Kişini qadından soyudan nədir?

Kişini qadından soyudan nədir?Evli qadınlar üçün kişini əldə saxlamağın yolları...

Hər şey yaxşı idi: sevgi dolu günlər, məhrəm gecələr, odlu sözlər, baxışlar. «Səninlə dünyanın
sonuna da gedərəm» kəlmələri. Düz 2 il… yox 5 il… azı-çoxu 5 il yarım belə davam etdi və bitdi.

Məhəbbət söndü? Hisslər soyudu? Sən adiləşdin? Yoxsa, o, dəyişdi? Bir sözlə, kişi səndən
soyudu. Onu əvvəlki halına qaytarmaq çətindir, bəlkə də mümkün deyil. Amma onu heç kimə
asanlıqla güzəştə getmək fikrin də yoxdur. Kişi sənindir, onu əlində saxlamağı da bacarmalısan.

Bəs görəsən bunun səbəbi nədir?

BiG.AZ xarici mətbuata istinadən kişini qadından soyudan amilləri və onların qarşısını almağın yollarını təqdim edir:

Boş vaxtınızı hədər yerə keçirirsiz:

Təzə tanış olduğunuz zamanları xatırlayın. Sən boş vaxt axtarırdın ki, sevdiyinlə birgə zaman keçirəsən, gəzməyə çıxasan. Dəridən-qabıqdan çıxırdın ki, onun hobbisini bölüşəsən. Xoşladığı musiqilərə birgə qulaq asmaq, futbola getmək, xoşladığı restoranda nahar etmək... O da səninlə birgə kosmetika mağazalarını gəzər, sənə hər ay yeni ətir alardı.
Bəs indi? Sən səhərdən axşama kimi ev işləri görür, ya da işdən gələn kimi hamama girib, saatlarla çıxmırsan. Sənin kosmetikanın, duş gellərinin əlindən güzgünün qabağında yer yoxdur. Axşam ərinin harada olmağı səni maraqlandırmır: o, ya dostları ilə çayxanada domino oynayır, ya da pivə içir. İndi o, futbola da, kabab yeməyə də sənsiz gedir. Çünki bilir ki, sənin vaxtın və həvəsin olmayacaq. Gecə televizorda kinoya baxır, sənsə telefonda «çənə döyürsən». Baxmayaraq ki, siz birgə yaşayırsız, əslində, ayrı-ayrı aləmlərdəsiz. Getdikcə yadlaşırsız. Sən onun həyatından çıxırsan. Sənə elə gələ bilər ki, o, bu gün dostları ilə vaxt öldürür. Amma kişiyə hər şeydən əvvəl qadın lazımdır və həmin qadın nə vaxtsa gəlib onu tapacaq. Onda çox gec olacaq.

Hərəkətə keç:
Başa düşürük ki, ömrü boyu kişinin arzuları ilə oturub-durmaq və onun yarı olmaq çətin məsələdir. Amma soyuyan münasibətləri isitmək üçün heç olmasa ildə bir dəfə təzə tanış olduğunuz günlərə qayıtmaq məsləhətdir. Nə olsun ki, illər keçib? Günü bu gün taktikanızı qurun: axşamlar onunla qəhvə və ya çay içə-içə söhbət etməli, səhər ona üz qırxmaqda kömək etməli, bazar günü birgə nahar və ya balıq kababı yeməyə getməli, işdən yorğun gəlibsə, onu yüngülcə masaj etməli, ona kiçik hədiyyələr almalı, sevdiyi filmin diskini alıb, birgə baxmalı və s. Özünüz də görəcəksiz, onun sizə baxışları və münasibəti necə dəyişəcək... Onun özünə inamı artacaq və bir daha əmin olacaq ki, hələ hər şey bitməyib. Siz elə əvvəlki istiqanlı, düşüncəli və mehriban qadınsız. Əgər qəflətən dəyişməyinizin səbəbini soruşsa, deyin ki, onsuz da iş sizi bir-birinizdən ayırır. Bundan sonra qalan boş vaxtınızı ona həsr etmək fikrindəsiz.

