24 saatda bədən necə çalışır?

24 saatda bədən necə çalışır?

06.00
Kortizon ifraz etməsiylə orqanizm oyanır. Bu oyanma bədən üçün özünü yavaşca qalxmağa hazırlama işarəsidir. Maddələr mübadiləsi hərəkətlənir, günün işləri üçün enerji və zülal xidmətə hazır olur

07.00
Bədən hələ zəif. İdman etməkdən qaçının. Ürəyə və dövrana gərəksiz yüklənərsiniz. İdman yerinə nahar edin, həzm bu saatda mükəmməl çalışır

08.00
Libidonun ən yüksək olduğu saat. Çox miqdarda hormon ifraz olunur. Siqaret narkomanları üçün də vəziyyət eyni. Nahar siqareti damarları hər zamankindən daha çox çox daraldır.

09.00
Bədənin dinc, qüvvətli olduğu saat. Hər hansı bir xəstəlik üçün iynə olacaqsınızsa bu ən doğru zaman. İynənin atəş və şişmə kimi yan təsirləri nadir olaraq görülür, bədən rentgen şüalarına qarşı daha müqavimətli olur.

10.00
Orqanizmin özünə gəlmə, 'mən burdayım' dəmə saatı. Çox enerjili, bədən ən yüksək istilik səviyyəsində. Məhsuldarlığımız da elə. 'Qısa müddət yaddaşı' yaxşı vəziyyətdə. Bir əhəmiyyətli detal: 10.00 ilə 12.00 arası enfarktüs hadisələrinə sıx rast gəlinir.

11.00
Bədənin tam formasında olduğu, məhsuldar olmağa proqramlı bir saat. Ürək və dövran o qədər gümrah ki edilən müayinələrdə ürəkdəki bir pozuqluq gözdən qaça bilər. Hazırcavablıq tavan edər, xüsusilə hesab işləri, riyaziyyat tapşırıqları rahat və yaxşı bir şəkildə, çətinlik çəkmədən həll edilər.

12.00
İstirahət etmə saatı. Diqqət azalır və insanı yuxu basır. Mədədəki turşu miqdarı çoxalıb, beyindəki qan axını azalır. Çünki qan həzm orqanlarını dəstəkləməsi üçün mədə tərəfindən istifadə edilir. Günorta yuxusu yata bilən kəslərdə statistikalara görə enfarktüse 0 nisbətində az rast gəlinir.

13.00
Bədən formadan düşür. Məhsuldarlıq gün ortalamasının aşağısına enir. Bütün orqanlar ən alt səviyyədə çalışır, yalnız öd günorta yeməyini həzm etmə fəaliyyəti göstərir.

14.00Əldən düşmüş olarıq. Çünki təzyiq və hormon səviyyəsi düşür. Diş həkimindən qorxanlar üçün ən uyğun görüş saatı. Çünki bu saatda acı az hiss edilir. Lokal anestezi uzun müddət davam edir (30 dk.)

15.00
Enerji geri gəlir, yaddaş tam formasında. İkinci məhsuldarlıq dövrü başlayır amma səhərkindən az.

16.00
İdman üçün ən yaxşı saat. Təzyiq və dövran çox yaxşı vəziyyətdə.

17.00
Orqanların fəaliyyəti üst səviyyəyə çıxır. Qüvvət artır, oksigen xərclənir, böyrəklər və mesane çox çalışır. Dırnaqlar və saçın ən tez uzandığı zaman. Mədədəki turşu miqdarı çoxalır. 17.00 'yə doğru mədə qanaması keçirmə riski artır.

18.00
Axşam yeməyi üçün ideal saat. Pankreas bu saatda xüsusilə aktiv.

19.00
Qan təzyiqi və nəbz tənbəlləşir. Bu səbəblə qan təzyiqi salan dərmanlayara diqqət, təhlükəli ola bilirlər. Antidepresanların təsiri də bu saatda daha çox.

20.00
Qaraciyərdəki yağ səviyyəsi düşür və çirkli qan ürəyə hər zamankindən daha çox axır. Allergiyası olanlar və astımlılar dərmanlarını bu saatda götürməli. Təsiri dərhal görülür. Antibiotiklər də az dozada alınsa belə təsirləri ən üst səviyyədə olur.

21.00
Həzm orqanlarının gündəlik vəzifəsi sona çatır. Gələn hər şey mədədə səhərə qədər həzm edilmədən qalır və bu çox təhlükəli. Qalan yeməklər bağırsaq sahəsindəki mukozaya hücum edir.

22.00
Bədənin polisi ağ qan hüceyrələri aktiv hala gəlir. Siqaret çəkənlər diqqət! Bu saatdan sonra bədən nikotin kimi zəhərləri çox çətin atır.

23.00
Orqanizm gün boyunca aktiv fəaliyyət göstərən stress hormonunun ifraz etməsini dayandırır. Sakitləşib, rahatlayırıq.

24.00
Yatarkən dəri hüceyrələri dayanmadan çalışır, gündüz olduğundan daha sıx bölünür. İlk yuxu mərhələsi, yarım saat içində yuxu görməyə başlayırıq...

01.00
Səmərə ən alt səviyyədə. Bu saatda çalışanlar səhv edə bilir, diqqət azalır, çünki bədən özünü yatmağa proqramlaşdırır.

02.00
Avtomobil istifadə edənlər diqqət: Görmə zəifləyir, reaksiyalar yavaşlayır, qəzalar bu saatda çox olur

03.00
Bədənin də ruhun da ən qaranlıq mərhələsi. Melatonin hormonunun ifraz olunması tənbəl və qərarsız edir. İntihar edənlərin sayı çoxalır.

04.00
Stress hormonundan enerji qazanırıq. Enfarktüs böhranları saat 04.00 ilə 06.00 arasında çox olur; çünki qan təzyiqi olduqca yüksəlib, damarlar gərilir. Doğum etmə ehtimalının ən yüksək saatı

05.00
Stress hormonu bizi fəaliyyətə keçirir və gündüz dəyərinin tam 6 qatına çıxır. Bədənimiz hərəkətə keçir itən enerji yenidən geri gəlir. Gəlsin, yeni bir gün başlayır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4928   Tarix: 15 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960