Gecə Heydər Əliyev Sarayında həyəcanlı anlar yaşandı - VİDEO

Gecə Heydər Əliyev Sarayında həyəcanlı anlar yaşandı - VİDEOYüksək emosiya, ehtiras, pozitiv enerji, şən əhval-ruhiyyə, musiqinin oynaq ritmi, çoşqulu irland musiqiçisinin xalqlarına məxsus hayqırtısı … Bir sözlə, əsl zövq. Hər kəs səhnədə yaşananların təsiri altındadır… Bütün bunlar Heydər Əliyev adına Sarayda paytaxtın qonağı olan irland rəqqaslarının ifası zamanı yaşandı.

Dünən "SA Organization"un təşkilati dəstəyi ilə dünyaca məhşur step rəqsinin usta ifaçıları "Celtic Legends" rəqs qrupunun Heydər Əliyev adına Sarayda konserti baş tutdu.

BiG.AZ-ın məlumatına görə, konsert zamanı həyəcanlı anlar yaşandı, pozitiv, enerjili, həm də ritm dolu irland qrupu hər kəsi öz təsiri altına ala bildi. Konserti izləyənlər sırasında Teleraf.MMC-nin rəhbəri Aynur Camalqızı, xalq artsiti Təranə Muradova, eləcə də yerli tamaşaçılarla bərabər paytaxtın əcnəbi qonaqları, Amerika, Norveç, Türkiyə və digər ölkələrin səfirləri də iştirak edirdilər. Qeyd edək ki, qrup ilk dəfədir ki, Azərbaycanın qonağı idi.

Əfsanəvi rəqsləri ilə hər zaman dünyanın diqqət mərkəzində olan qrup sözün əsl mənasında Azərbaycan tamaşaçılarına tam fərqli bir gecə yaşatdı. 1 və 2 mart tarixlərində Heydər Əliyev Sarayında baş tutan konsert proqramında tamaşaçılar peşəkar rəqqasların təqdim etdiyi step rəqsinin ahəngindən zövq aldılar. Bilməyənlərin nəzərinə çatdıraq ki, "Celtic Legends" qrupu 2001-ci ildə İrlandiyanın Konnemara torpaqlarında İrland musiqisinə və rəqsinə böyük töhfələr vermiş Qalveydən olan gənc istedadlar tərəfindən yaradılıb. Rəqqaslar tamaşaçılarının nəzərində daima fərqli performansları ilə yadda qalıblar. Qrupun bütün rəqqasları erkən yaşlarından dünyaca məhşur rəqs yarışmalarının qalibi olublar. Qrup hər zaman öz tamaşaçısını milli İrland rəqsinin sehri ilə ovsunlayıb. Qrupun xoreoqrafı Jakinta Şarpe, musiqi direktoru Sin Makkarti və dünyaca məhşur qəhrəmanı Viliyam Boltdur.

Qeyd edək ki, "SA Organization" artıq 15 ildir ki öz fəaliyyəti ilə adı haqqında kifayət qədər təsəvvür yarada bilib. Selahattin Atalay tərəfindən yaradılan təşkilat bu illər ərzində istər ölkə daxilində, istərsə də ölkədən kənarda bir sıra iri konsert layihələrini reallaşdırmağa müvəffəq olub.

Şirkət Rusiya, Qazaxıstan, Ukrayna və bir çox ölkələrdə tanınmış ulduzların unudulmaz konsert proqramlarını təşkil edib.

Ölkəmizdə bu işin təməlini qoyan şirkət kimi "SA Organization" işinə mükəmməl və peşəkarcasına yanaşaraq indiyə kimi tanınmış ifaçılardan İbrahim Tatlısəs, Nilufər, Ajda Pekkan, Alişan, İngrid Alberini, İmagination, məşhur rəqs qruplarından olan "Anadolu ateşi", "Tararam", "Şaman", həmçinin Ruslana, Kenan Doğulu və s. kimi bir çox məşhurların konsert layihələrinə imza atıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2648   Tarix: 04 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ana ağlayan 2 aylıq qızını öldürdü

Tula vilayətində ana iki aylıq qızını sakitləşdirmək üçün onu öldürüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Leninski kəndində baş verib. Qadının sözlərinə görə, o, ağlayan körpənin ağzını bağlayıb, bundan sonra uşaq sakitləşib. Bir saat sonra qızı göyərib və huşunu itirib. Gələn təcili yardı

25.05.2023 1153
.

