma götürürəmsə, - bu film, serial, veriliş də ola bilər - zövq alacağım nöqtəni tapıram. Bundan sonra işləməyə başlayıram. Təbii ki, hər bir layihənin özünə görə maraqlı məqamları var. Məsələn, mənimçün dəyişməyən zövq məqamı qonaqlarımla qurduğum söhbətdi, dialoqdu. Buna çox vaxt ayırıram. Ən azından tamaşaçıdan qabaq özüm o söhbətdən zövq almağa çalışıram.

- Sizə ən çox aparıcılıq yaxındır, yoxsa aktrisalıq?

- Aktirisalıq adı mənimçün o qədər böyükdür ki... Düzdü, indi hər adi klipdə çəkilən insanı da aktirisa kimi qəbul edirlər. Amma bu qətiyyən düzgün deyil. Aktirisalıq çox böyük sənətdi, çox böyük məhfumdu. Təbii, bu həm də elə bir sənətdi ki, qabilliyyətinə özün yox, tamaşaçılar qiymət verməlidir. Yəni bu adı qazanmaq üçün sən sənətin yükünü daşımağı bacarmalısan. O ki qaldı yaxın olmağa, ən böyük arzum həmişə aktirisalıq olub. İkisi bir arada mümkündürsə, nə gözəl... Bundan qaça bilmərəm ki...

- Aktirisa kimi uğur qazana bildiniz?

- Bunu tamaşaçı deyə bilər. Durum necə deyim ki, səhnəmizin, kinomuzun, efirimizin filankəsiyəm? Bunu deyə bilmərəm. Tamaşaçı deməlidi, uğur qazana bildim, ya bilmədim. Məsələn mən maddi tərəfdən baxıb qiymət verə bilərəm ki, hə, sənətimlə pul qazana bilirəm. Sənət baxımından öz tamaşaçım var. Təbii ki, məşhurluq məsələsi də burda rol oynayır. Daim efirdə olan birinin məşhurlaşmaması mümkün deyil. İstər-istəməz tanınırsan. Amma bunun sənət tərəfinə qalanda, sənin nə qədər sevilməyin əsas rol oynayır. Aşağı-yuxarı müəyyən bir qənaətə gələ bilərəm, amma uğur qazanıb-qazanmadığımı çətin ki, söyləyə bilim.

- Bəs bu "aşağı-yuxarı qənaətiniz" nədən ibarətdir?

- Məsələn, çox dəvətlər, təkliflər gəlir.

- Tez-tez həyəcanlanan insansınız?

- Hə, bir az həyacanlıyam. Bu da əslində məsuliyyətimdən irəli gəlir. Məsuliyyətim məndən qabaq anadan olub. Bir yerə hətta dəvətlə gedəndə belə, lazımdı ki, üç-beş dəqiqə gecikəsən. Məndə isə bu heç cür alınmır. Mütləq vaxtından beş dəqiqə tez çatıram. Bütün məsuliyyətli insanlara hörmət edirəm. Əks halda həmin insanlarla bağlı içimdə hörmət adında nə varsa, hamısını itirirəm.

- Ən çox sevdiyiniz şeir,mahnı və roman hansıdır?

- Ramiz Rövşənin və Vaqif Səmədoğlunun şeirlərini çox sevirəm. Onlar həm mənim dilimə, həm də ürəyimə yatır. Mahnılar çoxdur. Amma bir mahnı var ki, hər eşidəndə elə bilirəm birinci dəfədir dinləyirəm. Sözləri Vahid Əzizindir. O mahnını Aygün Kazımova və Flora Kerimova da ifa edib. "Bir gecə səninlə çəkildik bağa, bağ yazıq nə desin sevən qonağa?.."

Bəyəndiyim romanlar da çoxdu. Markesin əsərlərini çox sevirəm. Onun "Qar üzərində izinlə" əsərini ikinci dəfədir oxuyuram. Əslində oxuduğum kitaba yenidən qayıtmağı sevmirəm. Amma bu əsər çox gözəldir.

- Sizin haqqınızda ən ağır tənqidi məqaləni kim yazıb?

- Qohumum, qardaşım Elçin Əlibəyli (gülür). Özü də elə ağır yazmışdı ki, onunla bir həftə danışmadım. Kim deyirsə, tənqiddən xoşu gəlir, bilin ki, gözünün içinə kimi yalan deyir (gülür). Təbii ki, tərifi hamımız xoşlayırıq, tənqidi isə qədərində qəbul edirik. Amma bu yazı elə tənqidi yazılmışdı ki, bir həftəyə zorla həzm eləyə bildim.

- Oqtay Əliyevə bu qədər dözmək olar? Yoxsa evdə başqa cürdür?

