Kainat haqqında düşüncələr

Kainat haqqında düşüncələrMənbə: http://zikr.az

Uca Allah insana ağıl verməklə onu bir çox məxluqlardan üstün etmişdir. İnsanların əksəriyyəti həyatın məqsədini təyin etmək üçün öz ağıllarından istifadə etmirlər. Onlar heyvani instinktlərini tərcih edir və ölmək üçün yaşayırlar. Lakin elə insanlar vardır ki, onlar həyatın məqsədi barəsində düşünərək iman əldə edirlər. Bu, onların həyatını tamamilə dəyişir. Bunlardan hansı doğru yoldadır? Bunu bilmək üçün sadəcə insan həyatının məqsədi və ətrafda baş verənlər barəsində düşünmək kifayətdir. Bu düşüncələr bizi kainatı yaradan və insanı yer üzərinin canişini təyin edən Allahın var olması düşüncəsinə gətirib çıxaracaqdır. Lakin, məgər Allah insanları Öz qayğısından və mərhəmətindən məhrum etmişdir? Əlbəttə, xeyr. Deməli Allah insanları doğru yoldan da məhrum etməmişdir. Buna baxmayaraq biz bəzi insanların xeyir əməllər, bəzilərinin isə şərr əməllər etdiyini görürük. Belə bir nəticəyə gəlmək olar ki, bəziləri mükafat, bəziləri isə cəza almalıdır. Lakin biz günahkar və zülmkarların dünyadan köçüb gedənədək layiq olduqları cəzanı almadıqlarının, xeyirxahların isə həyatlarını məşəqqət və məhrumiyyət içində keçirmələrinin şahidi oluruq. Necə olur ki, kainatı yaradan yenilməz qüvvət Sahibi günahkarların tüğyan etmələrinə icazə verir. Əgər Yaradan olmasaydı, bunu izah etmək olardı. Lakin hər bir şeyin, hətta ən xırda şeylərin belə yaradanı vardır. Ola bilməz ki, böyük və mükəmməl bir kainat öz-özünə yaransın. Sözsüz ki, onu yaradan mərhəmətli olmalıdır, çünki O, öz məxluqlarına böyük nemətlər bəxş etmişdir. O, həm də müdrik olmalıdır, çünki O, hər şeyi layiq olduğu yerə qoymuşdur. O, həm də qüvvətli olmalıdır, çünki O, nəhəng planetləri və ulduzları yaratmışdır. O, hər şeyi görən olmalıdır, çünki O, hər an kainatdakı məxluqlarından hər birinə qayğı göstərir. O, her şeyi eşidən olmalıdır, çünki O, bəndələrinin çağrışlarına cavab verir. Bəs elə isə O, nə üçün günahkarların firavan yaşamasına, xeyirxahların isə ehtiyac və məhrumiyyətlər içində ömür sürmələrinə icazə verir, illər boyu qayğı göstərdiyi məxluqlarını öldürür və Ona ibadət edən insanlara bəlalar göndərir, Onun lütfkarlığına qarşı nankorluq edənlərə isə nemətlər bəxş edir?
Bu suallara cavab tapmaq üçün Uca Allah insanlara öz elçilərini göndərmişdir. Onlar Allahın bəndələrinə Axirət həyatında xeyirxahların cənnət bağlarında yer tutacaqları və günahkarların cəhənnəm odunun əzabını dadacaqları barəsində xəbər vermişlər.
Dünyadakı bəlalara gəlincə, bu, hər bir insanın başına gəlir. Bununla, xeyirxah olanlar imanlarını və sədaqətlərini sübüt edir.
Əgər insan Allaha və Axirət gününə iman gətirərsə, onun cavabını tapa bilməyəcəyi bir sualı qalmaz. Yox, əgər o, iman gətirməkdən imtina edərsə, onun həyatı məşəqqətli və mənasız olar. Əgər onun bir az ağlı olarsa, o, bütün həyatını şübhələr və narahatlıq içində vurnuxaraq keçirər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 4731   Tarix: 12 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146
.

Din xadimləri dünya ictimaiyyətinə müraciət etdi

Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsi məlumat verib. Müraciət mətnində deyilir:. "Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrini

24.07.2020 2475
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Azərbaycanda səsgücləndirici ilə azan vermək qadağan edildi? - RƏSMİ AÇIQLAMA

Türkiyə mətbuatında "Azərbaycanda azan qadağan edildi" başlıqlı xəbərlər həqiqəti əks etdirmir. BİG.AZ-ın -a istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Türkiyənin "AA" saytına açıqlama verərkən bildirib. Onun sözlərin

08.10.2019 3062
.

Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş

23.04.2020 3174
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836