Qədərə iman

Qədərə imanMənbə: http://zikr.az

Ərəb dilində qədər sözü miqdar, ölçü, həmçinin təqdir edilən mənasını ifadə edir. Uca Allah öz əzəli elmi ilə hər şeyin ölçüsünü təqdir etmişdir.
Uca Allah buyurur:
«Şübhəsiz ki, biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər ilə) yaratdıq» (əl-Qəmər 49).  

Allah hər şeyi bilir

Uca Allah olmuş və olacaq hər şeyi yaratmamışdan əvvəl bilir. Onun elmi hər şeyi əhatə edir. O buyurur:
«(Rəbbin) onların keçmişini də, gələcəyini də bilir. Onların elmi isə onu əhatə edib qavraya bilməz» (Ta ha 110).
«Göylərdə və yerdə zərrə qədər bir şey ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın» (Səba 3).

Allah hər şeyi yazmışdır

Uca Allah yaratmamışdan öncə hər şeyi "lövhi məhvuz" (qorunan lövhə) adlanan kitabda yazmışdır. Uca Allah buyurur:
"Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır" (əl-Hədid, 22).
Həmçinin, rəvayət edilir ki, Ubədə ibn Samit oğluna belə demişdir: "Ey oğul! Həqiqətən, sənin başına gələn (bir şeyin) səndən yan keçməməli olduğunu və səndən yan keçən (şeylərin) də sənin başına gəlməməli olduğunu bilməyincə, həqiqi imanı dadmazsan. Mən Allah Elçisinin salləllahu aleyhi və səlləm belə buyurdu­ğunu eşitdim: "Allahın ilk yaratdığı şey qələmdir. Allah ona: "Yaz!"- deyə buyurdu. O dedi: "Ey Rəbbim! Nə yazım?" Allah buyurdu: "Qiyamət saatı qopanadək hər bir şeyin qədərini yaz!" O, sözünə davam edərək dedi: "Ey oğul! Mən Allah Elçisinin salləllahu aleyhi və səlləm belə buyurduğunu eşitdim: "Bundan qeyri (etiqad) üzərində ölən məndən deyildir".
Peyğəmbər bu yazının nə zaman baş verdiyini xəbər verərək buyurmuşdur: "Allah göyləri və yeri yaratmamışdan əlli min il əvvəl bütün məxluqatın qədərini yazmışdır. (Bu zaman) Onun Ərşi suyun üzərində idi" (Muslim, 5/ 509).

Qədərə iman nədir?

Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – İslamın və imanın əsaslarına dair məşhur hədisdə Cəbrailin: "Mənə iman haqqında xəbər ver!" – buyruğuna belə cavab vermişdir: "(İman) Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərinə qəti inanmaqdır." Hər bir müsəlman imanın bu altı əsasına yəqinliklə iman gətirmədikcə həqiqi mömin ola bilməz. Qədərin xeyir və şərinə iman gətirmək bu əsaslardan biri hesab olunur. Qədərin xeyir və şərinə iman gətirmək Uca Allahın keçmişdə və gələcəkdə olan hər bir şeyin ölçüsünü, nə vaxt və necə meydana gələcəyini bildiyinə, həmçinin Öz dərgahındakı "lövhi-məhvuz" adlanan kitabda yazdığına, hər bir şeyin yalnız Onun iradəsi ilə var olmasına, yalnız Onun yaradan olmasına iman gətirməkdir.  
Uca Allah buyurur:
«Məgər bilmirsənmi ki, Allah göydə və yerdə olanları bilir? Həqiqətən, bu Yazıda (Lövhi-Məhfuzda) mövcuddur. Şübhəsiz ki, bu Allah üçün asandır!» (əl-Həcc 70).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2372   Tarix: 20 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qəbiristanlığı ziyarət edib qayıdandan sonra evə girməzdən əvvəl əllərin yuyulmasının dinlə əlaqəsi varmı?

Dinimzidə qəbir ziyarətinə getmək, dəfn mərasiminə qatılmaq təkid edilən və bəyənilən əməllərdən sayılır. Çünki bunlar ölümü insana xatırladır və onun öz əməllərinə görə məsuliyyətini artırır. Qəbir ziyarətindən qayıdandan sonra hər hansı ayini yerinə yetirməyə ehtiyac yoxdur. Qəbristanlıqdan qayıtdıqda

04.10.2020 6516
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

Nəyə görə ayaqyoluna sol ayaqla girib sağ ayaqla çıxmaq tövsiyə edilir?

Tibb elmi buna cavab verir. İnsan ayaq yoluna sağ ayağı ilə daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o arxası üstə yerə düşmüş olur. Əgər sol ayaqla daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o üzü üstə ayaq yoluna düşmüş olur. Heç bir müsəlman ayaq yolunda nəcis ola

11.01.2020 5697
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767
.

İran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he

26.09.2020 2436