Peyğəmbərin tövhidi qoruması
Mənbə: http://zikr.az
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - insanlara ürəkdən qayğı göstərər və əlindən gələni edərdi ki, insanlar tək Allaha ibadət etsinlər və buna zidd olan bütün inanc və əməllərdən çəkinsinlər. Peyğəmbər dəfələrlə ümmətinə Allaha şərik qoşmağı qadağan etmiş, onları şirkdən çəkindirmişdir. O, bunu təkrar-təkrar yada salardı ki, təkAllahlığı – İbrahimlə göndərilmiş tövhid dinini, ona xələl gətirəcək hər bir sözdən və əməldən qorusun. Peyğəmbər şübhələri dəf etmiş və özündən sonra aydın bir yol qoyub getmişdir.
Peyğəmbərin təkAllahlığı (tövhidi) necə qoruduğunu və şirkə aparan yolların qabağını necə aldığını göstərmək üçün bu hədisi qeyd etmək olar. Əbu Vaqid əl-Leysi demişdir: "Biz Peyğəmbərlə birlikdə Huneyn deyilən yerə getdik. Həmin vaxt biz hələ islamda təzə idik. Müşriklərin orada başına toplanıb silahlarını üzərindən asdıqları zatul-Anvat adlı sidr ağacı var idi. Biz onun yanından keçərkən Peyğəmbərə dedik: "Ya Rəsulullah, onların zatul-Anvat ağacı olduğu kimi, bizim üçün də belə bir ağac seç."
Peyğəmbər buyurdu: "Allahu Əkbər! Bu, əvvəlkilərin yoludur. Allaha and olsun ki, siz İsrail oğullarının Musaya dediyi kimi dediniz: "Onların məbudları olduğu kimi, bizim üçün də bir məbud düzəlt. Musa dedi: "Həqiqətən, siz cahil bir tayfasınız" (əl-Əraf, 138). Heç şübhəsiz ki, siz özünüzdən əvvəlkilərin yolunu tutub gedəcəksiniz." (Sünən ət-Tirmizi, 2180).
Bu hədisdən bəlli olur ki, ağaclardan, qəbirlərdən, daşlardan və sairədən bərəkət ummaq, habelə onların ətrafında toplaşmaq və onlar üçün qurban kəsmək şirkdir (Allaha şərik qoşmaqdır). Elə buna görə hədisdə onların dediyi, İsrail oğullarının "Onların məbudları olduğu kimi, bizim üçün də bir məbud düzəlt" dediyinə bənzədilir. Bunlar müşriklər kimi sidr ağacı ilə bərəkət istəyirdilər. İsrail oğulları da həmçinin müşriklərin ilahı kimi bir ilah istəmişdilər. Bu tələblərin hər ikisi tövhidə ziddir. Çünki ağacdan bərəkət diləmək şirkin bir növüdür, Allahdan qeyrisini ilah seçmək isə açıq-aydın şirk hesab olunur. Peyğəmbərin: "Siz özünüzdən əvvəlkilərin yolunu tutub gedəcəksiniz" sözlərinə gəlincə, bu, Peyğəmbərin öz ümmətinin başına gələcək bir şeyi əvvəlcədən xəbər verməsidir. Bu isə Peyğəmbərin həm xəbərdarlıq, həm də onu qadağan etməsidir.
BiG.Az
Telegramda izləyin
İslam Baxılıb: 2125 Tarix: 17 noyabr 2014
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ
"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati
15.08.2020 3237 Qədr gecəsində necə dua etmək lazımdır?
Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E
01.05.2021 4146 Nəyə görə ayaqyoluna sol ayaqla girib sağ ayaqla çıxmaq tövsiyə edilir?
Tibb elmi buna cavab verir. İnsan ayaq yoluna sağ ayağı ilə daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o arxası üstə yerə düşmüş olur. Əgər sol ayaqla daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o üzü üstə ayaq yoluna düşmüş olur. Heç bir müsəlman ayaq yolunda nəcis ola
11.01.2020 5697 "Təzəpir" məscidində bayram namazı qılındı
"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd
21.07.2021 1701 Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ
Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş
23.04.2020 3174 Android telefonları üçün mobil proqram - Dua və Zikr (Müsəlmanın Qalası)
Dua və Zikr (Müsəlmanın Qalası) - YÜKLƏ. Əziz müsəlmanlar, sizə təqdim etdiyimiz bu proqram "Müsəlmanın Qalası" kitabçasının əsasında qurulmuşdur. Bu kitab özündə hər bir müsəlmanın gündəlik ehtiyac duyduğu dua və zikrləri əhatə edir. Sizləri daima dua və zikr etməyə həvəsləndirmək üçün kitabçanı
12.04.2020 5175 Quran insanın sağlamlığına necə təsir edir?
Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa
01.01.2020 3882 Heydər məscidində Qurban bayramı namazı qılınıb
Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib
31.07.2020 2512 Ramazan ayı TƏQVİMİ 2020
Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların
24.04.2020 6767