Qəhvə haqqında nə bilirik?

Qəhvə haqqında nə bilirik?Qəhvə dünyada ən geniş yayılmış içkilərdən biridir. Müxtəlif yerlərdə və müxtəlif şəraitlərdə, səhər, yataqdan duranda, işdə, kafedə, işguzar görüşlərdə qəhvə içmək əksər insanlar tərəfindən vərdişə çevrilib. Hazırda bu içkinin bir çox növləri və hazırlanma qaydaları var.

Əvvəlcə qəhvənin tarixinə nəzər yetirək. Hesab edilir ki, insanlar ilk dəfə qəhvəni 3000 il bundan əvvəl içməyə başlayıblar. Qəhvə ağacının meyvələrini içmək fikrinə düşmək insanlar üçün o qədər də asan olmayıb, çünki kal vəziyyətdə bu meyvələr çox dadsız və acı olur. Bu səbəbdən qəhvədən içki kimi istifadə edənədək çox uzun zamanlar keçib.

Qəhvənin vətəni Efiopiya sayılır. Köçərilər buradan onu Yəmənə gətiriblər və beləliklə də bu bitki becərilməyə başlanıb.

Əvvəllər insanlar qəhvə ağacının yarpaq və dənələrini yalnız çeynəyiblər, bu da onlara gün ərzində gumrah qalmağa kömək edib.

İlk dəfə qəhvə dənələrini qovuranın kim olduğunu bilmək mümkün olmasa da belə bir fərziyyə var ki, qəhvə kollarının yandırılmasından sonra insanlar küldə bütov qalmış, lakin qovrulmuş dənələr tapıblar.

Qəhvə on yeddinci əsrin əvvəllərində Avropada ilk olaraq İngiltərəyə, sonra isə Fransaya gətirilib. Buraya qəhvəni Asiya ölkələrindən gələn səyahətçilər gətiriblər. Qəhvənin Rusyaya gətirilmə tarixi isə 1665-ci ilə təsadüf edir.

1901-ci ildə Yaponiya mühaciri-amerikalı kimyaçı Satori Kato həll olunan qəhvə icad edib. Bu qəhvə bir çox insanların zövqünü oxşayıb və bütün dünyada böyük populyarlıq qazanıb.

Maraqlıdır, bəs qəhvə insan sağlamlığına necə təsir edir?

Qəhvənin insan sağlamlığına təsiri haqda müxtəlif fikirlər mövcuddur. Bəziləri onu faydalı, digərləri isə əksinə ziyanlı hesab edir.

Son araşdırmalara görə qəhvənin tərkibində olan kofein beyinə müsbət təsir göstərir, yaddaşı və diqqəti yaxşılaşdırır.

Alimlər özəlliklə müəyyən ediblər ki, kofein beyinin qısa müddətli yaddaşa cavabdeh olan alın payında baş verən biokimyəvi prosesləri aktivləşdirir.

Qəhvənin uzun müddət içilməsi isə qocalıq kəmağıllığını inkişaf etmə riskini azaldır.

Bundan əlavə, qəhvənin içilməsi xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır və bununla onkoloji xəstəliklərin təhlükəsini azaldır.

Həmçinin müəyyən edilib ki, əgər insan gündə heç olmasa bir fincan qəhvə içsə, onda qaraciyər sirrozunun əmələ gəlmə ehtimalı 20 faiz azalar. Alimlər keçirdikləri tədqiqatlardan belə nəticəyə gəliblər ki, qəhvə hətta şəkərli diabetin yaranması təhlükəsini də azaldır.

O cümlədən qəhvənin sidikqovucu vasitə olduğu da məlumdur. Bütün bunlarla yanaşı əlbəttə ki, hamımız qəhvənin gumrahlıq mənbəyi olduğunu bilirik və hansısa səbəblərdən yuxusuz qalmaq məcburiyyəti qarşısında qalanda bu qəhvədən istifadə edirik.

Lakin bir fikir də mövcuddur və heç də əsasız deyil ki, qəhvə insanın ürək-damar sistemi üçün ziyanlıdır. Həqiqətən kofein arterial təzyiqi artırır və ürək döyünməni sürətləndirir. Bu səbəbdən qəhvə adətən hipertoniklərə zərərdir. O, həzm sisteminə də təsir göstərir, yüksək miqdarda mədə şirəsinin ayrılmasına səbəb olur, bu isə qastrit və mədə xorası zamanı zərərli ola bilər.

Beləliklə, əgər insanda qəhvə içməyə görə heç bir əks göstəriş yoxdursa, bu içki ona nəinki ziyanlı deyil, hətta faydalıdır.

Qəhvə haqda bir neçə faydalı məsləhəti də yadda saxlamaq gərəkli olardı.

Qəhvə germetik qabda saxlanılmalıdır. Əks təqdirdə o öz dad xüsusiyyətlərini itirir. Qəhvəni paketdə almısınızsa, yaxşı olar ki, onu dərhal kip bağlanan bankaya tökəsiniz.

Qəhvəni plastik qablarda saxlamaq olmaz, yalnız tənəkə və şüşə qablarda saxlayın.

Qəhvəni birbaşa dəmləməkdən əvvəl qovurmaq və üyütmək lazımdır, çünki saxlanma zamanı qəhvə tədricən dad və ətrini itirir.

Qəhvə dəmləmək üçün bir çox üsullar mövcuddur, lakin bütün hallarda qab yaxşı yuyulmalıdır. Qəhvənin dəmlənməsi üçün istifadə olunan qab başqa məqsədlərlə istifadə olunmamalıdır.

Dəmləmə zamanı içkini qaynama həddinə çatdırmaq və xüsusən də qaynatmaq olmaz. Köpük qalxandan dərhal sonra qəhvədanı ocaqdan götürmək lazımdır.

Qəhvənin dadının yaxşılaşdırılması üçün ona bir çimdik duz əlavə etmək olar. Qəhvə adətən ilıq deyil, ya çox isti, ya da soyuq içilir.

Bu içkiyə qarşı orqanizminizdə əks göstəriş yoxdursa acı qəhvəni süfrənizə gətirin ki, söhbətiniz şirin olsun.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2460   Tarix: 15 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185