Berti Foqts istefa verdi

Berti Foqts istefa verdiRövnəq Abdullayevlə baş məşqçi arasında görüş keçirilib

Dünən İsveçrənin Sürix şəhərində AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts arasında görüş keçirilib.

BiG.AZ saytının, AFFA-ya istinadla verdiyi məlumata görə, görüş zamanı Azərbaycan millisinin Avro-2016-nın seçmə mərhələsində keçirdiyi oyunlar müzakirə olunub.

B.Foqts təəssüflə bildirib ki, artıq Azərbaycan millisində gələcəyini görmür. O, deyib ki, komanda son oyunda əzmkarlıq göstərməyib. Bundan əlavə, bir neçə ildir dəfələrlə vurğuladığı fiziki hazırlıq problemi hələ də öz həllini tapmayıb və bu çatışmazlığı qısa müddətdə aradan qaldırmaq mümkün deyil.

O, Azərbaycanda 6 il çalışdığını, bəzi oyunlarda azarkeşlərə böyük sevinc bəxş etdiklərini qeyd edib, ötən müddət ərzində rəhbərliyi altında çıxış etmiş futbolçulara biliklərini aşıladığını və bu biliklərin gələcək nəsillərə də ötürüləcəyinə ümid etdiyini söyləyib. Berti Foqts millini növbəti oyunlara çıxaracaq məşqçiyə, ehtiyac duyacağı təqdirdə, həm rəqib komandalarla, həm də dəvət etməyi planlaşdırdığı futbolçularla bağlı məlumatları paylaşmağa, tövsiyələrini verməyə hazır olduğunu deyib, peşəkar fəaliyyətinə görə AFFA-ya minnətdarlıq edib, Azərbaycanı ikinci Vətəni saydığını bildirib.

AFFA-nın prezidenti Rövnəq Abdullayev qeyd edib ki, Berti Foqtsa fəaliyyətini davam etdirmək təklif olunub və onun Azərbaycan milli komandasındakı fəaliyyəti AFFA tərəfindən yüksək qiymətləndirilir. R.Abdullayev söyləyib ki, B.Foqtsun gördüyü işlər ümumilikdə Azərbaycan futbolunun inkişafına müsbət təsir göstərib. Çox böyük nailiyyət olmasa da, Azərbaycan milli komandası seçmə mərhələlərdə ən böyük göstəriciyə B.Foqtsun rəhbərliyi altında nail olaraq 9 xal toplayıb, millimiz FIFA-nın reytinq cədvəlində 73-cü pilləyə qədər yüksəlib. AFFA prezidenti Berti Foqtsa böyük hörmətlə yanaşdıqlarını, gördüyü işlərin hər zaman minnətdarlıqla xatırlanacağını deyib, onun həmişə Azərbaycan futbolunun dostu qalacağını söyləyib.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1677   Tarix: 17 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Millimizin keçmiş voleybolçusu toy etdi - FOTOLAR

Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Yakimçuk ailə həyatı qurub. -a istinadən xəbər verir ki, milliləşən legionerin toy mərasimi vətəni Ukraynada baş tutub. Xanım voleybolçu Dmitri Şatovla evlənib. Kiyevdə anadan olan Yelenanın toyu da paytaxtda gerçəkləşib. Cütlük şad gününü Kiyev vilayətind

24.08.2021 1745
.

Azərbaycanlı paralimpiya çempionu: "Sevincimin həddi-hüdudu yoxdur"

"Qızıl medal qazandığım üçün sevinirəm. Çox çətin oldu". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib. Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı rəqiblərinin də asan olmadığın

04.09.2021 533
.

Ronaldonun "Mançester Yunayted"dəki MAAŞI

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo

28.08.2021 1373
.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064
.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599
.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709
.

Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. -a istinadən xəbər verir ki, bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçünc

07.09.2021 975
.

Tokio paralimpiadası iştirakçısının keçmişdə terrorçu olduğu məlum olub

İspaniyanı Tokio-2020 paralimpiada oyunlarında üzgüçü Sebastyan Rodriqes Velozo təmsil edib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı iflic idmançının keçmişdə terrorçu olduğu məlum olub. O, bir zamanlar törətdiyi qətlə görə 84 il müddətinə azadlıqdan məhrum edilib. Velozonu

29.08.2021 1121
.

Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib

Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd

28.08.2021 641