Atatürk Dövrü - VIDEO

Atatürk Dövrü - VIDEOBu gün Türkiyə ən çox güvəndiyimiz və eyni zamanda ən tez incidiymiz dövlətdir. Ona görə də bu ölkədə baş verən, xüsusilə Azərbaycan və azərbaycanlılarla bağlı baş verən hər hansı olay diqqətimizi tez çəkir. Məsələ heç də hansısa Arzunun daşa dəyməsində deyil. Türkiyə və Azərbaycan arasında elə hadisələr yaşanıb ki, onun dəqiq tarixi qiyməti verilmədiyindən bu günə yalan və süni təbəssüm qılafında çatıb. Məncə iki qardaş arasında bir örtülü bazar belə qalmamalıdır. Hər şey açıq danışılmalıdır ki, hər iki dövlət və bir millət bir-birinin üzünə tam açıq və aydın baxa bilsin. Məsələn, bilirik ki, tariximizdə Nuru Paşa fədakarlığı var və olacaq. Amma bu günlərdə anım tarixini qeyd etdiyimiz Mustafa Kamal Atatürk gerçəyi də var. Onun öz dövləti üçün göstərdiyi xidmətləri görməmək korluq olardı, amma Atatürkün Azərbaycanın tarixində iştirakı birmənalı deyil.

Söhbət Atatürkün Leninə yazdığı məktubundan gedir:

1. İmperialist hökumətlər əleyhinə 26 aprel 1920-ci il hərəkatı və onların əsarəti altında olan məzlum insanların qurtarılması məqsədi daşıyan Bolşevik ruslarla əməkdaşlığı qəbul edirik.

2. Bolşevik qüvvələri Gürcüstana hərbi müdaxilə edərsə, yaxud yürüdəcəyi siyasət və göstərəcəyi təsir və nüfuzla Gürcüstanın da Bolşevik ittifaqına daxil olmasını və aralarındakı ingilis qüvvələrini çıxarmaqla, bunların əleyhinə hərəkata başlamasını təmin edərsə, Türkiyə hökuməti də imperialist erməni hökumətinə hərbi müdaxilə həyata keçirməyi və Azərbaycan hökumətini də Bolşevik dövlətlər təbəqəsinə daxil etməyi öz üzərinə götürür.

3. Əvvəla, torpaqlarımızı işğal altında saxlayan imperialist qüvvələri irəlidə imperializm əleyhinə baş tutacaq müştərək mübarizəmiz üçün daxili qüvvələrimizi səfərbər etmək məqsədilə, hələlik ilkin məbləğ olaraq 5 milyon qızıl sikkə və müəyyənləşdiriləcək miqdarda silah-sursat və sair hərbi xərclər, səhiyyə ləvazimatlarının və yalnız şərqdə hərəkət edəcək qüvvələr üçün ərzağın Rus Sovet Respublikası tərəfindən təmin olunması xahiş edilir.

İndi bizim tarixçilər Atatürkün bu məktubuna bir şəxsiyyətin yazışmasından daha çox birinci dünya müharibəsinin diktə elədiyi dövrün siyasi mühitinin vadar etdiyi sənəd kimi yanaşmağa çalışırlar.

"Mən onun tərəfdarıyam ki, biz Atatürkün siyasətinə də həmin dövrün kontekstində baxaq. Yəni bunun həmin dövr kontekstindən ayırıb birmənalı şəkildə nəzərdən keçirdikdə mənə elə gəlir ki, yanlış nəticələrə gəlib çıxa bilərik. Ona görə ki, məsələn, biz Azərbaycan Xalq Cumhuriyyətindən bəhs edirik. Bildiyiniz kimi Azərbaycan Xalq Cumhuriyyəti 1918-ci il mayın 28-də elan edilir. Amma iyun ayının 4-də "Batumi" müqaviləsi imzalanır. "Batumi" müqaviləsinə görə, Osmanlı dövləti Azərbaycan Xalq Cumhuriyyətinə hərbi qüvvə ilə köməklik göstərir. Atatürkün ümumiyyətlə o dövrkü siyasətinə baxanda əsas məsələ Türkiyənin də xilas edilməsindən ibarət idi. Yəni bir istiqlaliyyət müharibəsi gedirdi" - deyə tarixçi Kərim Şükürov bildirdi.

