İslamı qəbul etmiş məşhurlar - SİYAHI

İslamı qəbul etmiş məşhurlar - SİYAHIMüasir dünyada insanların dinini dəyişməsi halları yeni tendensiya kimi geniş yayılıb. Zaman-zaman İslam dininin daşıdığı humanist ideyalar başqa dinə qulluq edən məşhurların diqqətini cəlb edir. Müsəlman olmaq üçün uzun prosedur keçmək də lazım deyil. Sadəcə iki müsəlman şahidin yanında kəlmeyi-şəhadəti deməklə insan müsəlman sayılır.

BiG.AZ Modern.az saytına istinaden İslamı qəbul etmiş dünya məşhurlarından bir neçəsinin adını təqdim edir.

Məşhur Hollivud rejissoru Oliver Stounun 27 yaşlı oğlu Şon Stoun yaxınlarda İslamı qəbul etdiyini açıqlamışdı. Şon Stoun İslamın şiəlik qoluna mənsubdur. Maraqlıdır ki, Şon Stounun 1986-cı ildə "Tağım" filminə görə "Oskar" mükafatı qazanan atası, rejissor Oliver Stoun yəhudi, anası isə xristiandır.
"İslamı qəbul etmək xristinalıq, yaxud iudaizmdən uzaqlaşmaq deyil. Mən bu dinlərlə doğulmuşam. Bu o deməkdir ki, mən (s) Məhəmmədi və digər peyğəmbərləri qəbul edirəm.

Mən məscidə daxil olanda özümü yaxşı hiss edirəm. Mən inanıram ki, Allah təkdir və bu nöqteyi-nəzərdən müsəlman, xristian, yaxud yəhudi olmağın vacib deyil", – deyə özünə Əli adını götürən Şon Stoun müsahibəsində bildirib.

Kassius Marsellus Kley dünya boks tarixinin ən məşhur nümayəndələrindən sayılır. Onu anadan olduğu Kassius Kley yox, İslamı qəbul etdikdən sonra özünə götürdüyü Məhəmməd Əli adı ilə tanıyırlar. 1964-cü ildə 22 yaşlı Kassius Kley dünya çempionu adını qazanıb. Bir həftə sonra isə İslama tapınaraq, Məhəmməd Əli adını qəbul edib. Bundan əlavə, Məhəmməd Əli Amerika qaradərililərinin yaratdığı "İslam milləti" təşkilatının ən sadiq üzvlərindən biri olub. Məhz həmin təşkilatın sədri Malkolm İks onun müsəlman olmasında və əcdadlarına ağdərili quldarlar tərəfindən verilən soyadından imtina edərək Məhəmməd Əli adını qəbul etməsinə səbəbkar olur.

Fransa millisinin və "Bavariya" futbol klubunun yarımmüdafiəçisi Frank Riberi də xristianlıqdan İslama gələnlər arasındadır. Öz uşaqlıq sevgisi olan əlcəzairli Vahibə Belhami ilə evlənmək üçün bu addımı atıb. Katolik məzhəbinə qulluq edən fransız futbolçu Bilal adını qəbul edib. İslam dininin bütün ayinlərini icra edən Riberi dindar müsəlman kimi tanınır. 2006-cı ildə Vahibə Belhami ilə ailə həyatı quran ulduz futbolçunun ailəsində Hizyə və Şahinəz adlı iki qızı və Seyf-əl İslam adında oğul övladı böyüyür.

Dünya boks tarixinin ən qalmaqallı və istedadlı nümayəndələrindən olan Mayk Tayson da müsəlmandır. 1992-ci ildə zorlama maddəsi ilə 3 il müddətinə həbsxanaya salınan Tayson oradakı məhbus müsəlmanların sayəsində İslam dini ilə tanış olub və tezliklə dindar müsəlmana çevrilib. Tayson özünə Malik Əbdül Əziz adını götürüb. 2010-cu ildə 44 yaşlı Mayk Tayson öz çoxdankı arzusunu yerinə yetirib və Həcc ziyarətinə gedib. Əfsanəvi boksçu ziyarətlə bağlı Twitter səhifəsində bunları yazıb: "Mən müqəddəs Məkkə şəhərindəki ziyarətimi başa çatdırdım. İnanıram ki. Allah mənə haqq yolunu göstərməkdə davam edəcək".

Böyük Britaniyanın tanınmış müğənnisi və multi instrumtalisti Ket Stivensin İslamı qəbul etmə səbəbi isə çox maraqlıdır. Belə ki, gənc müğənni Kaliforniyanın Malibu sahillərində çimərkən burulğana düşür. Yaşamaq üçün mübarizə apardığı anda özünə söz verir ki, sağ qalsa ömrünün qalan hissəsini Allaha ibadətə sərf edəcək. Hadisədən sonra 2 il ərzində əslən yunan olan pravolsav Ket Stivens inanacağı dini axtarır. 1978-ci ildə o, Qurani-Kərimlə tanış olur və İslamı qəbul edir. Hazırda 66 yaşlı Ket Stivens müsəlman kimi qəbul etdiyi Yusif İslam adı ilə müğənni karyerasına davam edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5018   Tarix: 18 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925