Qiyamət gününədək qorunan Kitab

Qiyamət gününədək qorunan KitabMənbə: http://zikr.az

      Əzəmətli Quran özündən əvvəlki ilahi kitablar kimi dəyişkənliyə məruz qalmamışdır. Uca Allah Quranı təhrif olunmaqdan qorumuşdur. O buyurur:
"Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq" (əl-Hicr, 9).
Təbəri bu ayənin təfsirində belə demişdir: "Yəni biz Quranı qoruyacağıq ki, onun hökm və fərzlərinə başqa bir şey daxil edilməsin və ya əlavə bir şey artırılmasın".
Uca Allahın Quranı hər bir təhrifdən qoruması ilə bağlı başqa bir ayədə buyurur: "Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir" (Fussilət, 42).
Həmçinin buyurur: "Əlif. Ləm. Ra. Bu, Müdrik, hər şeydən Xəbərdar olan Allah tərəfindən, ayələri təsbit olunmuş, sonra da ətraflı izah edilmiş bir Kitabdır" (Hud, 1).
Başqa bir ayədə isə buyurur: "Cəbrail sənə Quranı nazil etdikdə onu tələmtələsik yadda saxlamaq üçün dilini tərpətmə! Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir" (əl-Qiyamət, 16-17).
Bütün bu ayələr göstərir ki, Allah Quranın həm ayələrini, həm mənasını, nazil olan gündən ta Qiyamət gününədək qoruyur və onda hər hansı bir dəyişkənlik baş verməsinə imkan vermir. O, Quranı Öz Peyğəmbərinə öyrətmiş, sonra onu Peyğəmbərin qəlbində cəm etmiş, sonra onu insanlara bəyan etmiş və onun hədisləri vasitəsilə izah etmişdir. Sonra da əsrlər boyu Quranı əzbərləyəcək və yazıb qoruyacaq adil insanlar yaratmışdır. Beləliklə də, Quran Peyğəmbərə nazil olunduğu kimi həm böyüklər, həm də kiçiklər tərəfindən daim oxunaraq bütün batillərdən qorunmuşdur. Alimlər, Tövrat təhrif olunduğu halda Quranın təhrif oluna bilməməsi barədə danışmışlar. Əbu Amr Əd-Dani, Əbu Həsən əl-Muntəbdən belə rəvayət etmişdir: "Bir gün mən Qazi Əbu İshaq İsmail ibn İshaqın yanında idim. Ondan: "Nə üçün Tövrat əhli (öz kitablarını) təhrif edə bildi, Quran əhli isə yox?" – deyə soruşdular. Qazi dedi: "Uca Allah Tövrat əhli barəsində buyurur: "Din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər" (əl-Maidə, 44).
Onu qoruyub saxlamağı onların özlərinə tapşırdığı üçün təhrif edə bilmişdilər. Quran barəsində isə belə buyurur: "Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq" (əl-Hicr, 9).
Odur ki, onlar Quranı təhrif edə bilməmişlər." Sonra dedi: "Mən Əbu Abdullah əl-Muhamilinin yanına getdim və hekayəni ona söylədim. O dedi: "Mən bundan daha gözəl əhvalat eşitməmişəm."


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2415   Tarix: 05 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir

09.05.2021 2237
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

Uşaq doğulanda adına qurban kəsməyin və ətindən istifadə etməyin qaydası necədir?

Ailədə uşaq doğularkən kəsilən qurbana şəriətdə "əqiqə" deyirlər. Yaxşı olar ki, oğlan uşağından ötrü erkək, qız uşağından ötrü dişi heyvan kəsilsin. Əqiqə qurbanlığını uşağın yeddi günlüyündə kəsmək müstəhəbdir. Əqiqə heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət deyil, yaxşı ola

29.11.2020 4235
.

Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO

Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana "bu firtədir" demək də məqsədəuyğun sayılmır. "81 qram qızıldan artıq imkanı ola

23.05.2020 3532
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732