Rusiya Baxmutda 20 min məhbus itirib

"Vaqner" hərbi qruplaşması Baxmut uğrunda döyüşlərdə 20 min nəfər itirib. xəbər verir ki, bu barədə qruplaşmanın komandiri Yevgeni Priqojin məlumat verib. Priqojinin dediyinə görə, həlak olanların yarısı həbsxanadan azad edilərək döyüşə gedən məhbuslardır. O bildirib ki, indiyədək döyüşlər

24.05.2023 1037
.

8 aylıq uşaq vannada boğulub öldü

Rusiyanın Zabaykal diyarında 8 aylıq uşaq hamamda boğularaq ölüb. BİG.AZ -ya istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin regional bölgə üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə okytabrın 22-sində Tunqokoçensk rayonunun Verşino-Darasunski qəsəbəsində ba

26.10.2022 764
.

Putin: "Ermənistanla ayaqlaşmaq bizim üçün çətin olacaq"

"Ermənistanla ayaqlaşmaq bizim üçün çətin olacaq". xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi Şurasının iclasında deyib. O, Ermənistanın iqtisadi vəziyyətinin acınacaqlı halda olmasına özünəməxsus şəkildə işarə edərək bildirib:. "Çətin ki, Ermənistan

25.05.2023 863
.

Sədaqət Ulduz anasının verdiyi açıqlamanı təkzib etdi

Müğənni Sədaqət Ulduz anası, aşıq Ulduz Sönməzin onunla bağlı verdiyi açıqlamanı təkzib edib. Axşam.az xəbər verir ki, sənətçi anasının bir müddət əvvəl onun İsveçrəyə köçməsi ilə bağlı yaydığı məlumatın yanlış olduğunu deyib. Bu haqda "Günün sədası" verilişində danışan müğənni bildirib ki

26.05.2023 1131
.

"WhatsApp"a yeni özəllik gəlir

Dünyanın ən məşhur ani mesajlaşma proqramı olan WhatsApp, istifadəçilər üçün çox faydalı olacaq yeni funksiyalar üzərində işləyir. xəbər verir ki, istifadəçi adı Telegram, Instagram və ya Twitter-də olduğu kimi WhatsApp-da da seçilə bilər. WhatsApp-ın üzərində işlədiyi funksiya bütün istifadəçilərə unika

26.05.2023 569
.

NASA Ayda qəzaya uğrayan Yapon kosmik gəmisini görüb

NASA-nın Ayın Kəşfiyyat Peyki (LRO) "özəl sektorun" maliyyəsi ilə Aya enişi planlaşdırılan, lakin eniş zamanı qəzaya uğradığı aşkar edilən ilk Yapon kosmik gəmisinin mümkün dağıntılarını aşkar edib. xəbər verir ki, NASA komandası eniş cəhdindən əvvəl eyni ərazinin şəkillərini müqayisə edib

25.05.2023 532
.

Küçə iti qətlə yetirilmiş şəxsin başını götürüb qaçdı

Meksikada polis cinayət yerinə gələnə qədər küçə iti öldürülən şəxsin başını götürüb qaçıb. BİG.AZ xəbər verir ki, bu barədə "VICE" məlumat yayıb. Məlumata görə, Sakatekas ştatının Monte-Eskobedo bələdiyyəsinin sakinləri ağzında insan başı ilə qaçan küçə iti görüblər. Sözügedən hadisənin vide

02.11.2022 815
.

Sinan Oğanı tənqid edərək ekrana tüpürdü

Prezidentliyə namizəd Sinan Oğan dünən verdiyi mətbuat şərhi ilə dəstəklədiyi tərəfi elan edib. Mətbuata açılamasında "Seçkilərin ikinci turunda cənab Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyimizi bəyan edirəm- deyə dəstəyini bildirib. türk mediasına istinadən xəbər verir ki, Sinan Oğanın açıqlamasında

23.05.2023 1443