Vəziyyətlə barışmaq:

Bu vəziyyət bizim qadınların, özü də ağıllı və müdrik xanımların üzləşdiyi haldır. Onlar sevdikləri, ailə qurduqları insanı bütün çatışmazlıqları ilə qəbul edib, taleləri ilə barışırlar. Elə bilirlər ki, kişinin xasiyyətini dəyişmək olmaz, ya da artıq gecdir. "Kişinin qıcıqlandırıcı hərəkət və sözlərinə dözmək, bütün günü mübahisə etməkdən yaxşıdır", deyə fikirləşən qadınlar, bütün acılarını, narazılığını içində boğur. Belə qadınlar gündən-günə solur, baxmayaraq ki, evdə sakitçilik hökm sürür. İçində özünü didib parçalayır, ya da arzuladığını başqa insanda axtarmağa başlayır. Belə qadından kişilər gec də olsa, soyuyurlar.

Hərəkətə keç:
Bəsdir içinizə qapılıb, qaldınız. Açıq danışın, özünüzə qarşı düzgün olun. İstənilən problemin həlli yolu var, əgər siz onu bölüşsəniz. Məsələn: bir qadın ərinin hər gün ayaqlarını yumadan yatağa girməsinə görə narahat olur, qıcıqlanırdı. Təzə ailə quranda etiraz etməyə utanır, sonra isə buna alışmağa qərar verir. Hər dəfə yatağa girəndə narahat olan qadın üzünü divara çevirməyə və çarpayının yanına ətirli pambıq qoymağa adət edir. Sonradan isə daha qorxulu vəziyyət baş verir: qadın uşağı bəhanə gətirərək, yatağını ayırır. Nəticə: qadın ərindən, ər isə qadınından soyuyur. Və bir gün sirrin üstü açılır. Təsəvvür edin, yazıq kişi heyrətindən donmuşdu.«Əgər sən
desəydin və şərait yaratsaydın, mən böyük məmnuniyyətlə hər gün axşam ayaqlarımı yuyardım, hələ üstəlik ayaqlarıma ətirli krem də çəkərdim». Sözünüzü vaxtında deyin, acığınızı, hirsinizi, narazılığınızı içinizə salmayın.

Sükut

Yəqin ki, yadınızdadır: sevdiyinizlə, nişanlınızla saatlarla telefonda danışardız: uşaqlığınızdan, hisslərinizdən, özünüzdən, insanlardan, hər şeydən. O da yorulmadan sizə qulaq asardı. Sənə elə gəlirdi ki, sən ondan heç nəyi gizlətməməlisən, çünki o, sənə əzizdir. Kişilərin çoxu danışmağı
xoşlamasalar da, qulaq asmağa tənbəllik etmirlər. Amma indi… Səhərdən axşama kimi ancaq bazar-dükandan, xərcdən-borcdan, uşaqların məktəbindən, işdəki dedi-qodudan danışıb, qonşuların və qohumların dalınca gileylənirsən. Sonra isə uzun bir sükut başlayır. Hərə öz işi ilə məşğuldur, hər kəs öz fikrindədir. Sən hər şeyin dərdini çəkirsən, bəs kişi? Kim zəmanət verə bilər ki, o, ehtiraslı qadın arzusunda deyil?

Hərəkətə keç:
Danışmaq, danışmaq, yenə də danışmaq. Çox xahiş edirik, bunu deyinməklə səhv salmayın. Keçmiş, gözəl günlərdə olduğu kimi, təbiətdən, hisslərdən, sevgidən, ehtirasdan danışın. Özünüzdən danışın, qonşuları, qohumları, qaynananı və baldızı, iş yoldaşlarını bir kənara qoyun. Axşamlar kişini ürəksıxan sükutla baş-başa buraxıb, mətbəxdə itməyin. Yoxsa bir gün gözünüzü açıb, kişisiz qaldığınızı görəcəksiz.