Azərbaycan tarixi üçün həmişə müəmmalı olan bu vərəqi ilk dəfə akademik Ziya Bünyadov nümayişkəranə çevirmişdi.

Ziya Bünyadov 1990-cı ildə ölkə mətbuatında yazırdı ki, 11-ci ordu Azərbaycan torpağına ayaq basanda xalqımız orduya müqavimət göstərmək istəyib. Lakin həmin qatarın önündə gələn Atatürkün nümayəndəsi Xəlil Paşa çıxıb deyir ki, bu ordu Bakıda qalmayacaq. Ordunun məqsədi, guya əsas ideyası Bakıdan keçərək Anadoluya getmək imiş. Azərbaycan xalqına həmçinin deyilir ki, guya Leninlə Atatürk arasında olan razılaşmasına görə, bu ordu Türkiyənin istiqlaliyyət mübarizəsinə kömək edəcək.

Lakin xalqa deyildiyinin əksinə olur və aprelin 27-dən 28-nə keçən gecə şərqin ilk demokratik respublikası olan Azərbaycan Cümhüriyyəti devrilir. Sənədlərdə hakimiyyətin Bolşeviklərə qanuni yolla verildiyi göstərilsə də bütün prosses elə 11-ci ordunun diktəsi altında olub.

Tarixin bu üzünün aydınlaşması həm də ona görə lazımdır ki, o dönəm araşdırılanda bu sual yaranırdı.

Nəyə görə Azərbaycan xalqı və yeni qurulan ordu ruslara qarşı çıxmamışdı? Tarixi vərəqləyəndə isə aydın görünür ki, əslində bablarımız müqavimət göstərməyə qalxıb, lakin rus əsgərini gətirən qatarın önündə türk Xəlil Paşanın gəlməsi insanları çaşdırıb. Elə bu məsələ müdafiə naziri Səməd bəy Mehmandarov barəsində xoş olmayan ifadələrin yaranmasına səbəb olmuşdu. Sovet tarixində Mehmandarovun müqavimət göstərməməsinin onun rus ordusunda yetişməsi ilə əlaqələndirirdilər. Tarix isə onu göstərir ki, Atatürkün Leninə yazdığı məktubdakı bütün müddəalar yerinə yetirilir. Türklər Azərbaycanı ruslara güzəştə gedirlər. Çox keçmir ki, Atatürk səhv etdiyini anlayır, hətta Rusiya ilə Türkiyənin münasibətləri kəskinləşir. O, da maraqlıdır ki, 1938-ci ildə Atatürk gözlərini əbədi yumanadək bu məsləyə heç zaman qayıtmır.

Tarixdə dövlətlər bir birinin xətrinə dəyməkdən qorxub toz basmış səhifələrin üstündən gözü yumulu keçməməlidr. Əksinə etiraflar, şəffaflıq münasibətləri daha səmimi edir. Tarix bir gün deyil, hər gündür. Türkiyə dünən Atatürklə bir qaranlıq iş tutubsa, bu unudulmamalıdır, amma o da nəzərə alınmalıdır ki, bu gün Ərdoğanın lampası ilə başqa bir səhifə açılıb. Əlbəttə bu lampa da Əlləddinin sehrli çırağı kimi hər şeyə qadir deyil. Amma razılaşaq ki, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında əsl etimad körpüsü yaranıb. Deməli dostluğun pozulmasına səbəb ola biləcək hər hansı örtülü bazarlama olmamalıdır və yoxdur. Hətta hansısa yeni VİKİ-Liks belə bu dövlətdən o dövlətə xəbər aparıb, dövlətlərarası sözgəzdirirsə, buna da əhəmiyyət verilməməlidir... Qızıl ehtirası həmişə var. Amma qızıldan qiymətli dəyərlər də.

