Ukraynadan gətrilən kartofda xəstəlik tapıldı

Ukraynadan gətrilən kartofda xəstəlik tapıldıBildiyimiz kimi, Rusiya bu yaxınlarda Ukraynadan kartof idxalına qadağa qoyub. Anoloji addımı Ukraynanın şimal qonşusu olan Belarus da atdı. Hər iki tərəf qadağaya səbəb kimi Ukrayna kartofunda xəstəlik aşkar edildiyini iddia edir. Söz yox ki, burada əslində, siyasi motivlər gizlənir. Hazırda Rusiya ilə Ukrayna arasında münasibətlər gərgin fazadadır.

Ukrayna həm də Belorusdan fərqli olaraq, Rusiyanın qurduğu Avrasiya İqtisadi İttifaqına daxil olmaqdan imtian edib. Görünür, bu addım Rusiyanı qıcıqlandırdığından, Moskva gələn Ukrayna mallarına, o cümlədən kartofa qadağa qoymaq üçün məhsulun xəstə olması bəhanəsini ortaya atıb. Belarus da Moskvanın təzyiqi ilə həmin yolu tutub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyasının müdiri Yaqub İbrahimov qeyd etdi ki, hazırda xaricdən ümumiyyətlə, kartof idxal olunmur. Həmsöhbətimiz Rusiya ilə Belarusun sözügedən addımını isə siyasi motivlərlə əlaqələndirdi: "Hazırda Azərbaycana nəinki Ukraynadan, ümumiyyətlə, digər xarici ölkələrdən də kartof gətirilmir. İkincisi, 3-4 il öncə Türkiyədən Rusiyaya göndərilən pomidorda xəstəlik aşkar olundu və məhsulu geri qaytardılar. Həmin vaxt Türkiyədən ölkəmizə gətirilən pomidorun tərkibini yoxladıq. Hər şey yerində idi. Pomidorun tərkibində insan orqanizmi üçün təhlükəli sayıla biləcək hansısa bir komponentlər tapılmadı. Rusiyadakı həmin hadisə ilə bağlı olaraq, Türkiyə baş naziri Ərdoğan bir həftə sonra Putinlə görüşdü. Bu görüşdən sonra pomidorun tərkibində Rusiya tərəfindən tapılan bütün neqativ nəticələr döndü oldu normal nəticə. İndi Ukrayna ilə Rusiyanın bir-birinə münasibətdə hansı mövqedə olduğu hamıya bəllidir.

Bundan başqa, eyni nöqteyi-nəzərdən yanaşdıqda görərik ki, Belarus və Ermənistanın da Ukrayna ilə münasibətlərində, o cümlədən iqtisadi əlaqələrində də yaxşı məqamları gözləməyə dəyməz. Bu, açıq şəkildə aydındır. Azərbaycana gətirilən kartof isə sərhəddən keçən kimi bizim laboratoriyada yoxlanılır. Burada kartofun tərkibindəki nitratın, zəhərli maddələrin qalıq miqdarı yoxlanılır. Yalnız nəticə veriləndən sonra gətirilən kartofun realizasiyası başlayır. Hazırda isə Azərbaycana heç bir xarici ölkədən kartof gəlmir. Amma bir qədər əvvəl, mart-aprel aylarında Rusiya, Türkiyə, Gürcüstandan kartof gətirilirdi.

Gələn kartof da dediyim kimi dövlət nəzarəti altında olur. Ukraynadan kartof gətirilməsi olsa da, Rusiyanın yoxlayaraq onun tərkibində nə tapmasının və bu haqda nə deməsinin Azərbaycana aidiyyatı yoxdur. Azərbaycan müstəqil, sərbəst dövlətdir. Azərbaycanın müstəqil qanunları var, müstəqil dövlət qurumları var və onlar müstəqil şəkildə qərar qəbul edir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1071   Tarix: 26 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454