Tənbəllik
Əsl sevgini öldürən tənbəllikdir. Hər bir insan onu çəkən, maraqlandıran obyekti diqqət mərkəzində saxlayıb, onu əldə etməyə, ona çatmağa çalışır. Fərq etməz: bu paltardır, ətirdir, şokoladdır və ya kişi… İstəyinə çatandan sonra insan rahat nəfəs alır, arxayınlaşır. «Onsuz da yanımdadır, hara qaçacaq?». Gəzməyə halım yoxdur, danışmağa həvəsim yoxdur. Kişinin paltarlarını yudum, yoruldum. Bircə axşam olsaydı, yatardım. Çox qadınlar əsl iş vaxtının elə gecə
başladığını deyəsən, yavaş-yavaş unudurlar.

Hərəkətə keç:
Əgər sən görürsən ki, 2 həftədir ayaqlarını sürüyə-sürüyə mətbəxdən yataq otağına keçib, çarpayıya yıxılırsan, 2 aydır ərinlə heç bir kilomert də olsa qoşa yol getməmisən, deməli, kişinin əldən çıxmağına çox az qalıb. Gündəlik iş planına gecə 1-dən sonra nə etməli olduğunu da daxil etsən, pis olmaz. Onsuz da kişilər axşamkı dadlı yeməyə, təmiz sürtülmüş qazanlara və nişastalı köynəyə görə «çox sağ ol» demirlər. Çünki 80% kişilərin fikrincə, ona bəxş olunmuş fantaziya dolu ehtiraslı gecənin yerini heç nə vermir. Əgər «yataq tənbəlliyi»ni aşa bilsəniz, hesab edin, xilas olundunuz.

Kişilərin dözə bilmədiyi qadınlar:
Zəhlələri gedir, əgər qadın...

Özünü elə aparır ki, guya əlçatmazdır və seksdən xoşu gəlmir;
Kişinin vücudunun dilini bilmirsə;
Yataqda kişinin hərəkətlərini idarə etməyə çalışırsa;
Öz bədənini sevib, qulluq etmirsə;
Öpüşməyi xoşlamırsa;
Kişini süni yollarla özünə bağlamağa can atırsa;
Özünü key kimi aparırsa;
Bütün günü pul dərdi çəkirsə;
Başqa kişiləri misal çəkib, nümunə göstərirsə;
Alt və gecə paltarına fikir vermirsə, əlinə keçəni alıb, geyinirsə;
Adamı sona qədər dinləməyi bacarmırsa;
Öz istədiyi yeməyi hazırlayıb, kişinin fikrini nəzərə almırsa;
Qadının öz marağı, hobbisi, sənəti yoxdursa;
Kişini istəmədiyi bir hərəkətə məcbur edirsə;
Qadın kişini bir sözündən başa düşmürsə;
Öz mənliyini, şəxsiyyətini alçaldırsa;
Boş-boş şeylərdən ötrü ağlayırsa;
Özündən başqa hamını günahlandırırsa.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 10774   Tarix: 25 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ən bahalı 10 Yeni il şam ağacı - SİYAHI

Amerikada ənənəvi bir şam ağacının qiyməti orta hesabla 30-150 ABŞ dolları arasında dəyişir. Lakin bəzən bəzi şəhər və müəssisələr Yeni il ağaclarını bəzəmək və nümayiş etdirmək üçün milyonlarla dollar xərcləyirlər. BİG.AZ -a istinadla qiyməti 1 milyon dollardan artıq olan bu 10 ağacı təqdim edir. 10

09.12.2025 569
.

Niyə pəncərə kənarında yatmaq zərərlidir?

