Heyvanların özlərinəməxsus, maraqlı söhbəti

Heyvanların özlərinəməxsus, maraqlı söhbətioyun, uzunqulaq bir yerdə otlayır, it quyruğunu bulayır, çoban da çomağını yerə dirəyib onlara baxırdı. Bir müddətdən sonra çoban iti çağırır yanına, ona tapşırıq verib gedir.
Çoban uzaqlaşan kimi it başlayır tez-tez ucadan hürməyə ki, qurd-quş qorxudan yaxın gəlməsin. Ham, ham, ham!...

İtin səsi uzunqulağı lap təngə gətirir və o, üzünü qoyuna tutub ucadan deyir:

– Bu da, it kimi hürməkdən başqa bir şey bilmir?
Söz itin xətrinə dəyir.
– Ala, uzunqulaq, gərək bağışlayasan, mən eşşək kimi anqıra bilmirəm! Ham, ham, ham!..
Uzunqulaq isə cavabında deyir:
– Sən hələ düz-əməlli it kimi hürməyi öyrən, sonra danışarıq! İhaha, ihaha, ihaha!...
– Ala get, anqır tayını tap! Bir bunun çuvalına-zadına bax! Gör ipək necə xar olub, sənin kimi eşşəyə çuval olub?! – deyə it uzunqulağı söz atəşinə tutur: – Boş yerə deməyiblər ki, eşşəyə geydirsən məxmərdən yükü, yenə eşşəkdir parıldar tükü! Ham, ham, ham!...
Uzunqulaq itin söz hücumundan az qalır nokauta düşsün, lakin tez özünü əla alır.
– Dünyanın işinə bir bax, özgəyə it hürər, bizə də bazarın tulası! İhaha, ihaha, ihaha!...– deyə uzunqulaq dişlərini ağardır.
Qoyun vəziyyətin gərginləşdiyini görüb deyir:
– Dostlar, bəsdirin də, hər gün bu qədər mübahisə olar? Kim istəyir anqırsın, kim istəyir hürsün, kim də istəyir mənim kimi lap məildəsin, məə, məə, məə!!! ...
Ə qoyun, kəs səsini! İndi qurd eşidər, gələr! – deyə it həyəcanlanır.
– Eşşəyin səsinə gəlmir, mənim səsimə gələcək? – deyə qoyun etirazını bildirir.
– Ağzında eşşək deyirsən, onun anqırtısına kim gələr? – it deyir.
– Nə tez qorxdun, ala, bayaqdan it kimi hürən sən deyildin, belə görürəm ki, qurd gəlsə sən bizdən bərk qaçacaqsan! – uzunqulaq rişxəndlə deyir.
– Ay uzunqulaq, it bizə keşik çəkir, bizi qoruyur, gəl ona hörmətlə yanaşaq! – deyə qoyun eşşəyi ədalətli olmağa çağırır.
– İtə yiyəsinə görə hörmət edərlər! O, bizi havayı yerə qorumur ki, özünü fikirləşir, gözləyir ki, çoban nə vaxt gələcək, yaxşı hürdüyünə görə ona bir tula payı verəcək! – uzunqulaq özünü sındırmır.
– Sən dünyaya eşşək gəlib, eşşək kimi də gedəcəksən, ona görə də səni qınamıram, ancaq bu qoyun, səndən fərqli olaraq heç olmasa qədir-qiymət biləndir! – deyə it qoyunu alqışlayır.
– Ala, buna qoyun deyirsən? Bu, özünü qoyunluğa vurub, dünyanın altın da bilir, üstün də! – deyə uzunqulaq təslim olmaq istəmir.
– Bu qoyun, sənin kimi qanmazlardan min dəfə yaxşıdır, nə deyirsən başa düşür, ancaq, heyf ki, bu yazığın ömrü çox qısa olur, bir az əmələ gələn kimi kəsib yeyəcəklər, – deyə it qoyuna canıyananlıq edir.
Uzunqulaq görür ki, belə getsə onu təkləyəcəklər, tez bu söhbətə son qoymaq üçün deyir:
– Elə yaxşı edib kəsəcəklər, qoyun kimi yaşamaqdansa, – bir az pauza verib itə baxır – it kimi ömür sürməkdənsə yaşamamaq daha yaxşıdır! Birdəfəlik başa düşün ki, yaşamaq üçün, həyatda mənim kimi eşşək və qanmaz olmaq lazımdır! ....– deyə uzunqulaq qələbə ruhunda ürəkdən üç dəfə anqırır: – İhaha, ihaha, ihaha!...

Bu dəm də çoban gəlib çıxır. Heyvanlar tez səslərini kəsirlər, qoyun və uzunqulaq başlarını aşağı salıb yenə sakitcə otlamağa başlayır, it də əvvəlki kimi quyruğun bulayır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5409   Tarix: 19 aprel 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121