Toliki aldatdılar!

Toliki aldatdılar!Ötən ay Türkiyənin sevilən müğənnisi Sibel Canın 8 mart Beynəlxalq Qadınlar bayramında Bakıda konsert verəcəyi barədə bəzi saytlarda məlumat verilmişdi. Lakin əldə etdiyim məlumata görə, Sibel Canın Bakı konserti baş tutmayacaq.

Qeyd edək ki, müğənnini Bakıya gətirmək istəyən məşhur prodüsser Tolik (Tarix Əliyev) idi. Sibel Canın Bakı Əyləncə Mərkəzinin səhnəsində yarım ansamblla canlı ifa edəcəyini deyən Tolik, çoxdandır bu müğənnini Bakıda konsertini təşkil etmək istəyini də gizlətməmişdi.

Tolikin sözlərinə görə, müğənnini Bakıya gətirməyə söz verən türkiyəli təşkilatçı sadəcə dələduzluqla məşğul olan fırıldaqçı imiş: "Ozan adında türk Bakıya gəldi. Nömrəsi də var məndə. Mənə zəng vuraraq, görüş təyin etdi və türk müğənnilərinin Bakıda konsert vermək üçün qiymət siyahısını təqdim etdi. Orada Sibel Canın yarım ansamblla canlı konserti 32 min avro idi. Mən də razılaşdım. Gedib Bakı Əyləncə Mərkəzini danışdım. Bir gün bu adama zəng vurdum, telefona cavab vermədi. Bir gün sonra yenə yığdım, dedi ki, konsertlə bağlı müqavilə bağlamaq üçün mən Türkiyəyə getməliyəm. Mən də həmin ərəfələrdə Türkiyədə idim. Müğənni Kibariyənin menecerini tanıyıram, Oğuz bəy. Ona zəng vurub konsertlə bağlı məlumat verdim və əlavə etdim ki, nədənsə bu məsələyə şübhə ilə yanaşıram. Oğuz bəy də Ozanın dediyi qiymətə, yəni, Sibel Canın 32 min avroya Bakıya gəlməsinə inanmadı. Dedi, Sibel Canın meneceri ilə danışıb, mənə bir xəbər deyəcək. O, Sibel Canın meneceri Mehmedə zəng vurub qiyməti öyrənən zaman, onlar Bakıda konsert vermələri üçün 125 min dollar tələb ediblər. Üstəlik deyiblər ki, Bakı konserti ilə bağlı təklifi ilk dəfədir eşidirlər. Yəni, heç kim onlara bu barədə heç nə deməyib. Axı Ozan mənə deyib ki, "32 min avro ver, gətirirəm". Təbii ki, mən də geri çəkildim. Çünki 35 min avro hara, 125 min dollar hara? 125 min çox bahadır, 35 min avro isə çox ucuzdur. Demək ki, o Ozan fırıldaqçının biri idi. Yaxşı ki, vaxtında başa düşdüm və belə böyük bir məsuliyyətdən geri çəkildim" - deyə, Tolik baş verənlərdən danışıb.

Tolik onu da əlavə edib ki, həmin şəxs Bakıda olan zaman Röyanın prodüsseri Kənan Bayramova da zəng vurub danışıbmış: "Dələduzun növbəti təklifi Röya ilə məşhur türk müğənnisi Doğuşun konsertini təşkil etmək idi, guya! Ancaq, Kənan elə əvvəldən razılaşmamışdı. Demişdi ki, onlar konsert vermək istəmirlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4571   Tarix: 24 fevral 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697