Yəcuc və Məcuc tayfaları

Yəcuc və Məcuc tayfalarıMənbə: http://zikr.az

Onlar sayları olduqca çox olan bir tayfadır. Heç kəs onlara qarşı mübarizə aparmaq iqtidarında olmayacaqdır. Deyilənə görə, onlar Nuhun övladı Yafəsin nəslindəndirlər. Onlar Qiyamətə yaxın vaxtda çıxacaqlar. Uca Allah buyurur:
"Nəhayət, iki dağ arasına gəlib çatdıqda onların ön tərəfində az qala söz anlamayan bir tayfaya rast gəldi. Onlar dedilər: "Ey Zülqərneyn! Yəcuc və Məcuc tayfaları yer üzündə fitnə-fəsad törədirlər. Bəlkə biz sənə xərac verək, sən də bizimlə onlar arasında bir sədd düzəldəsən?" O dedi: "Rəbbimin mənə əta etdiyi mülk daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd çəkim. Mənə dəmir parçaları gətirin!" Nəhayət, dağın iki yamacı arasını dəmir parçaları ilə doldurduqda: "Körükləyin!"– dedi. Dəmir közərən kimi: "Gətirin mənə, onun üstünə ərimiş mis töküm!"– dedi. Yəcuc və Məcuc tayfaları nə səddin üstünə çıxa bildilər, nə də onu dəlib keçə bildilər. Zülqərneyn dedi: "Bu, Rəbbimdən olan bir mərhəmətdir. Rəbbimin vədi gəldikdə isə onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi həqiqətdir". O gün Yəcuc və Məcuc tayfalarını axışıb bir-birinə qarışmış halda buraxarıq. Sur üfürülən kimi məxluqatın hamısını bir yerə toplayarıq" (əl-Kəhf, 93-99).
Zülqərneyn - hakimiyyəti bütün yer üzünə yayılmış qədim dünyanın ən böyük hökm­darlarından biridir. O, mömin bir insan olmuşdur. Uca Allahın mərhəməti sayə­sində bir müddət insanları Yəcuc və Məcuc qəbiləsinin əlin­dən xilas etmişdi.
Peyğəmbərin zövcəsi Zeynəb bint Cəhş rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər qəfil onun otağına daxil olub: "Allahdan başqa həqiqi tanrı yoxdur! Yaxınlaşmış şərdən dolayı vay ərəblərin halına! Bu gün Yəcuc və Məcuc səddindən bu boyda dəlik açıldı"– dedi və baş barmağı ilə şəhadət barmağını birləşdirərək onları halqa şəklinə saldı." (əl-Buxari, 3346).
Həmçinin, onlar haqqında Peyğəmbər demişdir: "Qiyamət gü­nü Uca Allah: "Ey Adəm!"– deyə buyuracaq.
Adəm deyəcək: "Buyur, hüzurun­dayam və əmrinə müntəzirəm. Xeyir yalnız Sənin Əlindədir!"
Allah buyura­caq: "Cəhənnəmə vasil olacaq kimsələri ayır!" Adəm deyəcək: "Cəhənnəmə vasil olanların sayı nə qədərdir?" Allah buyuracaq: "Hər min nəfərdən doq­quz yüz doxsan doqquzu".
"O zaman uşaqların saç­ları ağaracaq, hamilə qadın bətnindəkini salacaq, insanları sərxoş görə­cəksən, hal­buki onlar sərxoş olmayacaqlar. Ancaq Allahın əzabı çox şid­dətlidir" (əl-Həcc surəsi, 2).
Əs­habələr dedilər: "Ya Rəsulullah, hansımız o bir nəfərlərdən olacaq?"
Pey­ğəm­­bər buyurdu: "Sevinin! Heç şübhəsiz ki, bir nəfər sizdən, doqquz yüz dox­san doqquz nəfər isə Yəcuc və Məcuc tayfaların­dan olacaq."
Sonra da­vam edib dedi: "Canım Əlində olan Allaha and olsun ki, mən sizin Cənnət əh­linin dörddə birini təşkil edəcəyinizə ümid edirəm."
Biz: "Allahu Əkbər"- de­dik.
Peyğəm­bər dedi: "Mən sizin Cənnət əhlinin üçdə birini təşkil edə­cə­yinizə ümid edirəm."
Biz yenə: "Allahu Əkbər"- dedik.
Peyğəm­bər de­di: "Mən sizin Cənnət əhlinin yarısını təşkil edəcəyinizə ümid edirəm."
Biz yenə: "Allahu Əkbər"– dedik. Peyğəm­bər dedi: "O gün siz sayca insanlar arasında, ağ öküzün dərisindəki qara tük və ya qara ökü­zün dərisindəki ağ tük kimi olacaq­sınız." (əl-Buxari, 3348).
"Yəcuc və Məcuc tayfalarından" deyildikdə həm onlar, həm də digər kafirlər, həmçinin "sizdən" deyildikdə həm səhabələr, həm də onlar kimi mömin olan kimsələr nəzərdə tutulur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2684   Tarix: 30 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882
.

Uşaq doğulanda adına qurban kəsməyin və ətindən istifadə etməyin qaydası necədir?

Ailədə uşaq doğularkən kəsilən qurbana şəriətdə "əqiqə" deyirlər. Yaxşı olar ki, oğlan uşağından ötrü erkək, qız uşağından ötrü dişi heyvan kəsilsin. Əqiqə qurbanlığını uşağın yeddi günlüyündə kəsmək müstəhəbdir. Əqiqə heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət deyil, yaxşı ola

29.11.2020 4235
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237
.

Səudiyyə Ərəbistanı builki Həcc ziyarətinin ilkin şərtlərini AÇIQLADI

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bəyan edib ki, builki Həcc ziyarəti "xüsusi şərtlər" altında həyata keçiriləcək. AZƏRTAC-a istinadən bildirir ki, nazirliyin sözçüsü keçirdiyi mətbuat konfransında krallıqda Həcc ziyarətinin təhlükəsiz şəraitdə keçirilməsi üçün Səudiyy

10.05.2021 1956
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146
TOP MP3