Azərbaycan uşaqları nə vaxt yerli cizgi filmlərinə baxacaq?

Azərbaycan uşaqları nə vaxt yerli cizgi filmlərinə baxacaq?BiG.AZ saytı axar.az-a istinadən xəbər verir ki, Azərbaycanda uşaqlar demək olar ki, ancaq Türkiyə telekanallarında nümayiş olunan xarici cizgi filmlərini izləyirlər. Bu daha çox onunla bağlıdır ki, ölkə daxilində istehsal olunan cizgi filmləri qıtdır. axar.az olaraq bu mövzu ətrafında araşdırma aparmaq üçün "Azanfilm" şirkətinin rəhbəri Fariz Mehdiyevlə əlaqə saxladıq. Kommersiya maraqları milli maraqları üstələyir Fariz Mehdiyev bildirdi ki, yerli cizgi filmlərinin az olması kanal sahiblərinə daha asan yolu seçməyə imkan verir. "Bu zaman daha çox texniki baxımdan effektli olan xarici cizgi filmlərinə üstünlük verilir. Burada kommersiya maraqları milli maraqları üstələyir",- deyən şirkət rəhbəri onu da qeyd etdi ki, ümumiyyətlə, incəsənət tərbiyələndirmək funksiyasını həyata keçirir. Animasiya filmləri isə bu sahədə müstəsna rol oynayır. Burada əlbəttə, valideyn məsuliyyətini də qabartmaq yerinə düşərdi. Yəni valideyn də uşağın xarici cizgi filminə çox tamaşa etməsinə şərait yaratmamalıdır. Sovet dövründə təhsil almış insanlar Bu sahədə digər problemlərə diqqət çəkən Fariz Mustafayev "Azanfilm" studiyasının Azərbaycanda animasiya filmlərinin istehsalı ilə məşğul olan dövlət studiyası olduğunu bildirdi: "Mədəniyyət və Turizm Nazirliyi ildə 2-3 filmin istehsalı üçün maliyyə vəsaiti ayırır. Daha çox filmin istehsalına həm maliyyə çatmır, həm də kadr çatışmazlığı var. Bu gün Azərbaycanın heç bir təhsil ocağında animator yetişdirilmir. Peşəkar animatorların əksəriyyəti sovet dövründə təhsil almış insanlardır. İlk növbədə kadr problemini həll etmək lazımdır . Bunun üçün kurslar açmaq və bu sahədə çalışan insanları müxtəlif ölkələrə təhsil almağa göndərmək lazımdır. Fariz Mustafayev hazırda "Azanfilm" studiyasının bir illik animasiya kurslarının keçirilməsi üçün konsepsiya hazırladığını bildirdi. Program hazır olduqdan kursların təşkili üçün maliyyə vasaitinin axtarışına başlanılacaq. Sifarişçisi təkcə dövlət deyil Həmsöhbətimiz son olaraq onu qeyd etdi ki, dünyanın əksər ölkələrində animasiya filmlərinin sifarişçisi təkcə dövlət deyil. "Eyni zamanda tv kanallarının da günahı var. Çünki hər bir kanalın ən azı bir animasiya qrupu olmalıdır ki, yerli animasiya filmlərinin istehsalı ilə məşğul olsun".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 791   Tarix: 21 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197