[youtube]Bu gün Türkiyə ən çox güvəndiyimiz və eyni zamanda ən tez incidiymiz dövlətdir. Ona görə də bu ölkədə baş verən, xüsusilə Azərbaycan və azərbaycanlılarla bağlı baş verən hər hansı olay diqqətimizi tez çəkir. Məsələ heç də hansısa Arzunun daşa dəyməsində deyil. Türkiyə və Azərbaycan arasında elə hadisələr yaşanıb ki, onun dəqiq tarixi qiyməti verilmədiyindən bu günə yalan və süni təbəssüm qılafında çatıb. Məncə iki qardaş arasında bir örtülü bazar belə qalmamalıdır. Hər şey açıq danışılmalıdır ki, hər iki dövlət və bir millət bir-birinin üzünə tam açıq və aydın baxa bilsin. Məsələn, bilirik ki, tariximizdə Nuru Paşa fədakarlığı var və olacaq. Amma bu günlərdə anım tarixini qeyd etdiyimiz Mustafa Kamal Atatürk gerçəyi də var. Onun öz dövləti üçün göstərdiyi xidmətləri görməmək korluq olardı, amma Atatürkün Azərbaycanın tarixində iştirakı birmənalı deyil. Söhbət Atatürkün Leninə yazdığı məktubundan gedir: 1. İmperialist hökumətlər əleyhinə 26 aprel 1920-ci il hərəkatı və onların əsarəti altında olan məzlum insanların qurtarılması məqsədi daşıyan Bolşevik ruslarla əməkdaşlığı qəbul edirik. 2. Bolşevik qüvvələri Gürcüstana hərbi müdaxilə edərsə, yaxud yürüdəcəyi siyasət və göstərəcəyi təsir və nüfuzla Gürcüstanın da Bolşevik ittifaqına daxil olmasını və aralarındakı ingilis qüvvələrini çıxarmaqla, bunların əleyhinə hərəkata başlamasını təmin edərsə, Türkiyə hökuməti də imperialist erməni hökumətinə hərbi müdaxilə həyata keçirməyi və Azərbaycan hökumətini də Bolşevik dövlətlər təbəqəsinə daxil etməyi öz üzərinə götürür. 3. Əvvəla, torpaqlarımızı işğal altında saxlayan imperialist qüvvələri irəlidə imperializm əleyhinə baş tutacaq müştərək mübarizəmiz üçün daxili qüvvələrimizi səfərbər etmək məqsədilə, hələlik ilkin məbləğ olaraq 5 milyon qızıl sikkə və müəyyənləşdiriləcək miqdarda silah-sursat və sair hərbi xərclər, səhiyyə ləvazimatlarının və yalnız şərqdə hərəkət edəcək qüvvələr üçün ərzağın Rus Sovet Respublikası tərəfindən təmin olunması xahiş edilir. İndi bizim tarixçilər Atatürkün bu məktubuna bir şəxsiyyətin yazışmasından daha çox birinci dünya müharibəsinin diktə elədiyi dövrün siyasi mühitinin vadar etdiyi sənəd kimi yanaşmağa çalışırlar. "Mən onun tərəfdarıyam ki, biz Atatürkün siyasətinə də həmin dövrün kontekstində baxaq. Yəni bunun həmin dövr kontekstindən ayırıb birmənalı şəkildə nəzərdən keçirdikdə mənə elə gəlir ki, yanlış nəticələrə gəlib çıxa bilərik. Ona görə ki, məsələn, biz Azərbaycan Xalq Cumhuriyyətindən bəhs edirik. Bildiyiniz kimi Azərbaycan Xalq Cumhuriyyəti 1918-ci il mayın 28-də elan edilir. Amma iyun ayının 4-də "Batumi" müqaviləsi imzalanır. "Batumi" müqaviləsinə görə, Osmanlı dövləti Azərbaycan Xalq Cumhuriyyətinə hərbi qüvvə ilə köməklik göstərir. Atatürkün ümumiyyətlə o dövrkü siyasətinə baxanda əsas məsələ Türkiyənin də xilas edilməsindən ibarət