- (Gülür) Oqtay Əliyevin görünən tərəfləri ondan ibarətdir ki, o çox emosionaldı, çılğındı, nəyəsə olan əsəbini, hirsini cilovlaya bilmir. Bütün bunlar var. Amma Oqtayın yüksək keyfiyyətlər də çoxdu. Azərbaycanda onun qədər sənət adamını dəqiq başa düşən insan çox az tapılar. Yəqin ki, təkcə birinci sadaladığım xüsusiyyətlər olsaydı, 20 il dözmək olmazdı. Amma Oqtay çox ailəcanlı, uşaqları üçün əlindən gələni əsirgəməyən, hər an, hər saniyə evini, ailəsini düşünən, üstümüzdə yarpaq kimi əsən bir insandı. Bu insan bütünlüklə ailəyə bağlıdır. Həm də Oqtay çox şeyi mənim ixtiyarıma buraxır. Məsələn, mən Oqtayla geyimimlə bağlı problem yaşamıram. Yəni bu kimi məsələlərdə əvəzolunmaz olduğu üçün, çatışmayan cəhətləri, türklər demiş, mənə vız gəlir (gülür).

- Bir ailədə iki aktyor çox deyil?

- Bizim ailədə iki yox, üç aktyor var. Qayınanam Xalq artisti Elmira İsmayılova, qayınatam Əməkdar artist Vidadi Əliyev bir də mən. Açığı deyim ki, mənim həyatım hansısa başqa ailədə çətin olardı. İndi belə deyirəm, bəlkə də bəzi şəxslər bunları el üzünə söylədiyimi düşünəcək. Amma həqiqətən də mən onlarla heç vaxt, heç bir problem yaşamamışam. O evə gəlin gedəndə məni üçüncü övladları kimi qəbul elədilər. Bir-birmizə hörmətimiz sonsuzdur. Uğurlarıma da ən çox onlar sevinir. Nəsə bir yaxşı geyim geyinəndə, ya da nəsə çatışmayanda qayınanam zəng vurur ki, ay Dilarə, saçın bir də elə eləmə, çolkanı belə eləmə-filan. Özü də deyir-deyir, sonra da qayıdır ki, incimirsən, incimədin? İstəyirəm yaxşı görünəsən. Bilirəm ki, ürəkdən deyir hər şeyi. Biz aktyorlar da həssas insanlarıq. Kimin nəyə necə yanaşdığını dərhal anlayırıq.

- Qayınananız bu yaxınlarda ATV-də "Gün üzü" verilişində qonaq idi. Sizi yaman tərifliyirdi...

- (Gülür) Mənə nə qədər zəng gəldi onda. Zarafata salıb deyirdilər ki, gəlin-qayınana bir-birinizi yaman tərifləyirsiniz... Deyirəm, heç evdə dalaşmışıq ki, çıxıb efirdə də dalaşaq?

- ATV efirində təkrar görünmək sizə hansı hissləri bəxş etdi?

- Birinci getməyimi deyim, sonra qayıtmağımın səbəbini danışaram. 15 il eyni efirdə aparıcı oldum. Təbii, 15 eyni işi görmək bəlkə də kimi üçünsə problem deyil, amma mən usandım. Mənə hər şey eyni gəlirdi. Hərçənd ki, layihənin adını, məzmununu davamlı dəyişirdik. Amma yenə də eyni simalar, eyni üzlər, hər dəfə onlarla söhbəti qurmaq, danışmaq məni yorurdu. Mənə elə gəlirdi ki, yerimdə sayıram. Ruhumu təmizləmək istəyirdim. Bu mühitdən kənara çıxmağa çalışırdım. Amma alınmırdı. Həmin ərəfədə elə alındı ki, serial çəkəsi olduq. Bu mənə aparıcılıqdan bir müddətlik uzaqlaşmaq üçün kömək etdi. Mən də istrahət edim, camaat da. Şou əhli də bir az dincəldi. Həmin serialla bağlı müqavilə bitdikdən sonra düşünürdüm ki, artıq aparıcılığa qayıtmaq lazımdı. Efir məkanımız üçün yeni, fərqli bir veriliş ideyası düşünürdük. Ağlımıza gəlmirdi. Vüqar Hüseynov sağ olsun, gəldi bu ideyanı təklif etdi. Eşidən kimi anladıq ki, maraqlı nəsə qurmaq olar. Heç işlənməmiş bir variantdı. İlk dəfə aparıcı televiziyadan deyir ki, səs verməyin! Maraqlı gəldi, beləcə aparıcılığa qayıtmağa qərar verdim. Amma bu proses çox məsuliyyətlidi. Gedirsən və qayıdırsan. Gərək qayıdanda elə qayıdasan ki, insanları bu dönüşünlə peşiman etməyəsən. Bu olmasın deyə, hər gün üzərimdə işləyirəm. Çalışıram təqdim etdiyim layihə yeniliklərlə bol olsun. Efir tozsoran kimi bir şeydi, sora bildikcə, sorur. Özü heç nə gətirməsə də, elə durmadan "ver, ver" deyir. Hər bir aparıcı buna görə çalışmalıdır ki, tamaşaçının tələb etdiyini ona təqdim edə bilsin. Yoxsa adiləşəcək və maraqsız olacaq.

