Mən şahidlik edirəm ki, sən Allahın Rəsulusan!

Mən şahidlik edirəm ki, sən Allahın Rəsulusan!Mənbə: http://zikr.az

Rəvayət edilir ki, Abdullah ibn Səlam Peyğəmbərin Mədinəyə gəldiyini eşitdikdə onun yanına gəlib dedi: "Səndən peyğəmbərlərdən başqa kimsənin bilmədiyi üç şey barəsində soruşmaq istəyirəm. Qiyamət saatının ilk əlaməti nədir? Cənnət əhlinin ilk yediyi yemək nə olacaq? Uşaq hansı səbəbdən atasına oxşayır və hansı səbəbdən dayılarına oxşayır? Peyğəmbər buyurdu: "Az öncə Cəbrail bu haqda mənə xəbər verdi!" Bu adı eşidəndə Abdullah ibn Səlam dedi: "Bu ki yəhudilərin mələklər arasında yeganə düşmən saydığı mələkdir." Peyğəmbər buyurdu: "Qiyamət saatının ilk əlamətinə gəlincə, bu, insanları şərqdən qərbə doğru qovub məhşərə toplayacaq oddur. Cənnət əhlinin ilk yediyi yeməyə gəldikdə isə, bu, balinanın qara ciyərinin ən dadlı hissəsi olacaq. O ki qaldı uşağın oxşarlığına, bil ki, kişi öz zövcəsi ilə yaxınlıq etdikdə onun belindən gələn su qadının köks sümüyündən axan suyu üstələsə uşaq atasına, əks təqdirdə isə anasına oxşayar." Abdullah ibn Səlam dedi: "Mən şahidlik edirəm ki, sən Allahın Rəsulusan!" Sonra davam edib dedi: "Ya Rəsulullah! Həqiqətən, yəhudilər böhtan atan adamlardır. Əgər sən onlardan mənim barəmdə soruşmamışdan əvvəl mənim müsəlman olduğumu bilsələr, elə buradaca mənə iftira yaxacaqlar."
Sonra yəhudilər Peyğəmbərin yanına gəldilər və Abdullah ibn Səlam onları görüb evə girdi. Peyğəmbər onlardan soruşdu: "Sizin bu Abdullah ibn Səlam necə adamdır?" Onlar dedilər: "O, bizim ən ağıllımız və ən ağıllımızın oğludur, habelə ən xeyirlimiz və ən xeyirlimizin oğludur." Peyğəmbər dedi: "Abdullah müsəlman olsa, buna sözünüz nə olacaq?" Onlar dedilər: "Belə bir iş görməkdən Allah onu qorusun!" Bu vaxt Abdullah onların qarşısına çıxıb dedi: "Mən şahidlik edirəm ki, Allahdan başqa haqq ilah yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun elçisidir." Bunu eşidəndə yəhudilər: "O, bizim ən pisimiz və ən pisimizin oğludur"– dedilər və onun barəsində artıq-əskik danışdılar." (əl-Buxari, 3329)


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2501   Tarix: 22 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir

09.05.2021 2237
.

Səudiyyə Ərəbistanı builki Həcc ziyarətinin ilkin şərtlərini AÇIQLADI

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bəyan edib ki, builki Həcc ziyarəti "xüsusi şərtlər" altında həyata keçiriləcək. AZƏRTAC-a istinadən bildirir ki, nazirliyin sözçüsü keçirdiyi mətbuat konfransında krallıqda Həcc ziyarətinin təhlükəsiz şəraitdə keçirilməsi üçün Səudiyy

10.05.2021 1956
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı - FOTO

Sabah Ramazan ayının 28-ci günüdür. xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 11-də imsak vaxtı saat 03:44-də, iftar vaxtı isə 20:01-dədir. Mayın 11-i üçün namaz vaxtları:. Sübh azanı 03:54. Zöhr azanı 12:37. Əsr azanı 17:38. Məğrib azanı 20:01. İşa azan

10.05.2021 4070
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882
.

Din xadimləri dünya ictimaiyyətinə müraciət etdi

Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsi məlumat verib. Müraciət mətnində deyilir:. "Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrini

24.07.2020 2475
.

Nəyə görə ayaqyoluna sol ayaqla girib sağ ayaqla çıxmaq tövsiyə edilir?

Tibb elmi buna cavab verir. İnsan ayaq yoluna sağ ayağı ilə daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o arxası üstə yerə düşmüş olur. Əgər sol ayaqla daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o üzü üstə ayaq yoluna düşmüş olur. Heç bir müsəlman ayaq yolunda nəcis ola

11.01.2020 5697
.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767