idi. Yəni bir istiqlaliyyət müharibəsi gedirdi" - deyə tarixçi Kərim Şükürov bildirdi. Azərbaycan tarixi üçün həmişə müəmmalı olan bu vərəqi ilk dəfə akademik Ziya Bünyadov nümayişkəranə çevirmişdi. Ziya Bünyadov 1990-cı ildə ölkə mətbuatında yazırdı ki, 11-ci ordu Azərbaycan torpağına ayaq basanda xalqımız orduya müqavimət göstərmək istəyib. Lakin həmin qatarın önündə gələn Atatürkün nümayəndəsi Xəlil Paşa çıxıb deyir ki, bu ordu Bakıda qalmayacaq. Ordunun məqsədi, guya əsas ideyası Bakıdan keçərək Anadoluya getmək imiş. Azərbaycan xalqına həmçinin deyilir ki, guya Leninlə Atatürk arasında olan razılaşmasına görə, bu ordu Türkiyənin istiqlaliyyət mübarizəsinə kömək edəcək. Lakin xalqa deyildiyinin əksinə olur və aprelin 27-dən 28-nə keçən gecə şərqin ilk demokratik respublikası olan Azərbaycan Cümhüriyyəti devrilir. Sənədlərdə hakimiyyətin Bolşeviklərə qanuni yolla verildiyi göstərilsə də bütün prosses elə 11-ci ordunun diktəsi altında olub. Tarixin bu üzünün aydınlaşması həm də ona görə lazımdır ki, o dönəm araşdırılanda bu sual yaranırdı. Nəyə görə Azərbaycan xalqı və yeni qurulan ordu ruslara qarşı çıxmamışdı? Tarixi vərəqləyəndə isə aydın görünür ki, əslində bablarımız müqavimət göstərməyə qalxıb, lakin rus əsgərini gətirən qatarın önündə türk Xəlil Paşanın gəlməsi insanları çaşdırıb. Elə bu məsələ müdafiə naziri Səməd bəy Mehmandarov barəsində xoş olmayan ifadələrin yaranmasına səbəb olmuşdu. Sovet tarixində Mehmandarovun müqavimət göstərməməsinin onun rus ordusunda yetişməsi ilə əlaqələndirirdilər. Tarix isə onu göstərir ki, Atatürkün Leninə yazdığı məktubdakı bütün müddəalar yerinə yetirilir. Türklər Azərbaycanı ruslara güzəştə gedirlər. Çox keçmir ki, Atatürk səhv etdiyini anlayır, hətta Rusiya ilə Türkiyənin münasibətləri kəskinləşir. O, da maraqlıdır ki, 1938-ci ildə Atatürk gözlərini əbədi yumanadək bu məsləyə heç zaman qayıtmır. Tarixdə dövlətlər bir birinin xətrinə dəyməkdən qorxub toz basmış səhifələrin üstündən gözü yumulu keçməməlidr. Əksinə etiraflar, şəffaflıq münasibətləri daha səmimi edir. Tarix bir gün deyil, hər gündür. Türkiyə dünən Atatürklə bir qaranlıq iş tutubsa, bu unudulmamalıdır, amma o da nəzərə alınmalıdır ki, bu gün Ərdoğanın lampası ilə başqa bir səhifə açılıb. Əlbəttə bu lampa da Əlləddinin sehrli çırağı kimi hər şeyə qadir deyil. Amma razılaşaq ki, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında əsl etimad körpüsü yaranıb. Deməli dostluğun pozulmasına səbəb ola biləcək hər hansı örtülü bazarlama olmamalıdır və yoxdur. Hətta hansısa yeni VİKİ-Liks belə bu dövlətdən o dövlətə xəbər aparıb, dövlətlərarası sözgəzdirirsə, buna da əhəmiyyət verilməməlidir... Qızıl ehtirası həmişə var. Amma qızıldan qiymətli dəyərlər də.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5248   Tarix: 17 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018