Azərbaycana qanunsuz yolla gətirilən balıqlarla bağlı məlumat yayıldı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti Xəzər dənizində, çaylarda və daxili su hövzələrində məskunlaşmış vətəgə əhəmiyyətli balıq növlərinin ehtiyatının bərpa edilməsi, artırılması, qorunub saxlanılması, habelə bioresurslardan istifadənin tənzimlənməsi və qanunsuz balıq ovunun qarşısının alınması istiqamətində ardıcıl olaraq müvafiq tədbirləri davam etdirir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Xəzəryanı dövlətlərin hökumət və dövlət başçılarının ümumi razılığına əsasən Xəzər dənizində sənaye üsulu ilə balıq ovuna 2010-cu ildən etibarən qadağa qoyulsa da, qanunsuz balıq ovlanması halları qeydə alınıb və ETSN tərəfindən bununla bağlı qanunauyğun tədbirlər görülüb.
Belə ki, Xəzər dənizinin Azərbaycan hissəsində nazirliyin əməkdaşları tərəfindən 2014-cü ilin 9 ayı ərzində 48 qanun pozuntusu faktı aşkar olunub, 21 akt və 29 protokol tərtib edilib, 28 nəfər məsuliyyətə cəlb olunub. Qanun pozucularından 6 qayıq, 70 tor, nərəkimilərin ovunda istifadə edilən 7 min ədəd qadağan edilmiş ov aləti və 740 müxtəlif növ balıq götürülüb. 7 iş rayon məhkəmələrinə, 13 iş hüquq-mühafizə orqanlarına göndərilib, 14 işə inzibati qaydada Departament tərəfindən baxılıb, bioloji resurslara vurulmuş ziyanla bağlı 39 387 manat məbləğində iddia tətbiq edilib.
Ümumilikdə ölkəmizdə bu istiqamətdə xeyli iş görülsə də, nazirlik bu işi yetərli saymır. Eyni zamanda, digər Xəzəryanı dövlətlərdən Azərbaycana müxtəlif yollarla nərəkimilərin gətirilməsi və satışı faktdır.
Belə ki, bu ilin 17 oktyabr tarixində Azərbaycan Dövlət Sərhəd Xidmətinin Xaçmaz rayon sərhəd dəstəsinin əməkdaşları tərəfindən qanunsuz yolla ölkəmizə keçirilən 19 ədəd müxtəlif növ nərəkimilərin, bir neçə gün əvvəl isə Azərbaycan-Rusiya sərhədində Dağıstanın gömrük əməkdaşları tərəfindən Rusiyadan Azərbaycana 300 kq nərəcinsli balıqların keçirilməsinin qarşısı alınıb.
Bu faktlar xarici ölkələrdən gətirilən nərəkimilərin ölkənin daxili bazarlarında əsas yer tutduğu barədə fikir söyləməyə əsas verir.
Ümumiyyətlə, Yer kürəsində nərəkimilərin 80-85 faizinin məskunlaşdığı Xəzər dənizində obyektiv və subyektiv səbəblərdən bu növ balıqların kəskin azalması müşahidə edilir və bunun qarşısının alınması məqsədilə Türkmənistan istisna olmaqla digər Xəzəryanı ölkələrdə süni nərə balıqartırma zavodları fəaliyyət göstərir. Təkcə Azərbaycanda 2014-cü ilin 9 ayı ərzində müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələrinin artırılmasını təmin edən müəssisələr tərəfindən 335,02 milyon ədəd balıq körpələri (nərəcinsli balıqlar 6.7 milyon ədəd, qızılbalıq 176,5 min ədəd, çəkikimilər 381,85 milyon ədəd (ağ amur), bitki ilə qidalanan 4,7 milyon ədəd) süni və təbii yolla artırılıb təbii su hövzələrinə buraxılıb.
anspress.com
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1522 Tarix: 04 dekabr 2014
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın "Avroviziya"dakı çıxış nömrəsi açıqlandı
Avropa Yayım İttifaqı (EBU) Avstriyanın paytaxtı Vyanada keçiriləcək "Avroviziya-2026" mahnı müsabiqəsinin yarımfinalları üzrə çıxış ardıcıllığını elan edib. "Qafqazinfo" xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, mayın 12-də baş tutacaq birinci yarımfinalda səhnəyə ilk olara
03.04.2026 296 Bir səhv, bütün balans: kart təhlükəsizliyinə diqqət!
