"ATF" bu il icra hakimiyyətlərindən 6 milyonluq sifariş alıb

"ATF" bu il icra hakimiyyətlərindən 6 milyonluq sifariş alıbAğsu Rayon İcra Hakimiyyəti Ağsu şəhərinin daxili avtomobil yollarının əsaslı təmir işləri ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "ATF" MMC seçilib. Yolların əsaslı təmir işlərinə görə şirkətə 582 187,99 manat ödəniləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "ATF" MMC 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Hüququ ünvanı Göyçay rayonunun Çayarxı kəndində yerləşən şirkətin qanuni təmsilçisi Azad Muradovdur.

Şirkət Azad, Təbriz və Fəxrəddin Muradov qardaşları tərəfindən təsis edilib. Şirkətin adı da onların adlarının baş hərflərindən götürülüb. Açıq mənbələrdə "ATF" MMC haqqında heç bir məlumat yoxdur. Mediada isə şirkət "tender kralı" kimi tanınır.

"ATF" MMC əsasən yerli icra hakimiyyətlərinin yol təmirləri ilə bağlı elan etdiyi tenderlərin qalibi seçilir. Şirkətin bu sifarişləri yerinə yetirmək imkanına malik maddi-texniki bazasının olub-olmadığı bəlli deyil.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, "ATF" MMC cari ildə 9 tenderin qalibi seçilib. Həmin tenderlər Ağsu, Balakən, Oğuz, Ağdaş, Qəbələ, İsmayıllı rayon icra hakimiyyətləri, Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi və Qəbələr Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər Nümayəndəliyi tərəfindən keçirilib.

Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 6 178 578,67 manatdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 466   Tarix: 18 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəzakət Teymurova qızının çalışdığı işdən danışdı

Xalq artisti Nəzakət Teymurova qızı Nigarla bağlı sualları cavablandırıb. Axşam.az xəbər verir ki, xanəndə "Qonaqcanlı" proqramına açıqlamasında övladının musiqi ilə həvəskar şəkildə məşğul olduğunu, əsas fəaliyyətinin isə başqa sahə ilə bağlı olduğunu bildirib. "Qızımın səsi var, şeir

18.09.2026 352
.

ABŞ-İran müharibəsində son vəziyyət - Vaşinqton yeni qərar ərəfəsindədir

ABŞ İran ərazisinə yeni zərbələr endirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp müharibənin sona çatmasının mümkün olduğunu bildirsə də, eyni zamanda İranla bağlı mühüm qərar vermək ərəfəsində olduğunu açıqlayıb. Axios-a verdiyi müsahibədə Tramp qarşıdakı mərhələdə hərb

18.09.2026 229
.

Paşinyandan rus dili ilə bağlı gözlənilməz açıqlama

Ermənistanın Baş naziri Nikol Paşinyan əlavə olaraq rus dili kurslarına qatılır. xəbər verir ki, Sputnik Armenia-nın məlumatına görə, o, bunu hökumətin iclasında ixtisaslarını artıran məmurlar üçün bonusların müzakirəsi zamanı açıqlayıb. "Niyə yalnız ingilis dili? Məsələn, mən hazırda Dövlət İdarəçili

18.09.2026 220
.

TDT yeni mərhələdə: Azərbaycanın təşəbbüskarlığı hansı imkanları yaradır?

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Vikto

18.09.2026 208
.

Dünyada şiddətli yağışlarla bağlı - Xəbərdarlıq

Qlobal istiləşmənin təsiri ilə Yer atmosferindəki su buxarının miqdarı rekord həddə çatıb. Mütəxəssislər bunun güclü yağışlar, tropik siklonlar və yüksək temperaturla bağlı riskləri artıra biləcəyini bildirirlər. "Qafqazinfo" xəbər verir ki, Avropa İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə

18.09.2026 204
.

Sağlam qidalanmanın əsas qaydası: Mövsümi məhsullar niyə vacibdir?

"Mövsümi qidalanma orqanizmin ilin müxtəlif dövrlərində dəyişən ehtiyaclarına uyğun qida seçimlərini nəzərdə tutur. Əsas prinsip mümkün qədər mövsümündə yetişən, təzə və müxtəlif məhsullara üstünlük verməkdir. Belə qidalanma rasionun çeşidliliyini artırmaqla yanaşı, təzə meyvə və tərəvəzlərin dah

18.09.2026 211
.

Bakıda kişi arvadını marketdə, autizm​li övladının gözü qarşısında döydü - Video

Bakıda kişi həyat yoldaşını marketdə, autizm​li övladının gözləri qarşısında döyüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntüləri "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşıb. "İllərdir həyat yoldaşının zorakılığın

18.09.2026 339
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18.09.2026 199
.

Qonaqlara yeməyin içərisində 49 min qarışqa yedirən məşhur restoran cərimələndi

Cənubi Koreyanın paytaxtı Seulda iki "Michelin" ulduzuna sahib "Evett" restoranı yeməklərdə istifadəsinə icazə verilməyən qarışqalardan istifadə etdiyi üçün cərimələnib. xarici mediaya istinadla xəbər verir ki, restoranın sahibi 18,4 min manat, müəssisəni idarə edən şirkət isə 12,

18.09.2026 201
.