Tövbənin fəziləti

Tövbənin fəzilətiMənbə: http://zikr.az

Allahın Peyğəmbəri salləllahu aleyhi və səlləm demişdir: "Sizdən əvvəlki ümmətlərdən bir kişi doxsan doqquz adam öldürdü. Dünyada ən çox bilənin kim olduğunu soruşdu və ona bir rahibi göstərdilər. Onun yanına gəlib belə dedi: "Mən doxsan doqquz adam öldürmüşəm". Həmçinin, soruşdu: "Buna tövbə varmı?" O dedi: "Xeyr!" Həmin adam rahibi də öldürərək bununla sayı yüzə tamamladı. Sonra dünyada ən çox bilənin kim olduğunu soruşdu və ona bir alimi göstərdilər. Onun yanına gəlib yüz adam öldürdüyünü dedi. Həmçinin, soruşdu: "Buna tövbə varmı?" O dedi: "Bəli! Kim tövbə edənlə tövbəsi arasına girə bilər? İnsanların Uca Allaha ibadət etdikləri filan yerə get, onlarla birgə Allaha ibadət elə və öz torpağına qayıtma, çünki ora pis yerdir". O yola düşüb yolun yarısına çatmışdı ki, ölüm onu haqladı. Ona görə rəhmət və əzab mələkləri öz aralarında mübahisə etməli oldular. Rəhmət mələkləri dedilər: "O tövbə edərək qəlbi ilə Uca Allaha tərəf gəlmişdir." Əzab mələkləri isə dedilər: "O həqiqətən heç bir xeyir iş görməmişdir". Onların yanına insan qiyafəsində bir mələk gəldi. Onu öz aralarında hakim təyin etdilər. O dedi: "Bu iki məsafəni (gəldiyi yerdən bura və buradan gedəcəyi yerə qədər) ölçün, hansına yaxın olarsa, ora da aiddir. Ölçdükdə onun gedəcəyi yerə yaxın olduğunu gördülər və onun ruhunu rəhmət mələkləri alıb apardılar". Qatədə Həsənin belə dediyini rəvayət edir: "Bizə deyildiyinə görə: "Bu adama ölüm gəlincə, o, sinəsiylə (həmin tərəfə doğru) sürünmüşdür". Həmçinin, Peyğəmbər salləllahu aleyhi və səlləm demişdir: "Bir dəfə Allahın qullarından biri günah iş gördü və: "Ey Rəbbim, mən günah iş gördüm, məni bağışla!"- dedi. Rəbbi öz dərgahında buyurdu: "Mənim qulum bilir ki, onun günahları bağışlayan və onlara görə cəza verən Rəbbi vardır. Mən onu bağışlayıram". Bu adam Allahın istədiyi qədər (günah işlətmədən) yaşadıqdan sonra yenə günah iş gördü və: "Ey Rəbbim, mən yenə günah iş gördüm, günahımı bağışla!"- dedi. Allah buyurdu: "Mənim qulum bilir ki, onun günahları bağışlayan və onlara görə cəza verən Rəbbi vardır. Mən onu bağışlayıram". Bu adam Allahın istədiyi qədər yaşadıqdan sonra bir daha günah iş gördü və: "Ey Rəbbim, mən yenə günah iş gördüm, günahımı bağışla!"- dedi. Allah buyurdu: "Mənim qulum bilir ki, onun günahları bağışlayan və onlara görə cəza verən Rəbbi vardır. Mən onu üç dəfə bağışladım. (Bundan sonra) istədiyini edə bilər". Yəni insan günahlarına görə hər dəfə Allahdan bağışlanma dilədikdə Allah onu bağışlayır. Başqa bir hədisdə Peyğəmbər demişdir: "İblis Rəbbinə dedi: "İzzətinə və Ucalığına and olsun! Nə qədər ki, Adəm övladlarının ruhları bədənlərindədir, mən onları azdırmaqdan əl çəkməyəcəyəm". Allah buyurdu: "İzzətimə və Ucalığıma and olsun! Nə qədər ki, onlar Məndən bağışlanma diləyəcək, Mən onları bağışlayacağam!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2503   Tarix: 26 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO

Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana "bu firtədir" demək də məqsədəuyğun sayılmır. "81 qram qızıldan artıq imkanı ola

23.05.2020 3532
.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767
.

Azərbaycanda səsgücləndirici ilə azan vermək qadağan edildi? - RƏSMİ AÇIQLAMA

Türkiyə mətbuatında "Azərbaycanda azan qadağan edildi" başlıqlı xəbərlər həqiqəti əks etdirmir. BİG.AZ-ın -a istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Türkiyənin "AA" saytına açıqlama verərkən bildirib. Onun sözlərin

08.10.2019 3062
.

Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı - FOTO

Sabah Ramazan ayının 28-ci günüdür. xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 11-də imsak vaxtı saat 03:44-də, iftar vaxtı isə 20:01-dədir. Mayın 11-i üçün namaz vaxtları:. Sübh azanı 03:54. Zöhr azanı 12:37. Əsr azanı 17:38. Məğrib azanı 20:01. İşa azan

10.05.2021 4070
.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512