Azərbaycanda çoxuşaqlı ailələrin statistikası

Azərbaycanda çoxuşaqlı ailələrin statistikasıAvropada hər doğulan uşağa görə dövlət valideynlərə güzəşt və imtiyazlar verir, bəs bizdə?

Araşdırma və təhlillər göstərir ki, müstəqillik illərində Azərbaycanda çoxuşaqlı ailələrə dövlət dəstəyi olmadığından onların sayı kəskin şəkildə azalıb.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 1999-cu ilin əhalinin siyahıyaalınması zamanı 1 uşaqlı ailələrin sayı 288 200 (22,5%), 2 uşaqlı ailələr 450 700 (35,3%), 3 uşaqlı ailələr 326 200 (25,5%), 4 və daha çox uşaqlı ailələr 213 900 (16,7%) olub.

2009-cu ildə əhalinin siyahıyaalınması zamanı göstəricilər belə olub: 1 uşaqlı ailələr 396 000 (30,1%), 2 uşaqlı ailələr 529 000 (40,3%), 3 uşaqlı ailələr 261 900 (19,9%), 4 və daha çox uşaqlı ailələr 126 700 (9,7%).

Rəqəmlərdən də bəlli olur ki, 1 və 2 uşaqlı ailələrin sayı artıb, 4 və daha çox uşaqlı ailələrin sayı isə azalıb. Ekspertlər deyirlər ki, bu tendensiya davam edərsə, növbəti əhalinin siyahıyaalınmasında fərq bir qədər də dərinləşəcək.

Bir çox Avropa ölkələrində çoxuşaqlı ailələrə xüsusi status, əlavə güzəşt və imtiyazlar verilir.

Azərbaycanda isə çoxuşaqlı ailələrə dövlət tərəfindən güzəşt və imtiyazlar yoxdur.

Azərbaycanda 5-dən çox uşağı olan analara müavinətlərin verilməsini nəzərdə tutan "Sosial müavinətlər haqqında" qanun layihəsinin qəbulu gözlənilsə də, Milli Məclis bu yaxınlarda sənədi plenar iclasda müzakirəyə çıxarmaqdan imtina etdi. Buna əsas səbəb kimi isə hazırda ölkədə çoxuşaqlı ailələrin sayının az olması göstərilir.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi çoxuşaqlı ailələrin sayının artırılması, "Qəhrəman ana" statusunun bərpa olunması üçün layihə işləyərək, dövlət idarələrinə və Milli Məclisə təqdim etmişdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3025   Tarix: 18 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121