İradə: "Onun gedişi bu sevgini zərrə qədər də azaltmayacaq"

İradə: "Onun gedişi bu sevgini zərrə qədər də azaltmayacaq"Xəbər verdiyimiz kimi, müğənni İradə İbrahimovanın qayınatası Sədri İzer dünyasını dəyişib.

Sənətçi İnstaqram səhifəsində qayınatasının dəfn mərasimindən yazıb:

"Qayınatamın itkisi ailə üzvlərimizlə yanaşı, ətrafımızdakı yüzlərlə insanı da sarsıtdı. Bizə gələn sonsuz sayda başsağlığı üçün minnətdaram. Allahın dərgahına qovuşan hər bir kəsin yeri cənnət olsun. Bu gün Türkiyənin nüfuzlu "Hürriyət" qəzeti qayınatamın ölümündən yazdı. Onlarla insan Sədri bəyin vətəni Azərbaycandan, eyni zamanda Bolqarıstandan, Moskvadan onun dəfn mərasimində iştirak etmək üçün Türkiyəyə gəldi. Onun ölüm xəbərini paylaşmaq nə qədər acı olsa da, bizdən çox uzaqda olan insanlara bunu çatdırmaq üçün sosial şəbəkə bir vasitə oldu. Sevgi paylaşdıqca çoxaldığı kimi, kədər də paylaşdıqca yüngülləşir. Sədri bəyin əzizlərinin qəlbində ona böyük sevgi var. Cismani gediş bu sevgini zərrə qədər də azaltmayacaq. Yerin cənnət olsun!".

Qeyd edək ki, İ.İbrahimova türkiyəli iş adamı Ceyhun İzərlə ailə həyatı qurub. Sənətçi hazırda Türkiyədə yaşayır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 3656   Tarix: 20 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040