Bakıdan Ukraynaya gedən qatarlarda dəyişiklik

Bakıdan Ukraynaya gedən qatarlarda dəyişiklik2014-2015-ci illər üçün hərəkət cədvəlinə keçidlə bağlı, 1 iyun 2014-cü ildən etibarən "Azərbaycan Dəmir Yolları" QSC-nin respublikadan kənara hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəlində bəzi dəyişikliklər ediləcək.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, 55/56 və 95/96 saylı Bakı-Moskva sürət qatarlarının yola düşmə, çatma vaxtları və Bakıdan yola düşmə günləri dəyişdirilir. 55/56 saylı Bakı-Moskva-Bakı sürət qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nə məxsus heyətlə Bakıdan həftənin IV günləri və 95/96 saylı Moskva-Bakı-Moskva sürət qatarı "Rusiya Dəmir Yolları" ASC-yə məxsus heyətlə Bakıdan həftənin II və VI günləri saat 0.30-da yola düşəcəklər.

Qatar Moskvaya saat 4.15-də çatacaq və saat 20.20-də Moskvadan yola düşəcək. 55/56 №-li Bakı-Moskva-Bakı sürət qatarı Bakıya çatma vaxtı həftənin II günləri saat 6.00-da, 95/96 saylı Bakı-Moskva sürət qatarı isə qatar həftənin I və V günlərin saat 6.00-da çatacaq.

369/370 saylı Bakı-Xarkov sərnişin qatarı ("ADY" QSC) qatarı ayın tarixləri ilə saat 21.50-də Bakıdan yola düşəcək, Bakıya isə saat 3.50-də çatacaq. Hər iki istiqamətdə müvəqqəti olaraq 369/370 Bakı-Xarkov-Bakı sərnişin qatarının marşrutu dəyişdirilib.

Bununla əlaqədar olaraq, ləğv olunanadək Qorlovka, Konstantinovka, Kramatorsk, Slavyanskiy Kurort, Krasnıy Liman, Bukino stansiyalarına bilet satışı dayandırılır. Bilet satışı İlovaysk stansiyasından sonra yalnız Xarkov-sərnişin stansiyasına aparılacaq.

373/374 saylı Bakı-Tümen sərnişin qatarının ("Rusiya Dəmir Yolları" ASC) hərəkəti günaşırı öz hərəkət cədvəli və sxemi üzrə saxlanılır.

Qatarın tərkibində qoşma Çelyabinsk-Bakı, Ufa-Bakı, Samara-Bakı, Saratov-Bakı vaqonlar yeni trafaretlə hərəkət edəcəklər. Novosibirsk -Bakı birbaşa vaqonu il boyu, günaşırı təyin olunur. Yay mövsümündə yeni Orenburq-Bakı birbaşa vaqonu təyin olunur. 373/374 saylı Bakı-Tümen qatarının marşrutunda dəyişiklik ediləcək. Bununla əlaqədar olaraq Volsk, Balakovo, Puqaçovsk stansiyalarına bilet satışını bağlanacaq və əvəzində Kulatka, Vozrojdeniye, Sızran-şəhər stansiyalarına bilet satışını təşkil ediləcək.

391/392 saylı Bakı-Rostov sərnişin qatarı ("Rusiya Dəmir Yolları" ASC) ayın tarixləri ilə saat 21.50-də Bakıdan yola düşəcək, saat 3.50-də Bakıya çatacaq.
38/37 saylı Bakı-Tbilisi sərnişin qatarı ("ADY" QSC) öz hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcək.

Yerli qatarlarda da dəyişiklik olacaq. 98/97 №-li Bakı-Ağstafa-Qazax qatarı saat 22.45-də (22.05 əvəzinə) Bakıdan yola düşəcək və saat 10.25-də (9.40 əvəzinə) Qazaxa çatacaq. Qatar saat 18.35-də (19.05 əvəzinə) Qazaxdan yola düşəcək və saat 7.10-da (7.25 əvəzinə) Bakıya çatacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2059   Tarix: 27 may 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İllərdir qəbul olunan, lakin işləməyən qanunlar... - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Qanunvericilikdə elə qanunlar varki, illərdir qəbul olunsada kağız üzərindədir. Yəni faktiki olaraq işləmir. Məsələn, qanunvericilikdə illərdir qəbul olunan qanuna görə, küçəyə zibil atamağa görə vətəndaş cərimələnməlidir. Ancaq illərdir qanun qəbul olunsada, faktiki olaraq işləmir. Yəni bu gün küçəy

12:13 231
.