Bəzən tam 8 saat yatmaq belə gümrah olmağınıza zəmanət vermir: insan oyananda özünü gücdən düşmüş, başı ağır, sanki ümumiyyətlə dincəlməmiş kimi hiss edir. bununla bağlı məlumatları təqdim edir:. Ən az nəzərə çarpan, amma çox yayılmış səbəblərdən biri yatağın düzgün yerləşdirilməməsidir xüsusilə də

07.12.2025 246
.

Göz sağlamlığı üçün faydalı təbii qidalar

Qeyri-sağlam qidalanma və ekoloji amillər bütün orqanlara, o cümlədən, gözlərin sağlamlığına mənfi təsir göstərir. Son vaxtlar bioaktiv qidalara tələbat olduqca artmaqdadır. Bitki mənşəli bioloji aktivliyə malik həmin məhsullar kapsul, tablet, toz, sirop və digər formada hazırlanır. Ona görə də gözlə

09.12.2025 478
.

Evdə halva bişirmək bədniyyətlikdir? -VİDEO

Azərbaycan mətbəxi öz zənginliyi və ləziz taamları ilə dünyada seçilir. Bu mətbəxin ən sevilən şirniyyatlarından biri isə halvadır. Lakin bəzi insanlar bu şirniyyatı istədiyi zaman bişirə və ən əziz qonaqlarının qarşısına təqdim edə bilmirlər. Buna səbəb isə illərdir halvanın xalq arasında yaranmış inancl

30.11.2025 396
.

Azərbaycanda gəlinə kilolarla qızıl taxdılar - VİDEO

Azərbaycanda keçirilən toy mərasimində gəlinə kilolarla qızıl bağlanması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşılan görüntülərdə gəlinin qollarına və boynuna çox sayda ağır və bahalı zinət əşyalarının taxıldığı görünür. Kadrlarda qızılların çəkisinin çoxluğu səbəbində

07.12.2025 1929
.

Ekrana zərər vermədən televizoru necə təmizləmək olar?

Müasir televizorlar əvvəlki modellər qədər toz çəkməsə də, ekran yenə də gözləniləndən tez çirklənir. Toz yalnız təsvirin keyfiyyətini aşağı salmır, həm də cihazın korpusunun içinə düşdükdə işinə təsir edə və xidmət müddətini azalda bilər. Buna görə ekranın müntəzəm təmizlənməsi vacibdir. Ekranı nə il

07.12.2025 427
.

Həkimlər evə yolladı, süni intellektdən soruşdu - dərhal xəstəxanaya qaçdı

Norveçdə yaşayan 49 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxananın Təcili yardım şöbəsinə müraciət edib. İlkin müayinədən sonra həkimlər onun vəziyyətinin ciddi olmadığını bildirərək mədə turşuluğuna qarşı dərman yazıb evə göndəriblər. Lakin ağrıları səngiməyən xəstənin həyatını bu dəfə süni intellek

07.12.2025 587
.

Dekabrda dörd gün DƏFNƏ YARPAĞI YANDIRIN: Həyatınızın necə dəyişdiyini görün...

Dəfnə yarpağı uğur, sərvət və mənfilikdən qorunma ilə əlaqələndirilir. Dəfnə yarpağı sadəcə kulinariya ədviyyatından daha çox şeydir. BİG.AZ -a istinadla xəbər verir ki, qədim Yunanıstan və Romada dəfnə qaliblərə, şairlərə və hərbi liderlərə şərəf, müdriklik və mənəvi güc əlaməti olaraq tac qoymaq üçü

07.12.2025 588
.

101 yaşlı təqaüdçü idman zalında hər gün iki saat məşq edir

İspaniyada 101 yaşlı təqaüdçü idman zalında hər gün iki saat qantellərlə məşq edir. xəbər verir ki, bu barədə "Daily Mail" yazır. İspaniyanın Bisaina şəhərindən olan İnyaksi Lasa ikinci dünya müharibəsindən, döş xərçəngindən, iki omba sınığından, göz əməliyyatından və COVID-19-dan sağ çıxıb

30.11.2025 412
.

TOP MP3