Hər dəfə tamaşaçılardan müsbət fikir eşidəndə həyacanım bir az da artır. Başa düşürəm ki, bu daha böyük məsuliyyət tələbinin işarəsidir. Əslində kiminsə tərəfindən sevilmək nə qədər xoşagələndirsə, bir o qədər də əzabvericidi. Çünki sən o sevginin qorunması üçün çox şeyi qurban verməyə məcbur olursan.

- ATV kollektivinə nə deyərdiniz?

- Televiziya elə bir yerdi ki, heç gözləmədiyin, hazır olmadığın məqamlarla üzləşməli olursan. Beynində bir şey düşünüb gəlirsən efirə çıxırsan, tamaşaçı elə bir şeyi sifariş eləyir ki, özünü atıb, başqası olmağa məcbur qalırsan. Bax mən ATV kollektivinə hər zaman bütün vəziyyətlərə hazır olmalarını arzulayıram. Diləyirəm ki, efir məkanında olduqları müddətdə daima sevgi ilə qarşılansınlar. Bütün bu arzular mənə də aiddir, təbii. Hər kəsə uğurlar, baxımlılıq, qəbul olunma və ələhəzrət reytinq hər zaman bizimlə olsun!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 5255   Tarix: 10 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏ

Bu günlərdə Türkiyənin Anlatya şəhərində Dünya Kikboksinq Assosiyasının təşkilatçılığı ilə keçirilən dünya çempionatında bürünc medala layiq görülən, Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü, dünya çempionu, veteran idmançı Həsən Hüseynovun -a müsahibəsini təqdim edirik:. 54 yaşını

30.12.2019 2610
.

Ayan və qızından yeni - FOTO

Son günlər karantin rejimi ilə əlaqədar məşhurlar evlərindən, ailələrindən tez-tez paylaşımlar edirlər. xəbər verir ki, müğənni Ayan Babakişiyeva da mütəmadi olaraq qızı Selena ilə görüntülərini paylaşır. Ayanın son paylaşımı da Selena ilə fotosu olub. Onların fotosu diqqət çəkib. Samirə Qasımova

23.04.2020 5360
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

Dilarə Əliyeva anasından danışıb ağladı - Video

Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib:. "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana"

06.07.2020 5362
.

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ

7 may dünyada Beynəlxalq Radio günü kimi qeyd olunur. Radio ixtira olunan ilk gündən insanlar xəbərləri bu vasitə ilə daha asan əldə ediblər. Bu gün də mətbuatın bu qədər inkişaf etməsinə baxmayaraq radio öz aktuallığını qoruyub saxlayır. Radioda işləmək mətbuatın digər qolları ilə müqayisədə daha çətindir

07.05.2020 8229
.

Azərbaycanlı jurnalist Türkiyədə veriliş aparıcısı oldu

Tanınmış jurnalist, yazar Şəhla Aslan Türkiyənin "KonTV" televiziya kanalında yeni yayımlanmağa başlayan "Dünya gözünde Türkiye" adlı verilişdə aparıcılıq etməyə başlayıb. Proqramda Türkiyədə yaşayan xarici vətəndaşların Türkiyəyə dair fikirlərinin müzakirə olunması nəzərdə tutulub

28.01.2020 3795
.

Hər həftə saçlarını dəyişir - Fotolar

Xalq artisti Aygün Kazımova artıq hər həftə saçlarında dəyişiklik edir. Axşam.az xəbər verir ki, nüğənni yenidən kare saçlara qayıdıb. Kazımova eyni zamanda tün saçlarını sarıya boyatdırıb. Aygün yeni görünüşdə obyektiv qarşısına keçərək şəkillər çəkdirib. Müğənni şəkillərini "Gözəl həftə diləyirəm"

30.09.2019 3335
.

"Onun gözüyaşlı geri qayıtmağı gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova -ın sualların cavablandırıb. -Səmayə xanım, sizə adətən təmsil etdiyiniz qurumun fəaliyyəti ilə bağlı sullar ünvanlayırlar. İstərdik ki, bu dəfə fərqlilik olsun. Bilirsiniz, artıq 2019-2020-ci il tədris ili başlayıb. İstərdik ki

09.10.2019 4296
.

Dəqiqənin 59 saniyəyə salınması təklif olunub

Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar. -a istinadən bildirir ki, b

11.01.2021 2922