Süleyman peyğəmbərin hikməti

Süleyman peyğəmbərin hikmətiMənbə: http://zikr.az

      Uca Allah Qurani Kərimdə Süleyman peyğəmbərin hikməti haqqında buyurur: "Davudu və Süleymanı da yada sal! Bir zaman onlar özgə adamların qoyunlarının girib zay elədiyi bir əkin sahəsi barəsində hökm vermişdilər. Biz onların hökmünə şahid idik. Biz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik. Biz dağları və quşları Davudla birlikdə Allahı tərifləmələri üçün ona ram etdik. Bunları Biz etdik" (əl-Ənbiyə, 78-79).
      Allahın hökmünə müvafiq hökm verməsinə görə Uca Allah onu və atası Davudu tərifləmişdir. İslam alimləri bu hadisə haqqında deyirlər ki, bu adamların üzüm tingi var idi. Başqa birinin qoyunları isə gecə vaxtı ora girib tingi tamamilə yemişdi. Onlar bu iş barəsində Davuda müraciət etdilər. O da üzüm sahibinə yeyilən üzümün dəyərinin ödənilməsi qərarını verdi. Sonra onlar Süleymanın yanına gəldilər və o dedi: "Allahın peyğəmbəri sizə nə hökm kəsdi?" Onlar olanı ona xəbər verdilər. O dedi: "Amma mən olsaydım, qoyun sahibi üzümləri əvvəlki vəziyyətə gətirənə qədər qoyunların südündən və balasından xeyir görmək şərti ilə qoyunların üzüm sahibinə verilməsinə qərar verərdim. Üzümləri bərpa edəndən sonra isə qoyunları öz sahibinə qaytarardılar". Bu xəbər Davuda çatanda o da bu hökmlə qərar verdi.
      Həmçinin, onun hikmətinə dair rəvayət olunur ki, Muhəmməd peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "İki qadın və bu qadınların hər birinin bir uşağı var idi. Birdən bir canavar gəlib onlardan birinin uşa­ğını apardı. Rəfiqəsi ona dedi: "Canavar sənin uşağını apardı." O biri qadın dedi: "Xeyr, o sənin uşağını apardı." Sonra da mühakimə olunmaq üçün Da­vuda müraciət etdilər. Davud hökmü yaşca böyük olan qadının lehinə kəs­di. Sonra bu qadınlar Süleymanın yanına gəlib məsələdən onu agah et­di­lər. Süleyman buyurdu: "Mənə bıçaq gətirin, onu bunların arasında iki yerə bölüm." Bunu eşidəndə yaşca kiçik olan qadın dedi: "Eləmə bunu, Allah sənə rəhm etsin, uşaq onundur." Beləliklə, Süleyman uşağın yaşca kiçik qa­dı­na aid olduğuna hökm verdi." (əl-Buxari, 3427).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 3951   Tarix: 16 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir

09.05.2021 2237
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş

23.04.2020 3174
.

Uşaq doğulanda adına qurban kəsməyin və ətindən istifadə etməyin qaydası necədir?

Ailədə uşaq doğularkən kəsilən qurbana şəriətdə "əqiqə" deyirlər. Yaxşı olar ki, oğlan uşağından ötrü erkək, qız uşağından ötrü dişi heyvan kəsilsin. Əqiqə qurbanlığını uşağın yeddi günlüyündə kəsmək müstəhəbdir. Əqiqə heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət deyil, yaxşı ola

29.11.2020 4235