"Bank kartının təhlükəsizliyi üçün bir neçə vacib qaydaya əməl etmək lazımdır. İlk növbədə, PİN kodu, CVV və digər məxfi məlumatları heç kimlə paylaşmayın və onları açıq şəkildə saxlamayın. Bu məlumatlardan yalnız etibarlı platformalarda istifadə edin". Bunu BİG.AZ-a açıqlamasında İKT üzr
03.04.2026 426 Sumqayıtda kuryoz hadisə: Bu obyekt kimindir? (VİDEO)
Sumqayıtın mərkəzində, Heydər Əliyev prospekti 40-cı məhəllədə avtobus dayanacağına bitişik gecəqondu peyda olub. Daşınan konsturuksiyadan gecə saatlarında inşa olunan bu obyekt avtobus dayanacağının ərazisini və səkini zəbt edib. Gecəqondu obyektin yaxınlığında Sumqayıt Tibb Mərkəzi, o cümlədən 1 nömrəl
03.04.2026 410 "Politico": Orban varisi üçün sərbəst idarə etməyə mane olacaq "tələlər" qurub
Macarıstanın baş naziri Viktor Orbanın 16 illik hakimiyyəti dövründə yaratdığı hüquqi və institusional sistemin gələcəkdə onun potensial varisinin ölkəni sərbəst idarə etməsini ciddi şəkildə çətinləşdirəcəyi bildirilir. Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" yazır. Məlumata görə, apreld
03.04.2026 339 Tramp: Hörmüz boğazını asanlıqla aça bilərik
ABŞ Hörmüz boğazını asanlıqla açacaq. APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında paylaşım edib. "Bir az daha artıq vaxtla, asanlıqla Hörmüz boğazını aça, nefti götürə və var-dövlət qazana bilərik", - Tramp qeyd edib
03.04.2026 355 ABŞ-İran müharibəsi: zəhərli və radiasiyalı hava şəraitində özünü necə qorumalı? - ADİL QEYBULLADAN AÇIQLAMA
ABŞ-İran müharibəsi artıq regionda zəhərli və radiasiyalı havanın yaranmasına səbəb olub. Kimyəvi silahlar və radiasiya hissəcikləri döyüş bölgələrindən havaya qarışaraq qonşu ölkələrə, o cümlədən Azərbaycana təsir göstərir. Bu çirklənmiş hava insanların sağlamlığı üçün real təhlükə yaradır və uzunmüddətl
03.04.2026 350 İranın raket atışından sonra İsraildə siren səsləri eşidilir
İranın raket atəşindən sonra İsraildə siren səsləri eşidilir. BİG.AZ Sky News-a istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) "təhdidin qarşısını almaq üçün çalışdığını" bildirib. Daxili Cəbhə Komandanlığı hədəf alınan ərazilərdəki mobil telefonlara sığınacaqlara girmək üçün təlimatlarl
03.04.2026 269 Kişiyə bunları demək olmaz: Sevgini məhv edir
Bəzən münasibətlər böyük münaqişələrə görə deyil, düşünülməmiş bir neçə söz ucbatından da dağıla bilər. Psixoloqlar bildirir ki, xüsusilə kişilər onların ləyaqətinə toxunan ifadələrə qarşı daha həssas olur. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bir çox qadın bu cür sözləri emosiyalarının təsir
03.04.2026 381 Netanyahu: İsrail ABŞ-la İranı bombalamağa davam edəcək
İsrail İrana zərbələr endirməyə davam edəcək. "Ynet"in xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "Mən və Prezident Tramp, eləcə də İsrail və ABŞ orduları arasında tam koordinasiya əsasında İranı vurmağa davam edəcəyik. Biz komandirləri aradan götürürük, körpülər
03.04.2026 357