Yazıçıların ən ağlasığmaz hərəkətləri
BiG.AZ Banker.az saytına istinadən xəbər verir ki, dahi insanlar ən qəribə davranışlara da sahib ola bilərlər. İstedadlı insanların bir çox hərəkətləri bağışlanır, dahilərə isə demək olar ki, hər şeyi bağışlamaq mümkündür. Bir çox yazıçılar öz ekssentrik davranışları ilə məşhur olmuşlar və hətta onların bəzilərinin bu davranışları onlara öz kitablarından daha çox məşhurluq gətirmişdi. Yəqin ki, çoxları Qoqolun "Ölü ruhlar" əsərinin ikinci cildinin əl yazmasını naməlum şəkildə yandırdığını bilir. Hunter Thompson isə ümumiyyətlə özünün bütün narkotrip və çirkin davranışlarını təsvir etmişdi.
Bu məqalədə keçmiş və müasir yazıçıların qəribə davranışları toplanıb. Bunlarla tanış olun və unutmayın ki, "belə davranışlar yalnız dahilərə icazə verilir".
Nikolay Qoqol Moskvadakı evində "Ölü ruhlar" əsərinin davamını oda ataraq yandırmışdı. Qoqolun xidmətçisi Semenin yalvarışlarına baxmayaraq, o əsərin ikinci cildinin əlyazmasını yandıraraq məhv etdi.
Aleksandr Düma bir dəfə belə bir dueldə iştirak etmişdi. İştirakçılar püşk atırdı və uduzan özünü güllələməli idi. Püşk atıldı və Düma uduzdu. Bunun ardınca o özünü güllələmək üçün qonşu otağa keçdi. Atəş açıldı, daha sonra isə Düma qayıdaraq iştirakçılara bu sözləri dedi: "Mən atəş açdım, amma hədəfdən yan keçdi".
Uilyam Berrouz yığıncaqların birində qonaqları əyləndirmək fikrinə düşmüşdü. Yazıçı oxatan William Tellin hərəkətini təkrar etmək istədi. Qeyd edək ki, Tell oğlunun başına alma qoyaraq oxla almanı vurmuşdu. Belə ki, Berrouz həyat yoldaşı Coan Vollmerin başına stəkan qoyaraq tapançadan atəş açdı. Güllənin stəkana deyil həyat yoldaşının başına dəyməsindən o yerindəcə keçinmişdi.
İkinci Dünya Müharibəsi başladıqdan sonra Marina Tsvetaevanı Tatarıstandakı Elabuq şəhərinə evakuasiyaya göndərdilər. Əşyaları yığmaqda ona Boris Pasternyak kömək edirdi. O çamadanları bağlamaq üçün ip gətirmişdi və onun möhkəmliyi ilə bağlı belə bir zarafat etdi: "İp hər bir ağırlığa tab gətirər, istiyirsən lap özünü as". Daha sonradan ona bildirmişdilər ki, Marina Elaburda məhz elə həmin iplə özünü asmışdır.
1835-ci ildə Yer kürəsinin yaxınlığından Qalleya kometası keçmişdi. İki həftə sonra isə Mark Tven dünyaya gəldi. 1909-cu ildə o yazmışdı: "Mən bu dünyaya komet ilə gəlmişəm və gələn il onlar növbəti dəfə gəldikdə bu dünyadan gedəcəm". Belə də oldu. Mark Tven 1910-cu il aprelin 21-də kometanın Yer kürəsi yaxınlığından keçməsindən bir gün sonra vəfat etdi.
Hunter Thompson öz "Las-Veqasda qorxu və nifrət" adlı romanının ekranlaşdırılması zamanı çəkiliş meydanına gəlir. Raul Dyukun rolunu Conni Depp oynayırdı. Spirtli içkinin təsiri altında olan yazıçı kino ulduzunun saçını şəxsən özü kəsmək qərarına gəldi və o Conni Deppin başını keçəl etmişdi.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 676 Tarix: 06 aprel 2014
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO
Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ
14.09.2021 1051 Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO
Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır
10.09.2021 1704 Üz dərisini ağardan unikal vasitə
Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində
13.09.2021 741 Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR
"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə
11.09.2021 2925 Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı
Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi
12.09.2021 3724 3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar
Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin
17.09.2021 877 Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO
İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz
16.09.2021 3329 Bakıda dördəm doğulub - VİDEO
Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları
15.09.2021 942 Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm
11.09.2021 659