Pakistanda 5,2 bal gücündə zəlzələ baş verib

Pakistanın Bəlucistan əyalətində 5,2 bal gücündə zəlzələ baş verib. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, Geo News-un Pakistan Meteorologiya Departamentinə istinadən verdiyi məlumata görə, episentri Bəlucistan əyalətinin Sommiani bölgəsində 5,2 bal gücündə zəlzələ qeydə alınıb. 12 kilometr dərinlikd

16:31 110
.

Tayland və Kamboca arasında şiddətli döyüşlər davam edir

Tayland və Kamboca arasında döyüşlər davam edir. BİG.AZ Sky News-a istinadən xəbər verir ki, Tayland ilə Kamboca orduları arasında sərhəd boyunca atışmalar və döyüşlər artıq ikinci həftəyə daxil olub. Əsas səbəb uzun müddətdir davam edən sərhəd mübahisəsidir ki, bu da hər iki tərəfi silahlı qarşıdurmay

17:04 116
.

Fərdi heyvandarlığın payı azalır, bazarda qiymətlər bahalaşır

"Ət qiymətlərinin bahalaşmasının əsas səbəbləri dəyişməyib. Hazırda saxlanılan heyvanların sayı azalmaqdadır. Son 10 ildə xırdabuynuzlu heyvanların sayı 25%-dən çox azalıb, son ildə isə iribuynuzlu heyvanların sayı da azalıb". Bunu BİG.AZ-a açıqlamasında iqtisadçı Xalid Kərimov bildirib. O

15:13 145
.

Rüşvət verib "sertifikatlar" alan plastik cərrahlar - Üzərində "ölüm işi" olan da var

Xəbər verdiyimiz kimi, rüşvət müqabilində plastik cərrahiyəyə icazə verilməsi işi üzrə məhkəmə istintaqına start verilib. Qanunsuz tibbi fəaliyyətə şərait yaratmaqda ittiham olunan Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin keçmiş müdiri Səidə Rüstəmova, həmin şöbənin baş mütəxəssis-böyü

14:35 288
.

Kallas: Ermənistan seçkilərinə xarici müdaxilə riski realdır

"Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib ki, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri dekabrın 15-də keçiriləcək iclasda Ermənistanı müzakirə edəcəklər". Bunu -a açıqlamasında politolo

12:24 179
.

Bu dəfə tikinti şirkətlərindən şikayət etdi

"Bazarda meyvə-tərəvəz satanlar endirim etmirlər, məhsul xarab olur, zibilə atırlar. Niyə? Öz çıxarışlı (kupçalı) evini satmaq istəyəndə sata bilmirsən, amma yeni tikililərdə müqavilə ilə satılan, hər gün qiyməti artan 100 kv/m-lik evi 130 kv adı ilə gedib alırsınız. 1-2 ildən sonra da çıxarış aland

11:38 295
.

Naxçıvanda SİLSİLƏ ƏMƏLİYYATLAR: 85 nəfər tutuldu

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən son 1 ay ərzində muxtar respublikanın ayrı-ayrı şəhər, rayon və qəsəbələrində vətəndaş məmnunluğunun təmin edilməsi, cinayətkarlığın qarşının alınması və baş vermiş digər hüquqazidd əməllər törədən şəxslərin saxlanılara

19:00 1
.

Həmin atışmada yaralanan ikinci avtoritet də öldü

11 noyabrda Qondarma "Abxaziya Respublikası"nın Suxumi şəhərində baş vermiş atışma nəticəsində yaralanan ikinci şəxs Moskva klinikasında vəfat edib. xarici mediaya istinadla bildirir ki, Suxumi sakini olan 45 yaşlı avtoritet Almas Kvitsiniya ağır kəllə-beyin travması alıb. O, müalicə üçün Rusiyay

19:15 1
.

TOP MP3