Rəbbin üçün namaz qıl və qurban kəs!

Rəbbin üçün namaz qıl və qurban kəs!Rəbbin üçün namaz qıl və qurban kəs!Mənbə: http://zikr.az

əl-Kövsər surəsinin təfsiri
Ənəs ibn Məlik demişdir: "Bir gün Allah Elçisi - salləllahu aleyhi və səlləm - yanımızda olarkən yuxuya getdi. Sonra gulumsəyərək başını qaldırdı. Biz dedik: "Səni guldurən nədir, ey Allahın Elçisi?" O: "İndicə mənə bir surə nazil oldu"- deyərək bu ayələri oxudu:
"Mərhəmətli, Rəhmli Allahın adı ilə!
Həqiqətən, Biz Kovsəri sənə bağışladıq. Sən də Rəbbin üçün namaz qıl və qurban kəs! Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur".
Sonra o buyurdu: "Kovsərin nə olduğunu bilirsiniz?" Biz dedik: "Allah və Onun Elçisi daha yaxşı bilir!" O dedi: "O, Rəbbimin mənə vəd etdiyi, icində çoxlu xeyir olan və Qiyamət günü ummətimin yanına toplanacağı hovuzdur. Ətrafına düzülən qədəhlər ulduzların sayı qədərdir. Ümmətimdən bəzi insanlar ondan kənarlaşdırılacaqdır. Mən də: "Ey Rəbbim! Onlar mənim ummətimdəndirlər"- deyəcəyəm. Allah buyuracaq: "Sən onların özündən sonra nə yeniliklər etdiyini bilmirsən!"
Kövsər - Cənnətin bal, süd, şərab və başqa çayları arasında ən yaxşısı və ən böyüyüdür. Allahın: "Həqiqətən, Biz Kovsəri sənə bəxş etdik" – deyə buyurması Muhəmməd peyğəmbərin Allahdan bitib-tükənməyən ən kamil nemətlər aldığını göstərir. Onun ümmətindən hər kim bu bol nemətlərə nail olarsa, bu, onun Peyğəmbərin yolunu tutub getməsinə və ona tabe olmasına görə olar. Bu ayədəki "bəxş etmək" feli keçmiş zamanda işlənir və bu, işin artıq baş verdiyini göstərir. Bununla Allah bu böyük nemətin artıq əzəldən təqdir edildiyini təsdiq edir.
Sonra Allah öz peyğəmbərinə iki ən böyük ibadəti birlikdə yerinə yetirməyi əmr edərək buyurur: "Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!" Namaz qılmaq və qurban kəsmək insanı Allaha yaxınlaşdırır, eləcə də təvazökarlığı, itaətkarlığı, xeyirxahlığı tərbiyə edir və yəqinliyi, ümidi gücləndirir. Həmçinin, ayədəki "Rəbbin üçün" buyruğu bu iki ən böyük ibadəti və digər ibadətləri yalnız Uca Allahın rizası üçün icra etməyin vacib olduğunu göstərir. Rəbb sözü Yaradan, Sahib olan və İdarə edən deməkdir. Allah bütün aləmlərin Rəbbidir. Rəbbimiz bizə yalnız Ona ibadət etməyi, yalnız Onun qarşısında boyun əyməyi əmr edir. Allah buyurur: "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım" (əz-Zəriyət, 56). Yəni, ibadətdə Məni təkləşdirmək üçün yaratdım. İbadətdə Allahı təkləşdirməyə, Tək Allaha ibadət etməyə tövhid deyilir. İslam tövhid dinidir. İslam bütün peyğəmbərlərin dinidir. Ərəb dilində İslam sözü təslim olmaq, boyun əymək, tabe olmaq mənalarını ifadə edir. İslam Allaha tövhid ilə boyun əymək, Allaha şərik qoşmaqdan və şərik qoşanlardan uzaq olmaqdır. Dua, qorxu, ümid, təvəkkül, sığınmaq, qurban kəsmək, nəzir demək kimi ibadətin bütün növləri yalnız Allaha həsr edilməlidir. İnsanlara göndərilən elçilərin hamısı öz xalqlarına Tək Allaha ibadət etməyi əmr etmişlər. Allah buyurur: "Biz hər ümmətə: "Allaha ibadət edin və Allaha şərik qoşmaqdan uzaq olun"– deyə, elçi göndərdik" (ən-Nəhl, 36). Beləliklə, Allahın ən əzəmətli buyruğu tövhid, ən böyük qadağası isə şirkdir.
Uca Allah surənin sonunu: "Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur" - sözləri ilə bitirir. Quranı təfsir edən alimlərin əksəriyyəti bu ayənin əl-As ibn Vail əs-Səhmi haqqında nazil edildiyini söyləyirlər. Bu adam Allahın elçisi haqqında söz gəzdirərək Muhəmmədin sonsuz olduğunu, onun adını daşıyacaq və onun işini davam edəcək bir kəsin olmayacağını, o öldükdən sonra adının yox olacağını, ondan canlarını qurtaracaqlarını deyirdi. Bu hadisə Peyğəmbərin Xədicədən olan Abdullah adlı oğlunun vəfat etdiyi günlərə təsadüf edirdi. Bu ayə Quranın möcüzələrindən hesab edilir və onun ilahi mənbəyini sübut edir: Uca Allahın izni ilə Peyğəmbərə ədavət bəsləyən adamın nəsli və onun adının xoş xatirəsi silindi, əksinə, Peyğəmbərin adının xoş xatirəsi isə yüksəklərə ucaldı. Onun adı hər bir azanın sədasından gəlir və hər bir namazın içində deyilir. Dünyada yaşayan bütün müsəlmanlar onun adı çəkiləndə ona salavat göndərirlər. İndi dünyada onun çoxlu sayda ardıcılları vardır, onun gətirdiyi dini isə yer kürəsinin əksəriyyəti təmsil edir. Vaxt gələcək bütün insanlar onun dininə iman gətirəcək, çünki, bu – haqq dindir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 8649   Tarix: 22 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146
.

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir

09.05.2021 2237
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları:. Sübh azanı 03:57. Zöhr azanı 12:37. Əsr azanı 17:37. Məğrib azanı 19:59. İşa azanı 21:11. 26-cı günü

08.05.2021 2065
.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701