Yaraşıqlı müğənni Vüsal Hacıyev: "Qadının gözəlliyi ağzını açanda aydın olur"

Yaraşıqlı müğənni Vüsal Hacıyev: "Qadının gözəlliyi ağzını açanda aydın olur"Aygün Səmədzadənin bəstələrini eşidəndə onların sehrinə düşməmək mümkün deyil. Bu mahnıların ifaçılarının üslubu və səsi də fərqli olmalıdır. Gənc müğənni Vüsal Hacıyev "Gecikmiş etiraf" bəstəsini özünəməxsus tərzdə oxuyub. Onun ifası mahnını daha sevilən edib.

BiG.AZ saytı publika.az-a istinadən xəbər verir ki, Beləliklə, publika.az-ın "Kokteyl" layihəsinin bu həftə ki qonağı Vüsal Hacıyevdir.

- Niyə o qədər də aktiv deyilsiniz və yenilikləriniz azdır?
- Aktiv olmaq üçün işləmək, işləmək üçün isə pul tələb olunur. Ona görə də, ola bilsin kənardan passiv görünürəm.

- Sənətə olan marağınız, yoxsa həvəsiniz qalmayıb?
- Musiqini hiss edirsənsə, deməli, sevirsən. Amma sənətimi o qədər də sevmirəm.

- Başqa bir işlə məşğul olursunuz, yəni başqa yerdən gəliriniz var?
- Yox, başqa işlə məşğul olmuram.

- Stilinizdə nə heç vaxt dəyişməz olaraq qalıb?
- Stilimi dəyişməyi xoşlayıram. Modern üslubu o qədər sevmirəm. Qalstuk isə stilimdə dəyişməz olaraq qalır.

- Dəblə geyinməyi xoşlayırsınız?
- Dəblə və zövqlə geyinməyə çalışıram. Amma hər dəbdə olanı da bəyənmirəm.

- Ümumiyyətlə, kişilərin dəblə ayaqlaşmasına necə baxırsınız?
- Kişilərin dəblə geyinməsinə normal baxıram, zövqlər müxtəlifdir, amma çərçivəni aşmaq olmaz. Kişi geyimi ilə deyil, əməli ilə kişi kimi davranmalıdır.

- Qadınlar kişilərdə tapmadığı təsəllini musiqidə tapa bilir?
- Musiqi ruhun qidasıdır. Kişi isə canlı varlıqdır və heç kim heç kimi əvəz edə bilməz.

- Sosial şəbəkədə çox aktivsiniz. Qızlar inboxunuzu darmadağın etmir ki?
- Deməzdim. Daha çox səhvlərimi və düzlərimi yazırlar. Amma qızlardan tərif daha çox eşidirəm. Bu isə mənə sənətdə inkişaf etməyə mane olur.

- Kimlə duet oxumaq fikriniz var?
- Hələ ki, heç kimlə.

- Heç olubmu ki, virtual eşq yaşayasınız?
- Virtual eşq mövcud deyil. Mənim üçün virtual, ya da ilk baxışdan sevgi olmur. Bu, simpatiya ola bilər. Sevgi isə kiməsə öyrəşməkdir, ondan asılı olmaqdır.

- Serial çəkilişləri necə gedir? Başqa filmlərdə çəkilmək təklifləri gəlirmi?
- Normal. Başqa filmlərdə və seriallarda çəkilməyə təklif edirlər, təəssüf ki, qonorar çox aşağıdır deyə qəbul edə bilmirəm.

- Çox bəyəndiyiniz bir xanıma hamının qarşısında "serenada" oxuyarsınızmı?
- Serenada yox, başqa ürəyimdən keçən hər hansı mahnı oxuyaram.

- Qadını nə çirkin göstərir?
- Qadını zövqsüzlüyü çirkin göstərə bilər. Amma onun gözəlliyi ağzını açanda aydın olur.

- Bəyəndiyiniz xanımda ilk nəyə fikir verirsiniz?
- Əsas danışığına və özünü aparmağına.

- Ailə qurmaq üçün sizə nə mane olur?
- Fikirlərim, düzgün seçim etməmək qorxusu və işim.

- Bir insanın öz yarını, yaxud fikrində canlandırdığı obrazı tapması çətindir?
- Əlbəttə ki, çətindir. Bəyəndiyin xanımda arzuladığın keyfiyyətlər olmaya bilər.

- Kişilər hansı qadınları heç vaxt itirmək istəməz?
- Zənnimcə, etibarlı, qayğıkeş və anlayışlı qadını heç bir kişi itirmək istəməzdi.

- Sevdiyiniz xanımın, yaxud dostunuzun keçmişi ilə maraqlanırsınız?
- Mütləq. Həyatımda olacaq insanın psixologiyasını, düşüncə və həyat tərzini bilməliyəm.

- Keçmişi qaytarmaq istədiyiniz anlar olub?
- Belə anlar kimin həyatında olmur ki... Amma həyatı geri qaytarmaq mümkün deyil.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1117   Tarix: 22 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068